“Ölkəmizin 3-4 il müharibə aparmaq imkanı var” - Sabiq maliyyə naziri
Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün başlanan Vətən müharibəsi bir aydan artıqdır davam edir. Bu müddətdə Azərbaycan xalqı heç bir vaxt olmadığı qədər birlik, bütövlük nümayiş etdirir. Namərd düşmənin xain hücumları nəticəsində minlərlə ev, mülki obyektlər dağıdılıb, mülki şəxslər həlak olsa da, insanların Ali Baş Komandandan yeganə istəyi hərbi əməliyyatların son qarış torpaq erməni işğalından azad olunana qədər davam etdirilməsidir.
Müqəddəs Vətən savaşı günlərində yalnız xalq deyil, ölkənin bütün müstəqil fikirli ictimai xadimləri də Azərbaycan dövlətinə birmənalı dəstək verməkdədir. Sabiq maliyyə naziri, maliyyə professoru Saleh Məmmədov da dövlətimizin, onun başçısının bu haqq davamızda atdığı addımları yüksək qiymətləndirən mütəxəssislərdən biridir. Onunla müsahibəni diqqətinizı təqdim edirik:
- Saleh bəy, artıq bir aydan çoxdur ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda Vətən müharibəsi gedir. Ötən dövrü Azərbaycan, onun rəhbərliyinin fəaliyyəti baxımından, hərbi-siyasi cəhətdən necə qiymətləndirirsiniz?
- Az-çox tarixdən xəbərdar olan biri kimi, deyə bilərəm ki, indiki xalq-dövlət birliyi, xalqın öz birliyi Azərbaycan tarixində müşahidə olunmayıb. Söhbət yalnız Şimali Azərbaycandan deyil, Cənubi Azərbaycan, azərbaycanlılar yaşayan bütün ərazilərdə, dünya azərbaycanlıları arasında olan birlikdən, vahidlikdən gedir. Bu birliyə biz heç vaxt nail ola bilməmişik. Bu birliyi bizə gətirən bir neçə amil var. Birincisi, güclü ordunun olmasıdır. Hətta mən deyərdim ki, Şah İsmayıl, ondan əvvəl Uzun Həsən dövründə belə bizim indiki qədər güclü, peşəkar ordumuz olmayıb. Bugünkü ordu həm çox müasir texnologiyalara əsaslanır - dünyanın qabaqcıl texnoloji dövləti olan İsrailin ordusu kimi. Ordumuz həm də türk döyüşkənliyinə, döyüş texnikasına malikdir - Türkiyənin ordusu kimi. Nəhayət, əsas amillərdən biri kimi ordunun Ali Baş Komandanının ardıcıl, səhvsiz addımları çıxış edir. Bildiyiniz kimi, indiyədək mən müxtəlif iqtisadi məsələlərlə bağlı tənqidi fikirlərimi gizlətməmişəm. Amma indi görürəm ki, ordumuzun peşəkarlığı elə yüksək səviyyədədir ki, ən xırda bir tənqidə belə yer qalmır. Belə ordusu olan dövlət heç zaman yenilməz.
Düzünü deyim, mən heç belə gözləmirdim. Ordumuzda bu böyük irəliləyiş son illərdə əldə olunub. Dövlət başçısının birbaşa və bilavasitə rəhbərliyi ilə aparılıb bu proses. Nəticə isə göz qabağındadır: bir aya işğal altında olan ərazilərimizin böyük bir hissəsi azad edilib, düşmənə çox böyük zərbələr vurulub, vurulmaqda da davam edir.
Hələ iyulda Tovuzda baş verən hadisələrdən sonra mən demişdim ki, indiyədək Azərbaycan bu münaqişə ilə bağlı belə əlverişli mövqedə olmayıb. Beynəlxalq ictimaiyyət bizim haqq işimizi yaxından öyrəndi. Bu vəziyyətin yaranmasında ermənilərin atdığı yanlış addımlar mühüm rol oynadı. Ali Baş Komandan da onların səhvlərindən məharətlə yararlanaraq elə bir situasiya formalaşdırdı ki, artıq heç kim bizə irad tuta, dayan deyə bilmir. Prezidentin uğurlu siyasəti nəticəsində Ermənistan arxayın olduğu mərkəzlərdən hər hansı ciddi dəstək ala bilmir. Bir neçə erməni diasporuna yaxın siyasətçiləri çıxmaqla, beynəlxalq ictimaiyyət bizim tərəfimizdədir, mövqeyimizi anlayışla qarşılayır.
Bütün bu proseslərdə Prezidentin fəaliyyətini xüsusi qeyd etməyə ehtiyac var. Onun çıxışlarında bir dəfə də olsun beynəlxalq konvensiyaların ziddinə olan bir söz belə işlədilmir. Eyni zamanda ordumuz da beynəlxalq sənədlərə uyğun davranış göstərir. Amma Paşinyanın hər çıxışında hansısa beynəlxalq konvensiyanın, sənədin mahiyyətinə zidd olan fikirlər səsləndirilir. Eyni zamanda Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramovun fəaliyyətini də yüksək qiymətləndirirəm.
- Bir neçə gün əvvəl ordu komandanlığı ilə keçirdiyi müşavirədə Prezident İlham Əliyev bildirdi ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycanda fərqli ordu quruculuğu həyata keçiriləcək. Fərqli dedikdə, söhbət müasir texnologiyalara əsaslanan ordu quruculuğundan gedir. Sizcə, Azərbaycanın belə ordu quruculuğunu həyata keçirmək üçün yetərincə imkanları varmı?
- Mən bir neçə il əvvəldən demişdim ki, hərbi sahələrdə texnoloji yeniliklərdən istifadə elə imkanlar yaradacaq ki, düşmənə atdığımız raketi havada tutub özümüzə qaytaracaqlar. Bu gün rəqəmsal texnologiyaların tətbiq olunduğu zamandır. Rəqəmsallaşdırma, avtomatlaşdırma, süni intellekt zamanıdır. Bu gün Azərbaycan Ordusunun nümayiş etdirdiyi hərbi texnologiyalar ən müasir hərbi texnologiyalar səviyyəsindədir. Amma bu, heç də texnologiyaların bütün imkanlarından istifadə etməyimiz demək deyil, dünya bir yerdə dayanmır, daim inkişafdadır. Buna görə də ordumuzun daha da müasirləşməsi, ən müasir texnologiyalardan istifadə bacarıqlarının yaranması üçün ilk növbədə proqramistlərin yetişdirilməsinə ehtiyac var. Bizim xeyli sayda peşəkar proqramistlərimiz xarici ölkələrə gediblər. Onları əlverişli şərtlərlə geri qaytarmaq, yenilərini yetişdirmək lazımdır. Ümumilikdə, hesab edirəm ki, Azərbaycanda proqramlaşdırma sahəsinə 1 milyard manat investisiya yatırmağa ehtiyac var.
Ordumuzda müasir texnoloji avadanlıqlardan istifadə etməyi bacaran mütəxəssislər var, onların peşəkarlığının daha da yüksəldilməsi, köhnə tip silahlardan imtina olunması, bütün ordunun rəqəmsal texnologiyaya əsaslanmasının təmin olunması lazımdır. Bizim buna yetərincə maliyyə imkanlarımız da var, müasir texnologiyaların yaradıcısı olan ölkələrlə etimadlı münasibətlərimiz də. Azərbaycanın mövcud maliyyə imkanları Ermənistanla bugünkü səviyyədə hərbi əməliyyatları bundan sonra ən azı 20 il daha aparmağa yetər.
Azərbaycanın müharibədə üstünlüyünü təmin edən daha bir amil maliyyə ehtiyatlarının olmasıdır. Dünyada cəmi bir neçə ölkə var ki, ümumi daxili məhsulunun həcmindən yuxarı həddə valyuta ehtiyatlarına malikdir. Bu ölkələrdən biri də Azərbaycandır. Hətta ölkədə 1 manatlıq da olsa ümumi daxili məhsul istehsal olunmasa belə, ölkəmizin 3-4 il müharibə aparmaq imkanı var. Başqa cür desək, Azərbaycanın maliyyə rezervləri Ermənistanın 80 illik hərbi büdcəsini qarşılamağa imkan verir.
- Hərbi əməliyyatlar yekunlaşan kimi, işğaldan azad olunan ərazilərimizin bərpası məsələsi gələcək gündəmə. Azərbaycan dövləti indidən bu istiqamətdə tədbirlər həyata keçirməyə başlayıb. Siz ərazilərin bərpasını necə görürsünüz? Azərbaycan öz gücünə bunu edə biləcəkmi, yoxsa əlavə vəsaitlərin cəlbinə ehtiyac yaranacaq?
- Əvvəla, onu deyim ki, bundan sonra Azərbaycan iqtisadiyyatında iqtisadi sıçrayış olacaq. Həm ordunun modernləşməsi, həm ərazilərin bərpası iqtisadiyyatda çox ciddi dəyişikliyə, dirçəlişə gətirib çıxaracaq. Buna həm də xalqın birlik ruhu, yüksək əhvalı şərait yaradacaq. İnsanların müsbət əhvalı hər hansı bir işin icrasında mühüm rol oynayır. Bu baxımdan, heç bir problemimiz olmayacaq.
Bilavasitə bərpa işlərinə tələb olunacaq maliyyəyə gəlincə, Azərbaycanın öz maliyyə resursları da var, eyni zamanda xarici qurumlardan əlavə vəsait cəlb etmək də çətinlik yaratmayacaq. Valyuta ehtiyatlarımızın yüksək həcmi imkan verəcək ki, lazım olan qədər xarici resurs cəlb edə bilək. Mövcud maliyyə vəsaitlərimizlə bacarıqlı manevr etməklə biz ölkəmizə 80-100 milyard dollar vəsait cəlb edə bilərik. Bu vəsaitlərin cəlbi isə öz növbəsində, iqtisadiyyatın yüksək inkişafına gətirib çıxaracaq. Buna Azərbaycan xalqının resursları da imkan verir.
Torpaqlarımız işğaldan azad olunandan sonra etibarlı, sabitliyin olduğu bir dövlətlə əməkdaşlığa beynəlxalq maliyyə qurumları özləri can atacaqlar.
- Bildiyiniz kimi, ermənilər işğal olunmuş torpaqlardan əl çəkmək niyyətində deyil. Müharibə uzanarsa və pandemiyanın ikinci dalğası nəticəsində neftin qiyməti düşərsə, Azərbaycanın maddi imkanları uzunmüddətli hərbi əməliyyatları həyata keçirməyə imkan verəcəkmi?
- Mən bayaq da dedim ki, hətta heç bir manat əlavə gəlir əldə olunmasa belə, Azərbaycanın bundan sonra 20 il də müharibə aparmaq imkanı var. Mən o vaxt maliyyə naziri təyin olunanda müdafiə, daxili işlər nazirləri və Dövlət Təhlükəsizlik Komitəsinin sədri ilə görüşdüm, dedim ki, pul nə qədər lazım olsa, tapa bilərəm, müharibə davam etdirilsin. O vaxtdan indiyə Azərbaycanın imkanları yüz dəfələrlə artıb. Buna görə də müharibənin uzanması perspektivi qətiyyən bizi qorxutmamalıdır. Bizim o qədər resurslarımız, o qədər mənbələrimiz var ki. Sadəcə, resurslarımızla düzgün manevrlərin edilməsi lazımdır. Hesablamalarıma görə, ərazilərin bərpası da daxil olmaqla, Azərbaycanın aşağısı 100 milyard manatlıq vəsaitə ehtiyacı var. Bunun elə 80 milyard manatı bizim valyuta ehtiyatları qismində varımızdır. Lakin söhbət ehtiyatların xərclənməsindən deyil, onların olmasının yaratdığı üstünlüklərdən istifadə edərək, xarici investisiyaların ölkəyə cəlb olunmasından gedir. Bu gün Azərbaycanın xalq tərəfindən tam dəstəklənən vahid lideri, böyük inkişaf potensialı və resursları var.
Müharibənin uzanmasından Ermənistan qorxsun. Bu gün havadarları ona silah-sursat verirsə belə, müharibə uzanacağı təqdirdə onu da dayandıracaqlar. İqtisadi iflas həddinə çatan ölkəyə havayı silahı uzağı bir dəfə verə bilərlər. Buna görə də Ermənistan vəziyyəti real dəyərləndirib, reallığa uyğun addım atmalıdır.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:30-10-2020, 09:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-10-2020, 09:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52