"Rusiyadakı milyarderlərimiz mediaya yatırım etmirlər" - ETİRAZ
"Xarici medianı fasiləsiz olaraq diqqətlə izləyirəm. Qarabağ problemi ilə bağlı Azərbaycan həqiqətləri hələ də kifayət qədər işıqlandırılmır və çox vaxt obyektiv verilmir. Düzdür, əvvəlki dövrə baxanda indi bu sahədə xeyli irəliləyiş var, lakin ermənilərin təbliğatı və erməni tərəfindən verilən informasiya həcmi daha çoxdur. Bu da onunla bağlıdır ki, ermənilər xüsusən iri dövlətlərdə yaxşı mövqelərə yerləşiblər. Siyasi, ictimai, mədəni sferalarda təmsil olunurlar və ictimai rəyə də təsir əldə edirlər. Xüsusən də, böyük dövlətlərdə mediaya yaxşı yatırım ediblər. Bir çox hallarda nüfuzlu media orqanlarının səhmlərini alıblar, ya da onların rəhbərliklərində ən azı 1 erməni yerləşdiriblər".
Bu sözləri "Şərq"ə açıqlamasında TvPress.Az-ın baş redaktoru, SİA-nın analitiki Elçin Bayramlı deyib. Ekspert vurğulayıb ki, müxtəlif ölkələrdə yaşayan adi ermənilər də informasiya təbliğat müharibəsində fəal iştirak edirlər:
"Onlar saxta məlumatlar yayır, kütləvi aksiyalar keçirərək ictimai rəyi yönləndirməyə çalışırlar. İmkanlı ermənilər isə öz vəsaitləri hesabına kitablar dərc etdirir, filmlər çəkdirir, telesüjetlər və verilişlər hazırlatdırır, məqalələr dərc etdirirlər. Buna baxmayaraq Qarabağda anti-terror əməliyyatı başlayandan sonra həm Azərbaycanda, həm də xaricdə yaşayan azərbaycanlılar da xeyli aktivləşiblər. Çox sanballı arqumentlər, tarixi faktlar, sənədlər və sair materiallarla erməni yalanlarını ifşa edir, onları susdururlar. Lakin bu iş hələ o qədər də arzuolunan səviyyədə deyil".
"Misal üçün, Rusiyada bizim xeyli milyarder biznesmenlər var. Onlar heç vaxt mediaya yatırım etmirlər, halbuki, bəzi televiziya, radio və agentliklərin səhmlərini ala və ya orada ödənişlə vaxt alıb lazımi materiallar yayımlada bilərdilər. Ermənilər isə Rusiyada xeyli media orqanının səhmlərini alıb və rəhbərliyinə yerləşib. Bu, digər ölkələrdə də belədir, xüsusən də Amerikada, Fransada və s. Bizim QHT-lər isə dövlətdən on minlərlə manat qrantı alır gedib Türkiyədə mediaya çıxır və 5-10 nəfər yığıb tədbir keçirir. Sonra da deyirlər ki, Azərbaycan həqiqətlərini çatdırdıq. Halbuki, Türkiyədə bunu bilirlər. Həmin pulları Avropa, Rusiya, Amerika mediasına yönəltmək lazım idi. Çünki türk dili beynəlxalq dil olmadığına görə, bu materiallar dünyaya çatmır. Beləliklə, milyonlarla pul sanki havayı gedir. Amma BMT-nin rəsmi dilləri olan ingilis, fransız, rus, ərəb, ispan, çin dillərində materiallar yaymağa daha çox ehtiyac var. Ermənilər məhz bu dillərdə təbliğatlarını aparırlar. Çünki dünyanın taleyini həll edənlər də bu dillərə malik ölkələrdir" - deyə, E.Bayramlı əlavə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-10-2020, 09:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-10-2020, 09:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01