İnternetin məhdudlaşdırılması ilə distant təhsil necə təşkil olunacaq? - RƏSMİ CAVAB
Xəbər verdiyimiz kimi, xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il noyabrın 2-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin ediləcək.
Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə hərbi vəziyyət şəraitində olan ölkəmizdə internetin verilməsində məhdudiyyətlər tətbiq edib.
Maraqlıdır, distant təhsillə bağlı internetin verilməsində hər hansısa bir dəyişiklik olacaqmı?
Lent.az -ın mövzu ilə əlaqədar sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova bildirib ki, “Telekommunikasiya haqqında” qanunun 16.1-ci maddəsinə əsasən, fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində Azərbaycan qanunvericiliyinə uyğun olaraq səlahiyyətli dövlət hakimiyyəti orqanları zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilərlər:
"Fövqəladə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 517 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 3.1.2-ci maddəsinə əsasən, telekommunikasiya və poçt şəbəkələrinin fəaliyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, müvəqqəti məhdudlaşdırıla və dayandırıla bilər".
G.Gözəlova qeyd edib ki, sözügedən məhdudiyyət müvafiq elektron kommunikasiya vasitələrinə tətbiq olunub:
"Ölkəmizdə distant təhsil prosesinin həyata keçirildiyi elektron platformaların fəaliyyəti məhdudlaşdırılmayıb. Ali təhsil müəssisələrinin tələbələri və orta ümumtəhsil məktəblərinin şagirdləri heç bir çətinlik çəkmədən distant təhsil prosesində iştirak edə bilərlər.
Eyni zamanda hazırkı dönəmdə distant təhsilin tətbiqi fonunda internet xidmətlərinə artan tələbatın ödənilməsi, dayanıqlığın və keyfiyyətin təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bütün zəruri işlər həyata keçirilir".
Paylaş:
Müəllif : Yazar
Tarix:30-10-2020, 15:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-10-2020, 15:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01