reklam
Regionxeberlericom.az » Sosial » “Azad edilən ərazilərdə sosial proqramlar icra olunacaq” - Sahil Babayev

reklam

“Azad edilən ərazilərdə sosial proqramlar icra olunacaq” - Sahil Babayev


Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin möhtəşəm tarixi Qələbələri davam etdikcə, işğaldan azad edilən doğma yurd yerlərimizin də sırası genişlənir. Ölkəmizin digər bölgələrində olduğu kimi, azadlığına qovuşan həmin ərazilərimizdə də geniş miqyasda sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq. Bu istiqamətdə müxtəlif istiqamətlərdə tədbirləri əhatə edən təkliflər üzrə artıq işlərə başlanıb.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiya iclasında bildirib.
O qeyd edib ki, ildən-ilə geniş vüsət alan sosial müdafiə və aktiv məşğulluq proqramlarında hər zaman həssas qruplardan biri kimi, məcburi köçkünlərə də üstünlük verilib. Həmin vətəndaşlar işğaldan azad edilmiş yurdlarına qayıtdıqdan sonra da onların sosial-iqtisadi dəstək tədbirləri ilə əhatə olunması işləri aparılacaq. Son illərdə özünüməşğulluq proqramının dəstəyi ilə minlərlə köçkün ailəsinin kiçik təsərrüfatları, müəssisələri yaradılıb. Onlar artıq öz təsərrüfat və müəsissələrini də doğma yurd yerlərinə aparmaq əzmindədirlər. Ümumən, işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılmasında da özünüməşğuluq proqramı öz töhfəsini verəcək.
Nazir həmçinin qeyd edilən zonalarda DOST mərkəzlərinin, peşə-tədris və reabilitasiya, sosial xidmət müəssisələrinin yaradılacağını deyib. Bununla bağlı da layihələndirmə işlərinin aparılmasının nazirlik üçün prioritetlərdən biri olduğunu qeyd edib.
S.Babayev ölkəmizdə hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində əhaliyə xidmətlərin yüksək səviyyədə təşkilinə xüsusi diqqət yetirildiyini bildirib. O, xüsusilə pensiya, müavinət və təqaüdlərin, sosial yardımların ödənişlərinin vaxtlı-vaxtında icra edildiyini və bundan sonra da bu sahənin diqqətdə saxlanmalı olduğunu qeyd edib. İş yerlərinin qorunması sahəsində də işlərin davam etdiyini, elektron sistem üzərindən daimi nəzarət həyata keçirildiyini deyib. Əmək müqavilələrinə əsassız yerə, həmçinin ciddi səbəb olmadan xitam verilməsi halları baş verdikdə işəgötürənlərlə sosial dialoq müstəvisində belə halların qarşısının alındığını diqqətə çatdırıb.
S.Babayev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramının davam etdiyini, bu il artıq 710 mənzil və fərdi evin verildiyini, ilin sonunadək bu rəqəmin 1500-ə çatacağını deyib. Bildirib ki, pandemiya dövrü bir sıra məhdudiyyətlər yaratsa da, cari il üçün nəzərdə tutulmuş bütün sosial proqramların, eləcə də mənzillə və avtomobillə təminat, özünüməşğulluq proqramlarının uğurla başa çatdırılması, elektronlaşdırma proqramının davam etdirilməsi, ilin sonunadək yeni e-xidmətlərin işə salınması, yeni reabilitasiya müəssisələrinin istifadəyə verilməsi təmin olunacaq.
İclasda hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Hazırlanmış 21 peşə və 21 kvalifikasiya standartı da təqdim edilərək müzakirə olunub.


Paylaş:


Müəllif : Tarix:
31-10-2020, 20:03
Sikayət   


loading...
Загрузка...