reklam
Regionxeberlericom.az » Sosial » "Əgər “Soliton” mağazası pozuntuya yol veribsə..." - QALMAQAL

reklam

"Əgər “Soliton” mağazası pozuntuya yol veribsə..." - QALMAQAL

Jurnalist Yusif Osmanlı (Məhəmmədoğlu) Gürcüstana buraxılmayıb.

regionxeberlericom.az bildirir ki, bu barədə Axar.az-a Yusif Osmanlı özü məlumat verib. O bildirib ki, martın 1-də işləri ilə əlaqədar Gürcüstana getmək istəyən zaman Qırmızı Körpü sərhəd-keçid məntəqəsində saxlanılıb və ona ölkədən çıxışına qadağa qoyulması barədə məlumat verilib.

Y.Osmanlının sözlərinə görə, sərhəddə saxlanılana qədər sözügedən qərardan xəbərsiz olub:

“Məni polis məntəqəsinə apardılar, orada doğulduğum İsmayıllı rayonunun Polis Şöbəsinin Pasport Qeydiyyat bölməsi ilə əlaqə saxladılar. Bölmədən bildirdilər ki, “Soliton” mağazalar şəbəkəsi adıma olan 207 manat kredit borcuna görə məni məhkəməyə verib. Məhkəmə də mənim iştirakım olmadan qərar çıxarıb. Yanvarın 18-də axtarışa verilmişəm, tapılmadığım üçün də yanvarın 23-də ölkədən çıxışıma qadağa qoyulub. Mənim özümə bu barədə məhkəmədən hər hansı çağırış və ya dəvət gəlməyib. Proses xəbərim olmadan keçirilib. Ümumiyyətlə, məhkəmənin nə vaxt olmasından da xəbərsizəm. Bakıya geri qayıtmaq məcburiyyətində qaldım. Mənim telefon nömrəm və müvəqqəti yaşayış yerim “Soliton”da olduğu halda məhkəmənin və məhkəmə qərarlarının icrası şöbəsinin bu addımı atması, sadəcə, anlaşılmazdır. Məsələ ilə bağlı Ədliyyə naziri Fikrət Məmmədova şikayət ünvanlayacağam”.

Məsələ ilə bağlı danışan hüquqşünas Səməd Vəkilov deyib ki, vətəndaşa bildiriş göndərilmədən məhkəmənin keçirilməsi qanunaziddir:

“Vətəndaş “Soliton”la müqavilə imzalayıb və məhkəmə də əmr icrası qaydasında qərar çıxarıb. Əmr icrası qaydasına görə, məhkəmə prosesində qarşı tərəfin iştirak etməsi şərt deyil. Amma burada bir pozuntuya yol verilib. Bütün hallarda (istər əmr, istərsə də iddia icrası qaydasında olsun) qarşı tərəf bildiriş almalı idi. Vətəndaş bildiriş almayıbsa, onun müəyyən müddət ərzində şikayət vermək hüququ var. Ona görə də Yusif Osmanlı məhkəmənin qərarından şikayət verə bilər. Mülki Prosessual Məcəlləyə görə, məhkəmə tərəflərin hüquq bərabərliyi, aşkarlıq və çəkişmə prinsipi əsasında həyata keçirilməlidir. Orada çəkişmə prinsipi pozulub. Çəkişmə prinsipi məhkəmə prosesinin ədalətli olmasını təmin edən bir nömrəli amildir. Çəkişmə prinsipinə əməl olunmadan çıxarılan bütün məhkəmə qətnamələri qeyri-obyektiv sayılır”.

Hüquqşünasın sözlərinə görə, Y.Osmanlı və yaxud bu halla üzləşən hər hansı vətəndaş məhkəmə qarşısında iddia qaldırıb qərarı ləğv etdirə bilər:

“Əgər “Soliton” mağazası burada hər hansı bir pozuntuya yol veribsə, məhkəmə baxışı zamanı mənəvi zərərlə bağlı iddia da qaldırıla bilər. İcra şöbəsinin Y.Osmanlının ölkədən çıxışına qadağa qoyması barədə qərarı da ədalətsizdir. Çünki icra şöbəsi qadağanı tətbiq edəndə həmin işin materiallarına baxıb aydınlaşdırmalıdır ki, vətəndaş məhkəmə prosesində iştirak edib, ya yox. Həm də icradan yayınıb-yayınmadığı aydınlaşdırılmalıdır. İstənilən halda bu qərarlar ləğv olunmalı və işə yenidən baxılmalıdır”.


Paylaş:


Müəllif : Tarix:
7-03-2019, 10:39
Sikayət   


loading...
Загрузка...