Qazax və Naxçıvanın kəndləri Azərbaycana necə qaytarılacaq? - Unudulan işğal, yoxsa..?
Sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanın Azərbaycana qarşı təxribatları davam edir.
Azərbaycan Ordusu düşmənin təxribatlarına cavab olaraq əks-həmlə əməliyyatları həyata keçirir. 41 günlük Vətən müharibəsində ordumuz tarix yazır. Artıq bir neçə rayon, xeyli sayda kənd və strateji yüksəkliklərimiz geri qaytarılıb. Qeyd edək ki, 30 ildir həm də Qazax rayonunun 7 kəndi və Naxçıvanın Kərki kəndi işğal altındadır. Azərbaycan və Ermənistan arasındakı danışıqlarda Qazaxın Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara, Yuxarı Əskipara, Sofulu, Qızılhacılı, Barxudarlı kəndlərinin, eləcə də Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı məsələ müzakirə olunmur.
Xatırladaq ki, Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsilik Şurasının, BMT Baş Assambleyasının, ATƏT-in Budapeşt və Lissabon sammitlərinin, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qətnamə və qərarlarında, həmçinin, problemin həllinə dair "Madrid prinsipləri", "Kazan formulu" kimi sənədlərdə Qazax və Naxçıvandakı işğal altındakı ərazilərlə bağlı məsələ yoxdur. Həmin sənədlərdə münaqişə bölgəsi və işğal altındakı ərazilər kimi yalnız Dağlıq Qarabağ, ətrafındakı 7 rayon göstərilir. Danışıqların predmetini də məhz bu ərazilər təşkil edir.
Azərbaycan münaqişə başa çatmadan, Ermənistanla sərhədlər müəyyənləşmədən sərhəd qoşunlarını əraziyə yerləşdirib və Qazaxın işğal altındakı kəndləri o tayda qalıb. İşğalçı ölkə nə vaxtsa artıq sərhədlərin müəyyənləşdiyini və bu kəndlərin onlara məxsud olması iddiasını da qaldıra bilər.
Məsələ necə tənzimlənməlidir? Hazırki dönəmdə Azərbaycan Dağlıq Qarabağda və ətraf rayonlarda olduğu kimi, Qazax və Naxçıvanın işğal altındakı kəndlərinin qaytarılması ilə bağlı həm hərbi, həm də diplomatik hücuma başlaya bilərmi?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan siyasi şərhçi Elxan Şahinoğlu deyib ki, ölkə başçısı dönə-dönə reallığın artıq dəyişdiyini və ermənilərin bu reallığı qəbul etməli olduğunu vurğulayıb:
“Yəni nə Dağlıq Qarabağın "müstəqilliyindən", nə yüksək muxtariyyətindən söhbət belə gedə bilər. Çünki reallığı biz dəyişmişik və şərtləri diktə edirik. Əlbəttə ki, Dağlıq Qarabağ məsələsini həll edəndən sonra digər mövzuları da gündəmə gətirməliyik. Məsələnin həm hərbi, həm də diplomatik yolla həll olunmasını Qarabağ savaşı müddətində də qaldıra bilərik. Çünki bunlar da işğal sayılır və işğalın nəticələrini aradan qaldırmalıyıq. Hətta əvvəlki illərdə olduğu kimi, Naxçıvana problemlər yaradarlarsa, Mehridə koridorun açılmasını da gündəmə gətirə bilərik. Naxçıvanın blokada saxlanılması bizim maraqlarımıza cavab vermir. Düzdür, Türkiyə ilə əlaqəsi və sərhədi var. Amma Azərbaycanın materik hissəsinə birləşdirilməsi də aktuallaşdırıla bilər”.
Politoloq hesab edir ki, qeyd olunan məsələyə diplomatik yolla nail olmaq problematikdir:
“27 il ərzində Ermənistanın danışıqlarda özlərini necə aparmalarını gördük. Diplomatik yolla həlli mən mümkün görmürəm. Amma Dağlıq Qarabağda qazanc uğurlarının fonunda biz düşmənə qarşı hərbi təzyiqi də artıra bilərik ki, bu məsələləri də həll edək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-11-2020, 16:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-11-2020, 16:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16