reklam
Regionxeberlericom.az » Sosial » Səriştəsiz GDU rektoru və onun ŞÜBHƏLİ ƏTRAFI - İTTİHAM

reklam

Səriştəsiz GDU rektoru və onun ŞÜBHƏLİ ƏTRAFI - İTTİHAM

Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayevə Gəncə Dövlət Universitetinin bir qrup müəllimi adından müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciəti bəzi ixtisarlarla təqdim edirik:

Hörmətli Cənab Nazir,biz Gəncə Dövlət Universitetində baş verən aşağıdakı qanunsuzluqlar haqqında tədbir görülməsini xahiş edirik:

1. Cənab Prezidentimiz İLHAM ƏLİYEV öz çıxışında dəfələrlə Soros fondunu tənqid edib.Amma GDU-nun rektoru bu fondla əlaqəli şəxsləri universitetdə vacib nöqtələrdə vəzifəyə təyin edir.Konkret olaraq Vasif Həsənov, onun qardaşı Asif Həsənov,onların baçıları,həyat yoldaşları,xalaları və s. Vasif Həsənov Soros fondu ilə əlaqəsi olan şəxsləri də rəhbərlik etdiyi "İnnovasiyalar departamenti"ndə öz ətrafına yığıb.

2. Gəncəyə raket atılan zaman yaralanan Karina Qriqoryan Vasif Həsənovun nənəsidir.Amma rektor Yusif Yusibov universitet əməkdaşları tərəfindən əsgərlərimiz üçün toplanan yardımı Vasif Həsənovun rəhbərliyi ilə ön çəbhəyə göndərir...

3. Müxtəlif layihələr, elmi konfranslar adı ilə Vasif Həsənov müxtəlif Avropa ölkələrinə səfərlər edir. Bunun hansı elmi nailiyyəti var ki, xarici ölkələrdə bizi təmsil edir? Dəfələrlə Fransada onun erməni qohumları ilə görüşdüyü bütün universitet əməkdaşlarına məlumdur.

4. 2019-cu ilin may ayının 5-də GDU-da keçirilən beynəlxalq konfransda bu qardaşların konfransa gətirdiyi milliyyətcə erməni olan Fransalı qonaqlar da iştirak edirdi. ”İmperial” şadlıq sarayında keçirilən ziyafətdə zala türk iştirakçıların şərəfinə Türkiyənin bayraqları gətirildi və bu zaman həmin erməni əsilli qonaqlar etiraz əlaməti olaraq məclisi tərk etdilər.

5. ... Rektor bu şəxslərin dediyini qeyd şərtsiz qəbul edir,ştat cədvəlini pozaraq müstəsna hal kimi bu şəxslərə yüksək maaş təyin edir.Təsəvvür edin ki,dekan və kafedra müdirlərinin maaşı 1000 manatı keçmədiyi halda,heç bir elmi dərəcəsi olmayan Vasif Həsənova 2000 manatadək maaş verilir.

6. Çox maraqlıdır ki,rektor ömrünü bu tədris müəssisəsində çürüdən layiqli elm adamlarını yox, heç bir elmi nailiyyəti və dosent elmi adı belə olmayan Vasif Həsənovun adını Prezidentin fərmanına saldıra bilib.Həmin fərmanla Vasif Həsənov layiq olmadığı halda "Tərəqqi" medalı alıb. Bu medal və fəxri adlara layiq görülən şəxslərin əksər hissəsi elə Vasif Həsənov kimiləridir. Bunu bütün universitet kollektivi özünə təhqir hesab edir.Rektor cənab Prezidenti aldatdığına görə bir başa məsuliyyət daşıyır.

7. Universitetdə rektorun müşaviri işləyən İlqar Kubışev də "Tərəqqi" medalına layiq görülənlərdəndir. Bu adamın adı Müəllimlər İnstitutuna saxta tələbə qəbulu, saxta diplom satışı, qadın alveri kimi məsələlərdə hallanır. İlqar Kubışev Azərbaycan Texniki Universitetinin "Maşınqayırma " ixtisasını bitirsə də rektorun müşaviri vəzifəsi ilə bərabər, həm də "İnformatika" kafedrasının dosentidir. Bu günə kimi bir dəfə də olsun kafedraya gəlməmişdir, onun dərs keçdiyini isə heç kim görməyib. Onun dərs yükünə daxil olan dərslər ya keçilmir,ya da kafedranın digər müəllimləri tərəfindən əvəz olunur. Görəsən, kafedra müdiri Əkrəm Aslanov o gəlməyə-gəlməyə ona necə tabel yazır və onun dərslərini keçməməsinə niyə göz yumur???

8. Məlumdur ki, Regional kollec,eyni zamanda Gəncə Musiqi Kolleci də GDU-nun tərkibinə verilib."Maşınqayırma" ixtisasını bitirmiş, haqqında yuxarıda qeyd etdiyimiz İlqar Kubışev Yusif Yusibovun təqdimatı ilə Gəncə Musiqi Kollecinə direktor təyin edilib. Maraqlıdır, maşınqayırma hara, musiqi hara? Səbəb aydındır, İlqar Kubışev orada Yusif Yusibovun açdığı bazarda kassir rolunu oynayacaq.

Daha biabırçı səbəb isə universitedə hamının bildiyi kimi İlqar Kubışevin cənab rektorun eşq qalmaqallarında ona yardımçı olmasıdır.Qeyd etdiyimiz kimi İlqar Kubışevin adı şəhərdə qadın alveri məsələlərində hallanılır.

9. Rektor Yusif Yusibov tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədovun bütün fəaliyyətini iflic edib, heç bir məsələdə onunla hesablaşmır.Tədrislə bağlı bütün məsələlərdə nə bu sahəyə məsul olan Fəxrəddin Məmmədovun, nə fakültə dekanlarının,nə də kafedra müdirlərinin fikirlərinə əhəmiyyət verilmir. Bu məsələdə əsas söz sahibi universiteti güc-bəla ilə qurtaran, bakalavr və magistr təhsil pilləsində oxuduğu müddətdə bir saat dərsdə oturmayan, işi-gücü şou tədbirlər və yumoristik verilişlər keçirməkdən ibarət olan, tədbirlərdə Yüsif Yusifovun paltosunu soyundurub geyindirən, yağışlı havalarda ona çətir tutub, mühafizəçi və xəbərdaşıyan funksiyasını yerinə yetirən Orxan Məmmədovdur .(????)

10. Rektor universitetdə əmək haqqını heç bir meyarlara uyğun olmayaraq öz istədiyi kimi verir.Belə ki, istədiyi adamın maaşına ştat cədvəlinə baxmayaraq

istədiyi qədər əlavələr edir,bunu isə elmi şuranın adından müzakirə olunmadan əmrləşdirir.

Hörmətli cənab Nazir, Siz əsil təhsil işçisisiz,xahiş edirik ki,bu barədə lazımi tədbir görəsiniz".



Paylaş:


Müəllif : Tarix:
7-11-2020, 11:10
Sikayət   


loading...
Загрузка...