reklam
Regionxeberlericom.az » Sosial » Qarabağ erməniləri Paşinyanın imzasını saymaya bilər - İDDİA

reklam

Qarabağ erməniləri Paşinyanın imzasını saymaya bilər - İDDİA


Məğlubiyyət Ermənistanı xaosa sürükləyib. İrəvan küçələri etiraz meydanına çevrilib. Ermənilər hakimiyyətə qarşı ayağa qalxıb, narazı və qəzəblidirlər.

Dağlıq Qarabağ erməniləri və onların qondarma lideri də artıq Ermənistan hakimiyyətinə qarşı etiraz edir. Cani Arayik Arutyunyanın adından belə bir açıqlama verilib: “Yaşadığımız bu məğlubiyyətə görə son 10 ildə Ermənistanın rəhbəri olmuş hər kəs cavab verməldiir. Son onilliklərin bütün liderləri orduda bu cür problemlər yaşadığımız üçün cavab verməlidirlər. Hər kəs bunun qaçılmaz olduğunu dedi. Döyüşmək üçün vəsaitimiz və gücümüz qalmamışdı”.

Bu isə belə ehtimallar yaradır ki, separatçılar Ermənistan hakimiyyətinin başında dayanan şəxsin imzaladığı məlum bəyanatı qəbul etməyə bilərlər. Ona görə də suallar meydana gəlir ki, Qarabağ ermənilərinin davranışlarını necə proqnozlaşdırmaq olar? Bu əhval-ruhiyyə ilə sülh alınacaqmı, onlar sülhə və anlaşmalara tabe olacaqlarmı?

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Qarabağda əks-həmlə əməliyyatı Azərbaycanın Ermənistan üzərində ciddi şəkildə qələbəsi ilə bitdi. Ermənistan bu müharibədə məğlub oldu. Azərbaycanın Şuşanı azad etməsi hərbi siyasi qələbə idi. Bu, Ermənistanda ciddi siyasi böhrana yol açdı və gözlənilirdi. Məhz bu kontekstdə Paşinyanın devrilməsi də reallaşa bilər. Ermənistan vətəndaşlari Paşinyanı bu bəyanatla təslimçilikdə ittiham edirlər və ona qarşı kütləvi qəzəb formalaşır. Əsas tətikləyici isə qarabağlı ermənilərdir, qarabağ klanıdır: “Bundan əlavə, Qarabağ ermənilərinin nümayəndəsi Samvel Babayan artıq hərbi çevrilişi dilə gətirir. Qarabağ erməniləri İrəvanda Paşinyan iqtidarı üçün ciddi sürprizlər hazırlayır. Hesab edirəm ki, Ermənistanda siyasi böhran dərinləşəcək. Əgər Ermənistanda siyasi hakimiyyət dəyişikliyi olarsa, Qarabağ erməniləri və Ermənistan yekun sülh sazişinə imza atmayacaq. Onlar əldə olunan razılaşmalara getməyəcəklər. Onda Rusiya Ermənistan siyasi elitasina təsir edib, razılaşmalara əməl etməsinə məcbur etməlidir”.

Politoloq düşünür ki, Ermənistan siyasi cameəsi və Qarabağ erməniləri bu razılaşmaya ciddi əməl etməyə bilər, bu ehtimal var: “Lakin bu halda onlar öz durumlarını bir qədər də ağırlaşdıracaqlar. Türkiyə, Azərbaycan və Rusiya bu istiqamətdə səylərini birləşdirməlidir. Sülhməramlı qüvvələr gətirilib. Gərək Ermənistan adıçəkilən rayonlardan həm də Xankəndindən öz hərbi birləşmələrini cəkəndən, yerli əhali qayıtmağa baslayandan sonra beynəlxalq kontingent, yaxud 50:50 nisbətində Rusiya və Türkiyə sülhməramlıları yerləşsin. Hazırda Azərbaycan hərbi qələbə qazanıb. Bunun diplomatik müstəvidə daha da möhkəmləndirilməsi üçün tədbirlər görülür. Ermənistan artıq məğlubdur və şərtləri qəbul edilmədi”.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
11-11-2020, 09:13
Sikayət   


loading...
Загрузка...