Balakən icra hakimiyyəti Vətən müharibəsi iştirakçısının iddialarına REAKSİYA VERDİ
"DİA.az (Dünya İnformasiya Agentliyi) saytında 11 noyabr 2020-ci il tarixində yerləşdirilmiş “Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT... - NARAZILIQ...” başlıqlı yazı ilə əlaqədar bildiririk ki, Balakən rayon Tülü kənd sakini Dabaxov Şahin Ələddin oğlunun yazıda qeyd etdiyi fikirlər əsassızdır". DİA.AZ bildirir ki, bu sözlər redaksiyamıza Balakən RİH-dən göndərilən açıqlamada qeyd olunub.
Daha sonra açıqlkamada bildirilir: "Belə ki, Şahin Dabaxov Balakən Rayon İcra Hakimiyyətində qəbul olunub, ona maddi və ərzaq yardımı göstərilib, ehtiyacı olan dərman preparatları ilə təmin olunub. RİHB-nın Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri Şahin Dabaxovun evində bir neçə dəfə olmuş, problemləri ilə maraqlanmış və həlli istiqamətində tədbirlər görmüşlər.
Həmçinin bildiririk ki, rayonda səfərbərliyə çağrılmış, müharibədə yaralanmış onlarla əsgərin və 22 şəhid ailəsinin müraciətinə həssaslıqla yanaşılır, onların problemlərinin həlli istiqamətində bütün mümkün tədbirlər görülür.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğal altındakı ərazilərimizin düşməndən azad edildiyi, Vətən müharibəsində qalib gəldiyimiz bir dövrdə bu cür tam araşdırılmamış yazıların saytınızda dərc olunması dövlət orqanlarının işgüzar nüfuzuna xələl gətirə biləcəyini nəzərə almağınızı xahiş edirik. Vətən müharibəsi zamanı sosial media, online media və ümumilikdə Kütləvi İnformasiya Vasitələrində işıqlandırılan, cəmiyyətə təqdim edilən istənilən bu formatda informasiyadan düşmənimiz öz maraqları naminə istifadə edə bilər. Bu gün ən çox oxunan, etimad göstərilən bir xəbər saytı olaraq dia.az saytının rəhbərliyindən xahiş edirik ki, yuxarıda qeyd olunanları nəzərə alsın".
Paylaş:
Müəllif : Yazar
Tarix:12-11-2020, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-11-2020, 09:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01