reklam
Regionxeberlericom.az » Sosial » "Virtual məktəb"ə qoşulmayan müəllimlər var -Təhsil Nazirliyi

reklam

"Virtual məktəb"ə qoşulmayan müəllimlər var -Təhsil Nazirliyi


“Tədris etmək müəllimin vəzifə öhdəliyidir. Aylıq olaraq əmək haqqı alırsa, bunu etməlidir. İnsanlara vəzifə öhdəliyinə görə təşəkkür etmirik”.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, elə müəllimlər var ki, hazırda “Virtual məktəb”ə qoşulmur: “Deməzdim ki, onların əksəriyyəti bilərəkdən qoşulmur. Burada həqiqətən başqa reallıqlar, onların kompüterinin, internetinin olmaması və başqa səbəblər var. Amma istənilən halda Təhsil Nazirliyi yerli təhsil şöbələrinə bununla bağlı müvafiq tapşırıqlar verir. Təbii ki, mövcud şəraitdə təhsil şöbələri müəllimlərin rəğbətləndirilməsi və təbliği ilə bağlı müəyyən işlər aparır. Regionlarda fəaliyyət göstərən təhsil menecerləri var ki, onlar məhz regionda “Virtual məktəb” platformasında tədris keçirən müəllimlərin təbliği ilə məşğuldurlar. Gələcəkdə də Təhsil Nazirliyinin bununla bağlı xüsusi planları var”.


Paylaş:


Müəllif : Tarix:
13-11-2020, 16:05
Sikayət   


loading...
Загрузка...