İcra Hakimiyyəti Şuşaya nə vaxt köçürüləcək? - “...o dəqiqə gedəcəyik”
Xəbər verildiyi kimi, Şuşa rayon Polis Şöbəsi Şuşaya köçürülüb.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanına uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub. Hazırda rayon Polis Şöbəsinin əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Şuşa şəhərində komendant rejimində fəaliyyətini davam etdirir.
Ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanına uyğun olaraq növbəti mərhələdə Şuşa rayon İcra Hakimiyyətinin işğaldan azad olunan Şuşaya köçürülməsi prosesi gözlənilir.
Şuşa rayon icra başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva Cebhe.info-ya açıqlamasında köçürülmə ilə bağlı hələlik müvafiq göstərişin verilmədiyini deyib:
“Bu məsələ səlahiyyətimizdə deyil. Bilirsiniz ki, bu məsələ bizim istəyimiz və planımızla həyata keçirilmir. Göstəriş verilən kimi, o dəqiqə gedəcəyik. Hələ o tarixi bilmirik. Şuşanın polis şöbəsi və təhlükəsizlik xidməti ora çağırılıb. Hazırda onlar da komendant kimi Şuşadadırlar. Amma başqa idarələrimiz, ən başlıcası İcra Hakimiyyətinin getməsi xüsusi göstərişlə reallaşacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-11-2020, 16:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-11-2020, 16:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11