Ordumuz Xankəndinə girsəydi... - cəmiyyətdə yaşanan əndişə əsaslıdırmı?
Azərbaycan cəmiyyəti 10 noyabrdan bu yana ikiyə bölünüb. Sosial media fəallarının böyük əksəriyyəti sual edir ki, Ordumuz Xankəndinin girişində niyə dayandı, prosesə möhür vurmadı. Lakin tənqid edənlər nəzərə almırlar ki, dünya siyasətində reallıqlar, güclər, təsirlər var və Azərbaycan Ordusu Xankəndinə girsəydi, başqa əraziləri də işğaldan azad etsəydi, ciddi beynəlxalq təpkiylə qarşılaşardı.
“Yeni Müsavat” bildirir ki, bu, beynəlxalq güclər tərəfindən etnik təmizləmə kimi qiymətləndiriləcəkdi. Onsuz da 44 gün ərzində güclü təzyiqlərlə, qərəzli bəyanatlarla qarşılaşan Azərbaycan və Prezident İlham Əliyev bu hadisə baş versəydi, daha böyük hücum dalğası görəcəkdi.
Şuşadakı kilsədən düşən iki kərpicə görə vay-şivən qoparan, həşir salan Qərb mediası, müxtəlif təşkilatlar Xankəndinə girsəydik, görün nələr edəcəkdilər. Hətta bu, Azərbaycana qarşı beynəlxalq iqtisadi-siyasi sanksiyalara gətirib çıxara bilərdi. Yəni bu tələdən Prezident siyasi məharət, ustalıqla yayınmağı bacardı.
Onsuz da Xankəndi bizimdir, Azərbaycanın üçrəngli bayrağı bu şəhərdə ucalacaq, inzibati quruluşu, idarəetməsi bizdədir və oradakı erməni əhalisi Azərbaycan pasportu ilə bu ölkənin vətəndaşı kimi yaşaya bilər.
Bunun alternativi yoxdur, oradakı ermənilər nə Ermənistanın, nə qondarma rejimin saxta pasportu ilə hərəkət edə biləcəklər. Hər halda bu məsələlərə və texniki tərəflərinə detallı aydınlıq gətiriləcək və cəmiyyətdəki narahatlığa son qoyulacaq.
YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan 10 noyabr sənədi ilə iki əsas məsələni həll edib: “Birinci növbədə işğalçı qüvvələr torpaqlardan çıxarıldı, ikincisi Ermənistanın ərazilərimizdə müstəqil dövlət yaratmaq, ermənilərin toplam yaşadığı yerlərə status vermək istəklərinə son qoyuldu. Bu gün azad edilmiş ərazilərə Azərbaycan Ordusu nəzarət edir və rus sülhməramlılarının yerləşdiyi Xankəndinə, Xocalıya və digər yaşayış məntəqələrinə də azərbaycanlılar köçürüləcəklər. Bundan sonra bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq əsasında həll ediləcək. Bu sənəd Azərbaycanın milli maraqlarını cavab verir”.
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev isə “Yeni Müsavat”a bildirdi ki, bəzi qüvvələr qəbul edilmiş sənədə kölgə salmağa çalışır: “Bu, yolverilməzdir, Rusiya silahlı qüvvələrinin sülhməramlı olmasına şübhə ilə yanaşırlar. Əvvəla, Rusiyanı rəqib və ya düşmən kimi görmək istəyənlər birmənalı olaraq ermənilərin mənafeyinə xidmət etmiş olurlar. Bununla da Türkiyə-Rusiya dostluğuna və gələcəyinə zərbə vurmuş olurlar. Kimin haqlı olduğunu zaman göstərəcək”.
Politoloq hesab edir ki, iqtisadi baxımdan müharibənin hər günü milyonlarla dollar vəsaitin xərclənməsi deməkdir: “Bu bəyanatla xərclərin qarşısı alındı. Azərbaycan prezidenti həmişə bəyan edib ki, münaqişənin dayanması Ermənistandan asılıdır. Yəni erməni tərəfi qoşunların işğal olan yerdən qısa zaman ərzində, şərtsiz çıxarması barədə cədvəl verməlidir. Bu bəyanatda həmin cədvəl verildi, prezident verdiyi sözə əməl etdi. Bundan başqa, bəyanatın 9 maddəsinə əsasən Naxçıvan bölgəsi ilə koridorun yaranması iqtisadi baxımdan strateji əhəmiyyət kəsb edir.
Naxçıvan koridoru Laçın koridoru ilə eyni statusa malik olsa da, faydalılığı daha səmərəlidir. Bu dəhliz türk dünyasına açılmış koridor hesab etmək olar".
Politoloq Fərhad Mehdiyev hesab edir ki, hərb meydanda əldə etdiyimiz şərəfli qələbəni indi diplomatiyada tamamlamaq lazımdır: “Bundan sonra vəziyyəti öz xeyrimizə daha da necə dəyişə biləcəyimizlə bağlı nə etməli olduğumuzu düşünməliyik. Xocalıya azərbaycanlılar qaytarılmalı, onların təhlükəsizliyini təmin etmək üçün ora polis gücü getməlidir. Sülh müqaviləsində Dağlıq Qarabağdakı rayonlara səlahiyyətləri artırılmış yerli özünüidarə statusları tanına bilər. Rus sülhməramlıların olduğu ərazilərdə Azərbaycan manatı, Azərbaycan Konstitusiyası keçərli olmalıdır, çünki həmin torpaqlar Azərbaycanın beynəlxalq hüquqla tanınmış torpaqlarıdır”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:14-11-2020, 09:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-11-2020, 09:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01