Qarabağ razılaşmasına dair maraqlı məqamlar - İLGİNC
“Bu gün işğaldan azad etdiyimiz ərazilər, sentyabrın 27-ə qədər ermənilərdə idi və orada bir nəfər də olsun, azərbaycanlı yox idi. Ermənilər də əmin idilər ki, Azərbaycan Ordusunu məğlub edəcəklər. Lakin vəziyyət indi necədir? Qarabağın əksər hissəsi Azərbaycan Ordusu tərəfindən azad edilib, digər ərazilər geri qaytarılacaq, Ermənistan ordusu darmadağın edilib, itkiləri həddindən artıq çoxdur və artıq Ermənistan cəmiyyətinin daxilində çaxnaşma başlayıb. Onlar artıq 1992-ci ildə bizim yaşadıqlarımızı yaşamağa başlayıblar”.
Bunu AYNA-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan Qarabağ razılaşmasını şərh edən ekspertin sözlərinə görə, artıq bütün dünya Azərbaycanın Qarabağ müharibəsində qələbə qazandığını təsdiqləyir: “Bizim indi Türkiyə kimi güclü müttəfiqimiz var. Rusiya da Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyir və müdaxilə etmir. İndi də bunu belə əsaslandırır ki, BMT-nin mandatına uyğun olaraq üç dövlət başçısının bəyanatı əsasında sülhü bərpa etmək istəyir. Lakin bu, həmin Rusiya sülhməramlı kontingentidir ki, vaxtilə Cənubi Osetiyada da olmuşdu. 2003-cü ildən 2008-ci ilə qədər Cənubi Osetiyada fəaliyyət göstərdi və bu fəaliyyəti Cənubi Osetiyanın işğal edilməsi ilə nəticələndi. Ona görə də biz ayıq-sayıq olmalı, təhdidləri və səhvlərimizi görməli və nəticə çıxarmalıyıq. Necə ki, Mixail Saakaşvili bu təxribata uyaraq Cənubi Osetiya ilə Abxaziyanı uduzmuşdu. Biz prosesi elə aparmalıyıq ki, həm maddi, həm siyasi, həm də bəşəri imkanlarımızdan istifadə edəki, sülh potensialına şərait yaradaq”.
“Mən əminəm ki, Qarabağ münaqişəsi tam həllini tapandan sonra Türkiyə Ermənistanla olan protokolları ratifikasiya edəcək və 5 ildən sonra Ermənistan iqtisadiyyatı tamamilə Türkiyə iqtisadiyyatına bağlanacaq. Belə bir şəraitdə də 5 ildən sonra Ermənistanda kimsə türklərin düşmən olduğunu desə, onu cəzalandıracaqlar. Çünki biləcəklər ki, artıq Türkiyə iqtisadiyyatından asılıdırlar. Hətta, Rusiyada işləyə və yaşaya bilməyən ermənilər də Türkiyəyə gedib, özlərinə iş axtaracaqlar. Azərbaycan da Ermnistanla ticari-iqtisadi əlaqələri açmalıdır. Bu qadağaları vaxtilə Moskva qoymuşdu və Ramiz Mehdiyev onu yerinə yetirirdi. Ermənilərin Bakıya gəlməsinə də qadağa qoymuşdu və əlaqələr yalnız Moskva vasitəsi ilə qurulurdu ki, iki xalqın bir-biri ilə düşmənliyi davam etsin. Lakin dünyada əzəli və əbədi düşmən olmur. Çünki bəşər tarixi müharibələr və sülh tarixidir”, - Əlizadə vurğulayıb.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlı da üçtərəli razılaşma barədə fikirlərini AYNA ilə bölüşüb: “Əvvəlcə onu qeyd edim ki, biz həmin sənədi ümumi Qarabağ münaqişəsinin müstəqillik dövründə həlli kontekstində, həmçinin müharibənin son alovlandığı proses kontekstində və 9 noyabr axşamı olan mənzərə kontekstində dəyərləndirməliyik. Əgər 9 noyabr axşamı olan mənzərə kontekstində dəyələndiririksə, əksər azərbaycanlının yanaşması Ermənistanın məğlub olmaq üzrə olması, lakin bu ölkənin Qarabağdan çıxması nəticəsində başqa bir ölkənin Azərbaycana gəlməsindən ibarətdir. Yəni, cəmiyyət düşünür ki, madam ki, biz 9 noyabr axşamına qədər qələbəni təmin etmişdik, əksinə ehtiyac var idimi? Amma bu məqamda Azərbaycan üçün əhəmiyyətli nüanslar var. Məsələn, bir müharibənin əvvəlində ilk sədləri keçərkən çətinlik olur, bir də halqa daralarkən müqavimət artır və iki tərəfin də itkisi çox olur. Yəni, tam qələbə əldə edilsəydi belə, itkilərin çox olması ehtimalı artacaqdı. Belə olan halda da son mərhələni daha ağır itkilər bahasına yox, sənəddə qeyd edildiyi kimi, itki vermədən həll edirik”.
“İlk dəfədir ki, sülh üçün əsas təşkil edəcək sənəddə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan ərazilərə dair status nəzərdə tutlumur və bu, müsbət məqamdır. Ən azından, bu, ilkin sənəddə qeyd olunmayıb, Prezident də statusun olmadığını açıqlayıb. Bizim üçün narahatedici əsas məqam Rusiya sülhməramlılarının bölgəyə gəlməsidir və sülhməramlıların gəlməsi ilə bağlı məsələ, onların sadəcə Rusiya olması ilə bağlı deyil. Ümumiyyətlə, Azərbaycan daxilində heç bir beynəlxalq sülhməramlı mümkün qədər olmamalıdır. Sülhməramlılar Azərbaycanla Ermənistan sərhədində ola bilər, amma Azərbaycan daxilində olmamalıdır. Deməli, belə çıxır ki, Ermənistan ordusunun işğal altında olan digər ərazilərdən çıxması və münaqişənin ilk mərhələsinin həqiqətən dayanması üçün bu, zəruri olub. Çünki bu günə qədər imzalanan atəşkəs sazişlərinin heç biri münaqişəni dayandırmayıb. Ona görə də atəşkəsi həqiqətən də bərpa etmək üçün buna ehtiyac olub”, - analtik vurğulayıb.
Aslanlı bunu həm də ermənilərin terror törədə biləcəyi ehtimalı ilə əlaqələndirib: “Məlumdur ki, biz dinc ermənilərin təhlükəsizliyinə təminat vermişik. Amma Ermənistan da müxtəlif provakasiyalar törədə, dinc əhalinin içində terrorçular ola bilər. Həmin terrorçular da Azərbaycan əhalisinə atəş açar, biz onlara cavab verərik və münaqişə yenidən böyüyə bilər. Azərbaycan isə bu məsələlərdə həssasdır. Ona görə də ola bilsin ki, həm münaqişəni tam dayandırmaq, həm də erməni əhalisinin təhlükəsizliyini ilkin mərhələdə birlikdə təmin etmək üçün bu sülhməramlılara ehtiyac hiss olunub. Düşünürəm ki, münaqişənin köklü həllindən sonra, Azərbaycan ərazisində heç bir sülhməramlıya ehtiyac yoxdur. Ermənistan istəyirsə, buyurub öz sərhədinə istənilən sülhməramlını gətirə bilər”.
Müsahibimiz əlavə edib ki, həmin sülhməramlılar sazişlə deyil, bəyannamə ilə gəldiyi üçün hüquqi problemlərə yol açır: “Belə ki, ATƏT-in 1994-cü ildə keçirilən Budapeşt Sammitinin yekun sənədinə münaqişələrlə bağlı ayrıca hissələr əlavə edilmişdi. Həmin sənəddə Qarabağla bağlı da xüsusi hissə var və həmin hissədə qeyd olunur ki, Qarabağa gələcək olan sülhməramlılar mütləq çoxmillətli olmalıdır. Yəni, bu sülhməramlılar yalnız bir milləti təmsil etməməlidir. Belə olan halda isə sülhməramlıların Qarabağa gəlməsində beynəlxalq təşkilatların qərarları və beynəlxalq sazişlərin icrası mexanizmi baxımından problemli nüanslar var. Həm də sülhməramlılarla bağlı de-fakto vəziyyət, Azərbaycanın isə razılığı var. Yəni, de-fakto vəziyyətlə razılıq üst-üstə düşür və Azərbaycanın müəyyən marağına da xidmət edir. Amma beynəlxalq təşkilatın daha öncə qəbul edilmiş qərarına və sazişlərin icra mexanizminə uyğun deyil”.
“Sadəcə görünən odur ki, indiki vəziyyətdə müxtəlif şərtlər nəzərə alınaraq, eyni zamanda münaqişənin effektiv dayandırılması və dinc əhalinin təhlüksizliyinin effektiv təmin olunması və bununla bağlı məsuliyyətin sadəcə Azərbaycanın üstünə düşməməsi üçün sülhməramlılarla bağlı qərar qəbul edilib. Burada, həmçinin Türkiyənin rolu da çox önəmlidir və bunu həm Azərbaycan, həm də Türkiyə dəfələrlə qeyd edib. Görünür, biz bu məqamda bəyannaməyə yox, imzalanacaq sazişə köklənməliyik. Ola bilsin ki, sazişdə nəzərdə tutulan elə nüanslar var ki, onlar bəyannamədə elan olunmayıb. Məqsəd də bu prosesin rahat sona çatdırılması, sülh sazişinin Ermənistan tərəfindən də imzalanmasının təmin olunmasıdır”, -deyə QAFSAM rəhbəri fikrini yekunlaşdırıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-11-2020, 12:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-11-2020, 12:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01