"Büro nədir? Biz özümüz Şuşada oturmaq istəyirik" - AÇIQLAMA
Sentyabrın 27-də başlayan və Azərbaycanın qələbəsi ilə bitən Vətən müharibəsi xalqımız üçün yeni tarixin başlanğıcını qoydu.
30 ilə yaxındır ki, Vətən həsrəti ilə yaşayan Azərbaycan xalqı geri dönmək, azad olunmuş torpaqlarda yaşamaq, qurub-yaratmaq, çalışmaq üçün günləri sayır.
Maraqlıdır, mətbu orqanlarımız vətənimizin azad edilən torpaqlarında necə fəaliyyət göstərəcək?
Cebhe.info bu barədə mətbuat orqanlarının baş redaktorları arasında sorğu keçirib.
“Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov bildirib ki, bu, mətbu orqanın ən böyük arzularından biridir:
"Qarabağ ərazisində hazırda da, müharibə dövründə də əməkdaşımız olub və fəaliyyəti bütün qaydalara uyğun tənzimlənib. Xüsusilə ermənilərin dinc sakinlərin yaşadıqları ərazilərə təxribat xarakterli hücumlarını mütəmadi işıqlandırıb. Doğrudur, hələlik böyük işçi qüvvəsi saxlamağa imkanlarımız olmasa da, fərd olaraq bir əməkdaşımız oradadır. Ən böyük arzularımızdan biri də həm "Cümhuriyət" qəzeti, həm Cebhe.info xəbər portalının Şuşada bürosunun olmasıdır. Bu, müəyyən dərəcədə həm də imkanlarla bağlıdır. Hər halda arzumuzdur və çox istərdik ki, belə olsun. Qalanı da qismətdir. İnşallah, azad Şuşamıza qayıdan soydaşlarımız saytımızı oxuyacaq, qəzetimiz orada köşklərdə satılacaq. Büro açmaq isə arzumuzdur. Allah hər kəsi arzusuna yetirsin. Necə ki, 28-30 il sonra bizi Şuşaya qovuşdurdu. İnşallah, bu arzularımız da yerinə yetəcək".
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli büronun Şuşa, Cəbrayıl və Füzulidə olmasını daha çox istədiyini söyləyib:
"Azərbaycan torpağının hər qarışı mənim üçün eyni dərəcədə doğma, əzizdir. Qarabağa gəldikdə isə işğaldan azad edilən ərazilərimizin hər bir azərbaycanlı kimi mənim üçün də xüsusi anlamı var. Bu anlam isə toponimlərlə, dağla, dərəylə bağlı deyil, bu, torpaqlarımızın azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərən, şəhid və qazi olan igidlərimizlə bağlıdır. İndi Qarabağ və onun hər qarış torpağı, o cümlədən Şuşa şəhəri bizim üçün Böyük Qələbənin rəmzinə çevrilib. İndi Qarabağ qürurumuzun üçrəngli bayrağımız kimi yenidən ucaldığı məkandır. Bu baxımdan, qələbəmizin Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, dövlətçiliyimizin yenidən bərpa olunması qədər mənəvi dəyəri var.
İşğaldan azad edilən ərazilərimizin bərpasından sonra Şuşada, Ağdamda, Cəbrayılda, Füzulidə, yaxud başqa bir yerdə ofis, büro açmaq hər bir KİV rəhbərinin arzusudur, o cümlədən də mənim. Şuşa, Cəbrayıl və Füzulinin şəxsən mənim və sələflərimin xatirəsində özəl yeri olduğundan, bu ərazilərdən birini seçərdim".
"Teleqraf Holding"in rəhbəri Aynur Camal azad edilən rayonlarda bərpa işləri görüldükdən sonra orada müxbir bürosunun yaradılacağını qeyd edib:
"Mütləq Şuşada, Füzulidə və işğaldan azad edilən digər bölgələrimizdə müxbir büromuz olacaq. Bu barədə ciddi fikirləşirik. Təbii ki, infrastruktur qurulsun, insanlarımız köçsün, orada həyat yenidən öz axarına düşsün, mütləq bunları edəcəyik".
"Olaylar" İnformasiya Agentliyi və " Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz da həm Qarabağ bürosu yaratmaq, həm də orada yaşamaq istədiyini deyib:
"Büro nədir? Biz özümüz orada oturmaq istəyirik. Xanımımla mən Bakıda qeydiyyatdan keçib orada işləmək istəyirik. Elə şey olar ki, büro yaratmayaq? Əlbəttə, Qarabağ bürosu yaradacağıq. Özüm gedib orada yaşayacağam".
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid həm orada ofis açacaqlarını, həm də yaşayacağını deyib:
"Bəli, mütləq orada büro, ofis açacağıq. Özüm də köçüb Şuşada yaşayacağam".
“Hərbi and” qəzetinin baş redaktoru Emin Həsənli də eyni fikirdədir:
"Biz hərbi qəzet olduğumuz üçün davamlı olaraq, hərbçilərlə, bölgələrlə işləyirik. Onlarla yenidən müntəzəm əlaqədə olacağıq. Bizim cəbhə müxbirimiz çox güman ki, Şuşada, Cəbrayılda olacaq. İşğaldan azad edilən torpaqlarda büronun olması bütün mətbu orqanların rəhbərlərinin arzusudur. Bizim də belə arzumuz var və təbii ki, reallaşdıracağıq".
“Unikal” Media Qrupunun baş redaktoru Zaur Əhməd qeyd edib ki, dövlət ora qayıdışın mümkün olduğunu elan edəndən sonra Qarabağdan xəbərlər verəcəklər:
"Azərbaycan Ordusunun döyüş meydanındakı uğurlarından sonra qələbəyə nail olmaq qürurvericidir. Biz artıq qalib xalq kimi düşünməli, buna uyğun davranmalıyıq. Qarabağın işğaldan azad olunması üçün çox sayda şəhidimiz var, qazimiz var. O torpaqlar bizə daha əziz olub. Media Qrupumuzun təsisçisi Asəf Rzayev Qubadlıdan, mən də Cəbrayıl rayonundanam. Təbii ki, Qarabağ bizim üçün ikiqat əziz, müqəddəsdir. Sözsüz ki, "Unikal" qəzetinin də, Unikal.org xəbər portalının da Qarabağda nümayəndəliyi olacaq. Biz o müqəddəs torpaqlarda həyata keçirilən abadlıq, quruculuq işlərinin, insanlarımızın doğma yurd-yuvalarına qayıdışının tarixini yazmalıyıq. Əsgərlərimiz döyüş meydanında tarix yazıblarsa, biz də bundan sonra informasiya cəbhəsində tarix yazmağa davam etməliyik. Ona görə də Qarabağda nümayəndəliyimizin olması vacib şərt və əsas hədəfimizdir. Artıq bununla bağlı müzakirlələrimiz də olub. Dövlət ora qayıdışın mümkün olduğunu elan edəndən sonra biz Qarabağdan xəbərlər verəcəyik".
Paylaş:
Müəllif : Yazar
Tarix:19-11-2020, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-11-2020, 09:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Bu gün, 11:52