21 yaşlı Qarabağ qazisi: “Gözümdəki qəlpə Qarabağın mükafatıdır”
- Xoş gördük sizi.
- Sizi görmək mənim üçün də xoş oldu.
- Necədir səhhətiniz?
- Şükür, indi ayaqdayam, yaxşıyam.
Onunla Silahlı Qüvvələrin Baş Klinik Hospitalının qarşısında qarşılaşdıq. Çöhrəsində sakit bir təbəssüm vardı. Adının Rəhim olduğunu öyrənib, Qarabağ cəbhəsinin hansı istiqamətində yaralandığı ilə maraqlandıq. Tələsirdi, amma ayaq saxlayıb, döyüş yolu ilə bağlı suallarımızı cavablandırdı:
“İdman Akademiyasının tələbəsiyəm. 21 yaşım var. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində doğulub böyümüşəm”.
Rəhim sentyabr 27-də başlayan Vətən Müharibəsində iştirak etmək üçün könüllü Qarabağ uğrunda gedən döyüşlərə qatılıb:
“21 yaşım olmasına baxmayaraq, düşünürdüm ki, ciddi bir uğur qazanmamışam. İndi böyük qürur hissi ilə deyə bilərəm ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni tarix yazdı. Bunun bir parçası olmaq şərəfdir. Bundan sonra mən də, ailəm də, məni tanıyan hər bir kəs də mənim adımdan qürur və iftixarla danışacaq. Çünki bu, bizim başucalığımızdır. Mənim ən böyük nailiyyətim də budur. Hətta şəhid olsaydım, o da mənim ən böyük nailiyyətim olardı. Amma qismət...”
Qəhrəmanımız Füzuli rayonu uğrunda gedən döyüşlərin iştirakçısıdır:
“Füzuli uğrunda gedən döyüşlərdə yaralanmışam, şərəfli idi. Azərbaycanın peşəkar zabit və əsgərləri ilə könüllülərin birlikdə savaşa qatılması, onlarla eyni səngəri bölüşmək qürurdur. Həm də ən qürurverici odur ki, bizim işğaldan azad etdiyimiz doğma torpağımızın səngərini bölüşmək bir başqa duyğudur. Bax, o səngəri o oğullarla birgə ermənilərdən azad etmək, onları ordan qovmaq şərəf idi. Biz dayandığımız səngəri düşməndən təmizlədik, onlar yerimizi bildilər və atəş başladı. Azərbaycan Ordusunun üstünlüyü bəlli idi. Həm ruh yüksəkliyi, həm peşəkar zabitlərimiz cəhətdən, həm şəxsi heyət cəhətdən”.
Rəhim gərgin döyüş zamanı artilleriya atəşinə tuş gəlib:
“Atəş nəticəsində gözümdən, qolumdan və bir neçə yerimdən qəlpə yaraları aldım. Digər yaralı əsgər yoldaşımla atəş altından uzaqlaşmağa çalışdıq. Vurulandan bir neçə dəqiqə sonra özümə gəldim. Əsgər yoldaşım 10-15 metr məsafəyə qədər ayrıldıq, amma uşaqlar səngəri tərk etmədi. Uşaqlar oranı qoyub çıxmazdı axı. Təxminən bir saat ərzində döyüşməyə çalışdım yaram isti-isti... Hiss etmirdim. Sadəcə, bir gözümün görmədiyini bilirdim. Bundan sonra əsgər yoldaşlarım təkid etdi, “Rəhim, irəliləyə bilmirsən qayıt, bizə də mane olacaqsan” dedilər”. Beləcə, Rəhim Əhmədov döyüş yoldaşların təkidi ilə səngərdən uzaqlaşdırılır: “Başqa bir texnika ilə, yaralılarımızla birgə məni geri qaytardılar. Geri qayıtdıqdan sonra qəlpənin ağrısı yavaş-yavaş azaldı. Sağ əlimin qalmadığını hiss elədim. Avtomatı tuta bilmədim və bir gözlə... Hərbçilərimiz dedi ki, irəliləmə, fikrimiz səndə qalır, mane olursan. Sağ gözüm görmür, arxasında qəlpə var. Şükür bu günə. Bu, mənim üçün şərəfdir, bundan sonra gözümün üstündəki çapığı, gözümün görməməyini dərd etmirəm. Alnıaçıq yaşayacam!” Əvvəlcə döyüş bölgəsindəki hospitallardan birinə gətirilən Rəhimi vəziyyəti ağır olduğundan, Bakıya Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərirlər: “Əhmədbəyli Hospitalının bütün tibb heyətinə təşəkkür edirəm. Orda ilk tibbi yardım göstərildi, vəziyyətim ağır idi. Daha ağır olanları Bakıya vertolyotla göndərirdilər. Hərbi hospitalda müayinə, müalicə olundum. Uzun müddət qaldım. Başda Səlahəddin doktor, Kəmalə xanım olmaqla Azərbaycan səhiyyəsindən gördüyüm diqqəti və qayğını evdə görməmişəm. Əl üstündə saxlayıblar bizi”. “Ömrümə yazılan döyüş yolum mənim mükafatımdır” - deyir gənc qəhrəmanımız. Söhbət əsnasında onu da öyrənirik ki, Rəhimin atası da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Bundan başqa, Rəhim ilk ali təhsilini Türkiyənin Mersin şəhərində alıb, aprel döyüşləri başlayanda təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb. Könüllü döyüşmək üçün müraciət etsə də, müharibə yarıda saxlandığından, arzusunu gerçəkləşdirə bilməyib. Daha sonra yenidən ali təhsil almaq üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Vətən Müharibəsi başlayanda təhsilini yarımçıq qoyub və könüllü olaraq döyüşlərdə iştirak edib. Rəhim deyir ki, gözündəki qəlpə Qarabağın yadigarıdır və yenidən döyüşmək əzmindədir. Bu sevginin adı Vətən sevgisidir, igid oğulları olan Vətən isə basılmaz!
Paylaş:
Müəllif : Yazar
Tarix:19-11-2020, 16:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-11-2020, 16:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45