Aİ döyüş əməliyyatlarından zərər çəkən mülki vətəndaşlara 3 milyon avro məbləğində əlavə fövqəladə yardım ayırır
Avropa İttifaqı Komissiya Dağlıq Qarabağ və onun ətrafındakı münaqişənin təsirinə ən çox məruz qalmış mülki şəxslərə həlledici yardımın göstərilməsi üçün humanitar dəstək məqsədilə əlavə 3 milyon avro ayırdığını elan etdi. Bu maliyyə vəsaiti döyüş əməliyyatlarının başladığı oktyabr ayının əvvəlindən bəri ayrılan 900.000 avroya əlavə edilir.
APA-nın xəbərinə görə, Aİ-nin Böhran İdarəçiliyi üzrə Komissar Janez Lenarčič bildirib ki, qurum münaqişənin təsirinə məruz qalmış bütün mülki əhalini dəstəkləməyə davam edir: “Biz əlavə humanitar yardım göndəririk. Döyüş əməliyyatlarının dayandırılmasını alqışlayıram, beləliklə insanların daha çox əziyyət çəkməsinə yol verilməyəcəkdir. Buna baxmayaraq, məcburi köçkün olan və koronavirus pandemiyasının təsiri ilə birlikdə sərt qış şəraiti ilə üzləşəcək həssas əhali qruplarının humanitar vəziyyətindən mən son dərəcə narahatam”.
Bu fövqəladə yardım Aİ-nin humanitar tərəfdaşlarına döyüşlərin təsirinə məruz qalmış tərəflərə ərzaq, qış əşyaları, tibbi-sanitar təminatı, tibbi avadanlıq daxil olmaqla əsas yardımın göstərilməsində və digər əsas təminat əşyalarını çatdırılmasında kömək edəcək. Aİ-nın hər bir humanitar yardımı insanlıq, bitərəflik, qərəzsizlik və müstəqillik humanitar prinsiplərinə uyğun olaraq təmin edilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-11-2020, 16:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-11-2020, 16:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01