Deputatın köməkçisi qaş düzəltdiyi yerdə vurdu göz çıxardı... - Qəribə AÇIQLAMA
"Milli Məclisin deputatı Məşhur Məmmədov tapşırmışdı ki, şəhid ailələrinə “siz tək deyilsiniz” devizi altında kampaniyaya qoşulaq. Ona görə də biz bir sıra bölgələrə yardım bağlamaları hazırladıq. Bir bağlamanın içində un, yağ, düyü vardı. Digərinə şampun, sabun, ətirlər qoymuşduq. Amma onlar keyfiyyətli məhsullar idi. Çünki deputat bizə tapşırıb ki, bağlamalara ucuz, keyfiyyətsiz mallar yığmayaq".
Bunu Teleqraf.com-a deputat Məşhur Məmmədovun köməkçisi Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Aqil Məlikovun ailəsinə göndərilən və qalmaqala səbəb olan sovqat barədə danışarkən deyib.
Köməkçinin sözlərinə görə, burada qəribə heç bir hal yoxdur: “İnsana yeməkdən başqa şeylər də lazımdır. Burada qəribə nə var ki, insan çimməməlidir?”.
Köməkçisi millət vəkili Məşhur Məmmədov hazırda Bakıda deyil, Türkiyədə olduğunu və məsələ ilə bağlı açıqlama veriləcəyini söyləyib.
Köməkçi daha sonra isə Məşhur Məmmədovun koronavirusa yoluxduğunu bildirdi.
Gün ərzində deputata məxsus mobil telefona dəfələrlə zəng vursaq da telefon “avtonom” rejimə qoyulduğu üçün danışa bilmədik.
Qeyd edək ki, deputat, iş adamı Məşhur Məmmədov digər deputat Anatoliy Rafailovun dairəsindəki şəhid ailəsinə yardım edib. Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan kapitan Aqil Məlikovun yaxın qohumu Səma Aydəmir deyib ki, ailəyə göndərilən “üzrxahlıq sovqatı” duş geli, şampun, ətir, antibakterial gel, makaron və düyü olub. Şəhidin ailə üzvləri deputatın göndərdiyi bağlamanı bələdiyyəyə qaytarıb. Sonra isə Rafailovun köməkçisi yenidən xahiş-minnətlə bu paketi geri gətirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-11-2020, 11:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-11-2020, 11:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01