Beyləqanda kimsənin bata bilmədiyi məmur... - İTTİHAM
Dəfələrlə saytımızda Beyləqanda “Dostluq” Damazlıq Birliyi Sovxozunun (hal-hazırkı adı “Azəraqrar” Aran Mərkəzi Regional İdarəsi) direktoru Hikmət Ağayevin qanunsuz əməlləri barədə çeşidli informasiyalar dərc edilmişdir. Ancaq nə faydası?.. Adama deyən lazım ki, kimdən, kimə nə yazırsan? Elə bu hoqqabazlığın başında onlar deyilmi duran? İndi güya ki, “yuxarıdakılar” Hikmət Ağayevin burada nə işlə məşğul olduğunu bilmirlərmi ki? Əlbəttə, bilirlər!. Necə deyərlər, “ağası gülüm olanın, başına da külüm olar”.
Hər halda Hikmət Ağayevin necə, nə cür direktor olduğunu Beyləqanlılardan yaxşı kimsə bilə bilməz. Elə KTN-də onun necə biri olduğunu, kimin himayəsi altında hələ də vəzifədə irəlləməsini yaxşı bilirlər. Görünün də odur ki, KTN rəhbəri İnam Kərimov bir direktorun öhdəsində gələ bilmir. Yəni, Hikmət Ağayevi “qoruyan əl” naziri susduracaq qədər uzundur. Bu səbəbdən də Hikmət Ağayev nə nazir sayır, nə də bir başqasını. Ona görə də rəhbərlik etdiyi “Dostluq” Damazlıq Birliyi Sovxozunun ərazisini öz dədə mülki kimi satır, sovur və kimə gəldi icarəyə verir. Hikmət Ağayev sovxozun ərazisini atasından ona miras qalmış pay torpağı kimi idarə edir. Məhz elə bu üzdən də sovxoz camaatı tərəfindən redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. Hər kəs Hikmət Ağayevin “burda mənəm, Bağdadda kor xəlifə” liyindən gileylənir.
Verilən bilgilərdə qeyd olunur ki, Hikmət Ağayev sovxoza mütəxəssis kimi götürdüyü şəxslərin heç birinin ali və ya orta ixtisas təhsilləri yoxdur. Onların işi – gücü yalnız dövlətin ayırdığı vəsaitləri mənimsəməkdən ibarətdir.
Bildirilir ki, KTN tərəfindən sahələrin (bitkilərin) dərmanlanması üçün 10 min manat məbləğində pul ayrılıb. Ancaq həmin dərmanlar paylanılmayıb. Əkilən qarğıdalı sahələri məhv olub. Əkdikləri qarğudalı əmələ gəlməyib, yerlərində yabanı bitkilər baş qaldırıb. Biz sözlə, Hikmət Ağayev əməlli – başlı bazar açıb, pul qazanır.
Beyləqandakı “Azpetrol” YDM-nin arxasında 49 ha yonca sahəsi var və onun 9 hektarı “Azəraqrar”ın adına yazılıb, yerdə qalanını isə ayrı-ayrı şəxslər istifadə edirlər. Həmin yerlərdə bəslənilən 1000-ə yaxın qoyun var, onların da yalnız 180 başı dövlətə məxsusdur.
Əgər Hikmət Ağayev hesab edirsə ki, Ermənistan üzərində qazandığımız qələbə Azərbaycan dövlətinə daxili düşmənlərlə, ələlxüsus da korrupsionerlərlə mübarizə işini unutduracaq, yanılır. Əksinə, bu müstəvidə həyata keçirilən antikorrupsiya tədbirləri daha da gücləndiriləcək. Dövlətimiz işğaldan azad olunan rayonlarda abadlıq-quruculuq işlərini, infrastruktur layihələrini, həmin torpaqlarda kənd təsərrüfatının qurulmasını və inkişaf etdirilməsini mümkün qədər tez həyata keçirməkdə maraqlıdır ki, bütün dünyaya Aqzərbaycan ilə Ermənistanın fərqini göstərsin. Bu layihələri gerçəkləşdirməyə isə nəhəng maliyyə vəsaitləri lazımdır. Müharibədən çıxmış ölkə üçün koronavirusa qarşı mübarizə fonunda, üstəlik əsas ixrac məhsulumuz olan neftin qiymətinin aşağı olduğu indiki dönəmdə dövlət büdcəsinin son dərəcə səmərəli və təyinatı üzrə istifadəsinə nəzarəti gücləndirməkj olduqca vacibdir. Sözsüz ki, canını oda atanj əsgərlərimizin qanları bahasına yaratmış olduqları hazırki reallıqda dinc quruculuq işlərini də fədakar kadrlar, Vətənin, xalqın, dövlətin mənafeyini öz şəxsi maraqlarından üstün tutan vicdanlı kadrlara meydan veriləcək. Daha Hikmət Ağayev kimilərə yox.
P.S. Dogrudandamı, cənab nazirin nə baş verdiklərindən xəbəri yoxdur? Heç inandırıcı deyil. Əlbəttə ki, xəbəri var. Sadəcə olaraq, bunların qarşısını almağa, korrupsioner, rüşvətxor məmurların qarşısını almağa, onları vəzifədən çıxardıb rədd etməyə gücü çatmır. Əgər nazir, nazir kimi yerində olmuş olsaydı bütün bu deyilənləri araşdırardı və dövlətin malını mənimsəyənləri cəzalandırardı.
Qarşı tərfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia.az
Paylaş:
Müəllif : Yazar
Tarix:26-11-2020, 15:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-11-2020, 15:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01