Səhiyyə Nazirliyinin “Covid 19” planı… - İTTİHAM
Azərbaycanda “Covid-19” virusuna yoluxanların sayı artdıqca TƏBİB və Səhiyyə Nazirliyinin epidemiyanın qarşısını alması istiqamətində yarıtmaz fəaliyyəti də insanlar arasında panikanın artmasına səbəb olur. Özündə virusun əlamətlərini hiss edən xəstələr müraciət etdikləri poliknikaların, sahə həkimlərinin laqeyd münasibətilə rastlaşırlar. Bu da onsuz da bərbad halda olan səhiyyə sisteminə qarşı vətəndaşlarımızın haqlı narazılığının artmasına səbəb olur. Bu günlərdə redaksiyamıza zəng edən Bakı şəhəri, Yasamal rayonunun sakini Bahar Əliyeva öz şikayətini belə ifadə etdi:
“Mən özüm ali savadlı insanam, lakin istər TƏBİB, istərsə də Səhiyyə nazirliyinin əməkdaşları bizi qanmaz yerinə qoyublar. Bu səbəbdən heç kimdən qorxmadan şikayətimi aşkar şəkildə sizin redaksiyaya bildirirəm. TƏBİB-in ya da Səhiyyə Nazirliyinin əməkdaşları bir anlıq özlərini bizim yerimizə qoysalar, vəziyyətin acınacaqlı olduğunu görəcəklər. “Covid-19”-a yoluxanların istər maddi vəziyyətini, istərsə də yaşayış mühitini anlamadan qərarlar qəbul ediblər. Belə getsə, “Covid-19”-a yoluxanlar “Kəlmeyi şəhadət”lərini bəri başdan oxusunlar, çünki sağalmaq ehtimalları çox azdır. Mən “Covid-19” virusuna yoluxmuşam, 14 gün ərzində məcbur şəkildə evdə müalicə aldığım müddətdə qapıdan çölə çıxa bilmərəm. Öz məsuliyyətimi başa düşürəm, bir vicdanlı vətəndaş kimi başqalarını yoluxdurmamaq üçün bu qadağalara əməl edirəm. Amma mənimlə eyni evdə 17 yaşlı yeniyetmə oğlum da yaşayır. Onda da eynilə mənim kimi “koronavirus”un simptomları var. Hətta deyərdim ki, o əvvəl xəstələnmişdi, mən ondan yoluxdum. Amma onun test cavabları neqativ çıxsa da, xəstəliyin bütün əlamətləri yenə də var. Temperaturu olur, öskürür. Həkimlər öğlumun təcili kompüter-tomoqrafiyasından müayinədən keçməli olduğunu deyirlər. Bəs, mənə evdən çölə çıxmaq qadağandırsa, onu müayinələrə kim aparsın? Həm də elə bir yaxın adam da yoxdur ki, oğlumu həkimə aparsın. Axı “Covid 19” elə bir təhlükəli virusdur ki, hamı ona yoluxan xəstədən qorxur. 16 saylı Poliknikaya müraciət etdim, ordan mənə dedilər ki, oğlunuz mütləq yenidən yoxlanılmalıdır. Poliknikadan mənə Səhiyyə Nazirliyinin Çağrı Mərkəzi olan “814”-ə zəng etməyi məsləhət bildilər. “814”-ə zəng edirəm, ordan mənə deyirlər ki, “103”-ə müraciət edim. Ordan da deyirlər ki, bu bizə aid olan məsələ deyil, “903”-ə zəng edin. Və bu Çağrı Mərkəzlərinə zəng edəndə adamı ən azı 10 dəqiqə gözlədirlər və hər dəfə nə qədər “kontur” istifadə olunur. Mənim pulum demək olar ki, bu Çağrı Mərkəzlərinə zəng etməyə sərf olunur. Heç olmasa cavab verilsə yenə dərd yarıdır, boş yerə pulumuz gedir bu zənglərə. Bəs ondə, mən bir ana kimi nə etməliyəm? Belə çıxır ki, qanunu pozum, “Covid 19” xəstəsi olduğum halda oğlumu özüm həkimə aparım? Oğlumun də, özümün də müayinəyə böyük ehtuiyacımız var, nəfəs alanda çətinlik çəkirik. Amma bizə yardım edən yoxdur. Belə çıxır ki, evin içində mən də, oğlum da ölümə məhkumuq?”
“Covid 19” vurusuna yoluxanların böyük əksəriyyəti müayinə və müalicədən narazıdırlar. Bunu sosial şəbəkərlərdən də aşkar görmək olur.
Avropa Nevrologiya Akademiyasının üzvü, ölkəmizin tanınmış nevroloqlarından olan Qalib Əsədov də sosial şəbəkədə öz şikayətini dilə gətirib: “Ölkəyə koronavirusa yoluxanların sayının artmasına görə bu məsələyə rəhbərlik edən müvafiq səhiyyə orqanları bilavasitə məsuliyyət daşıyır”.
Azərbaycanda koronovirusa yoluxmaların sayının çoxaldığını qeyd edən həkim pandemiya ilə mübarizə aparan qurumların fəaliyyətsizlikdə ittiham edib: “Deyirlər insanlar tibbi maska taxmır, məsafə gözləmir və s… Bununla razı. Bəs pandemiya ilə mübarizə aparmalı orqanların fəaliyyəti necədir? Bəlkə elə məhz onların günahı üzündən xalqımız bir ildir əziyyət çəkir? Keçən həftə qonşumuzda birinin hərarəti gecə 39 dərəcəyə qalxdı. Təbii ki, ilk növbədə “korona”dan şübhələndik və dərhal da qeydiyyatda olduğu 7 saylı poliklinikaya müraciət etdik. Nəhayət, dəfələrlə zəng edəndən, iradlarımızı bildirəndən sonra xəstəliyin başlanmasının dördüncü günü analiz götürməyə gəldilər. Dedilər, 3-4 günə cavab gələcək. Bəs indi neyləyək? Evdə 5 nəfət ailə üzvü var, biri də 70 yaşlı şəkər xəstəsidir. Bilmirik mövsümü qripdir, “korona”dır, ya nəsə başqa bir şeydir? Hər ehtimala qarşı qərara gəldik ki, protokola uyğun müvafiq müalicəyə (diaqnozu bilmədən) başlayaq. Xəstənin özəl klinikada müayinə olunmağa imkanı yoxdur. 80-100 manat test, bir o qədər də KT. Hələ mən digər analizləri demirəm”.
Həkim qeyd edib ki, bu gün apteklər dazı otu və mənasız şirkətlərin hazırladdığı dərmanlarla doludur: “Pandemiya dövründə klinik protokol dərmanlarının heç birini adi apteklərdən tapa bilmədik. Heç kəsin bəyənmədiyi “Arbidol” belə qəhətə çıxıb. Keyfiyyətli dərmanları şəhərdə bir neçə aptekdə tapa bildik. Bütün apteklər jeneriklərlə doludur. Ümumiyyətlə, hər dəfə deyirəm, bu gün də eynilə, Azərbaycanda keyfiyyətli dərman tapmaq çox çətindir. Hamının da alman aptekindən dərman almağa imkanı yoxdur. Bir həftədən çoxdur bu ailə COVID-19-a yoluxub-yoluxmadığını bilmir. Xəstənin hərarəti bir qədər düşsə də, amma hələ vəziyyətdən çıxmayıb. Bu müddətdə təkcə bu ailənin üzvləri (əgər “korona” varsa) Allah bilir nə qədər insanı yoluxdurub. Amma bu, onların günahı deyil axı….” Həkim səhiyyə qurumlarına da səslənib: “Sözüm müvafiq səhiyyə orqanlarınadır. Bilmirəm bununla TƏBİB məşğul olur, yoxsa Səhiyyə Nazirliyi… Bu sahədə aləm qarışıb bir- birinə. Sözüm COVID-19 la mübarizə aparan səhiyyəmizin məsul şəxslərinədir. Sizin ucbatınızdan millətimiz Qələbə sevincini belə tam könül xoşluğu ilə yaşaya bilmədi. Məhz sizin səhlənkarlığınıza görə xalqımız bir ildir nə toy edə bilir, nə yayda ürəkli istirahər edə bildi, nə indi rahat nəfəs alır. Maska taxmayanı cərimə etmək lazımdır, razıyam, bəs tutduğu vəzifənin məsuliyyətini dərk etməyəni? Yüksək hərarətli xəstəni bir həftə diqqətsiz qoyan səhiyyə qurumlarına hansı cəza düşür? Bəlkə günahı xalqda, camaatda yox, özünüzdə, səriştəsizliyinizdə axtarasınız? Siz bilirsiniz, ölkənin iqtisadiyyatına, insanlara, kiçik və orta sahibkarlığa nə qədər zərər vurmusuz? Sizin işi düzgün təşkil etməməyinizə görə hər gün ölkədə 20-30 nəfər bu xəstəlikdən dünyasını dəyişir, hər gün yoluxanların sayı minlərlədir”.
Tanınmış teleaparıcı Hüsniyyə Məhərrəmova isə TƏBİB-in COVID-19-la bağlı verdiyi qərarlara etiraz edib. H.Məhərrəmova bu barədə “Facebook” hesabında yazıb. O qeyd edib ki, “açıq havada maska taxmaq” kimi qərarların nəticəsi COVID-19-dan qat-qat ağır olacaq: “Əziz (o qədər də yox), TƏBİB! Ətrafımda doğrudan da çox adam xəstələndi, qohum, qonşu, dost, tanış… Düzdü, sizin yazda proqnoz etdiyiniz kimi ölən yoxdu, hələki, şükür. Hamısı (hətta ağır risk qrupunda olanlar) hər yaz-payız keçirdikləri virus xəstəlikləri kimi bir-iki gün zırıldayıb top kimi oldular. Yəni, deməyim odur ki, bəli, naxoşlayan doğrudan da çoxdu. Ona görə, mən sizi başa düşürəm. Mən başa düşürəm ki, verdiyiniz qərarların 99.9% müəllifi özünüz deyilsiz. Dünyada baş verənlərə nəzər yetirəndə görürsən ki, siz əsasən elə “copy-paste” edirsiz. Mən başa düşürəm ki, bizim çoxlu sayda cavabsız qalan suallarımızdan fikri yayındırmaq üçün siz ən gözəl vasitəsiz. Mən başa düşürəm ki, minlərlə səhhətində müəyyən problemləri olan insanlar üçün sizin “açıq havada maska taxmaq” kimi qərarlarınızın nəticəsinin COVID-dən qat-qat ağır olacağı vecinizə deyil. Mən başa düşürəm ki, metronu bağlamaq və əvəzində insanları onsuz da sayı çox olmayan avtobuslarda kamasutranın məlum və naməlum pozalarında gedib gəlmələri üçün siz çox baş sındırmısız. İnanın, biz bunu görürük və hiss edirik. Hətta, dediyim kimi, sizi başa düşməyə çalışırıq. Şəxsən mən nə desəz etməyə razıyam, istəyirsiz yatanda da maska ilə yatım, spirti əlimə yox damarıma vurum, nə deyirsiz edim… Bircə “evdə qal”, “biz sizə görə zırt pırt, siz bizə görə xiyar pomidor” kimi düşük “hashtag”lar və öz aləminizdə kreativ sloqanlarınızı bizdən uzaq tutun. Papa canı, beynim çönür! Xəstələnməyin! Deməli, Elon Musk keçən həftə bir gündə 4 dəfə test verib. İkisi pozitiv çıxıb, ikisi neqativ. Elə belə dedim…”
Sözü gedən şikayətlə bağlı TƏBİB-in mətbuat katibi Elnarə Baxışlı ilə əlaqə saxladıq. Hazırda özünün də ev şəraitində “Covid 19”-dan müalicə aldığını deyən E.Baxışlı Bakı şəhəri üzrə “Covid 19” virusu ilə bütün həll olunacaq məsələlərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nəzarətində oldugunu vurğuladı.
“Mən özüm TƏBİB-in işçisi olsam da, “Covid 19” virusunun simptomlarını aşkar edəndə Təcili Tibbi Yardıma müraciət etdim. Bu virusa yoluxan xəstələrin sayı çox olduğu üçün mən də çox gözləməli oldum. Bu da başa düşüləndir. Hamımıza məlumdur ki, həm “Covid 19” pandemiyası səbəbindən, həm də Vətən Müharibəsindəki çoxsaylı yaralılarımıza görə bu gün həkimlərimiz səfərbər olaraq çox yükləniblər. Bəzi hallarda təbii ki, hamıya yardım etməyi çatdırmırlar. Ona görə də, “Covid 19” viruslu xəstələrlə bağlı bütün məsuliyyət təcili yardımla, sahə hekimlərinin üzərindədir. Bakı şəhəri üzrə bu kimi hallara Səhiyyə Nazirliyinin tabeçiliyindəki qurumlar nəzarət etməlidir, qalan bölgələrə isə TƏBİB cavabdehdir”,- deyə Elnarə xanım əlavə etdi.
Səhiyyə Nazirliyinin mətbuat xidməti isə susmağa üstünlük verir. Nazirliyin mətbuat katibi Pərviz Əbubəkirovun nömrəsinə dəfələrlə zəng etsək də cavabsız qaldı. Daha sonra özünü nazirliyin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev kimi təqdim edən şəxsə şikayətçilərin iradlarını çatdırdıq. O, bizə sözü gedən şikayətlərlə bağlı araşdırma aparıb tezliklə cavab verəcəyinə söz versə də, sonrada verdiyi sözü unutdu. Çünki dəfələrlə etdiyimiz zənglər bu dəfə də cavabsız qaldı. Onları yaxşı başa düşürük, Səhiyyə Nazirliyinin hansı xidməti normal işləyirdi ki?.. Bütün bu şikayətlərdən sonra adamın beyninə əcaib bir fikir gəlir, əcəba, ölkəmizdə “Covid 19”-a yoluxanların sayının yüksək tempdə atrmasının səbəbkarı bəlkə elə Səhiyyə Nazirliyidir… //aktualxeber.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:27-11-2020, 09:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-11-2020, 09:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09