AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə yaxındır elmi işlərin müdafiəsi təşkil olunmur
“2018-ci ildən indiyə qədər demək olar, Azərbaycanın elmi şuralarında elmi müzakirələr keçirilməyib, elmi işlərin heç biri müdafiə olunmayıb. Deməli, elmi şuralar təsdiq edilsə də, elmi işlərin müdafiə mexanizmi təsdiqlənməyib. Əvvəllər elmi işlərin müdafiəsi müəyyən sayda təşkil olunsa da, pandemiya dövründən bu proses faktiki olaraq tamamilə dayanıb”.
Reyting.az xəbər verir ki, bu sözləri Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.
Partiya sədri bildirib ki, bu problemlə bağlı sədrlik etdiyi partiyaya müraciətlər daxil olub.
B. Quliyev iddia edir ki, elmi dərəcə almaq üçün son iki ildə Azərbaycanda hər hansı müdafiə həyata keçirilməyib: “Elmlər doktoru və fəlsəfə doktoru üzrə müdafiələr faktiki olmayıb. İki ilə yaxındır ki, müdafiə sənədləri qalıb ortalıqda. Problemin həlli üçün addım atılmr. Sanki hamı gözləyir ki, bir nəfər göstəriş versin və bundan sonra problemin həllinə başlanılsın. Daha şəxsi təəssübkeşlik prizmasından ortaya çıxmaq, problemi həll etmək, müzakirələri həyata keçirmək kimi proses müşahidə edilmir. Gənc kadrlar, elm sahəsinə yeni gələn mütəxəssislər çoxdandır ki, elmi işlərini müdafiə edəcəyi günü gözləyirlər. Bu adamlar həm də Azərbaycan elminə yenilik gətirmək istəyirlər. Ancaq bunun qarşısı faktiki olaraq kəsilib”.
Müsahibimiz xatırladıb ki, elmi işlərin müdafiəsinin pandemiyaya görə dayandırılması əslində yaxşı hal sayıla bilməz: “Bu o deməkdir ki, elmə, cəmiyyətə, bəşəriyyətə biz heç nə verə bilmirik. Hesab edirəm ki, müvafiq qurumlar bu işlərə qarışmalı, mexanizm yaradılmalı, pandemiya ilə bağlı qaydalara əməl etməklə müdafiə işləri həyata keçirilməlidir. Yüzlərlə gənc gözləyir ki, nə vaxt elmi işini müdafiə edib alimlik dərəcəsi alacaq. Əslində bu, ölkədə ən aktual məsələdir”.
Partiya sədri diqqətə çatdırıb ki, Rusiya və digər ölkələrdə onlayn elmi müzakirələr, müdafiələr həyata keçirilir: “Bəs Azərbaycanda bunu etmək niyə çətin olsun? Aydındır ki, cəmiyyətin inkişafında elmin böyük rolu var. Azərbaycan da dünyada elmi ilə öz yerini tuta bilər. Amma belə görünür ki, indi bizdə elmin qapısı bağlıdır. Məncə, bu problemi tezliklə aradan qaldırmaq lazımdır”.
E. KAMAL
P.S: Elmi işlərin müdafiəsinə məsul olan Ali Attestasiya Komissiyasının (AAK) məsələyə münasibətini öyrənmək mümkün olmadı. Reyting.az AAK sədri Famil Mustafayevin də məsələyə münasibətinə yer ayırmağa hazırdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-11-2020, 09:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-11-2020, 09:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01