Baş redaktordan kəlbəcərlilərə çağırış: - “Dövlət dəstəyini gözləmədən...”
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında imzalanmış razılaşmaya əsasən, Ağdam rayonunun ardınca, Azərbaycanın ərazicə ən böyük rayonlarından olan Kəlbəcər də işğaldan azad edildi və Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olaraq, nəzarəti ələ aldı.
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonu olmaqla yanaşı, həm də ərazinin çox hissəsi meşəlikdir. Digər tərəfədən, Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Rayon ərazisində sənaye əhəmiyyətli ehtiyatlar, çox sayda yataqlar, həmçinin rayona dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi müalicə-balneoloji təsirə malik mineral su yataqları yerləşir.
Kəlbəcərin işğaldan azad olması bütün azərbaycanlıları sevincə qərq edib. Bu münasibətlə, əslən Kəlbəcər rayonundan olan tanınmış jurnalist, “Türküstan” qəzeti və saytının baş redaktoru Aqil Camal AYNA-nın qonağı olub.
- Aqil bəy, sizi təbrik edirik, gözünüz-gözümüz aydın olsun. Və maraqlıdır, doğulub-böyüdüyn rayonun işğaldan azad edilməsi necə bir hissdir?
- Çox sağ olun. Mən də bu münasibətlə kəlbəcərlilər başda olmaqla, bütün xalqımızı təbrik edirəm. Təbii ki, Azərbaycan xalqının bütün fərdləri kimi, mən də hər zaman Kəlbəcərin və işğal olunmuş bütün ərazilərimizin azad ediləcəyinə inanmışam. Həmişə də düşünmüşəm ki, necə ki, topraqlarımız qeyri-bərabər döyüş şəraitində itirilib, azərbaycanlılar əliyalın halda, arxasında Rusiya kimi ölkə dayanan ermənilərə məğlub olmuşdusa, vaxt gələcək, bölgədə geosiyasi dəyişikliklər baş verəcək və belə bir şəraitdə biz torpaqlarımıza yenidən qovuşa biləcəyik. Etiraf edim ki, müharibə başlayanda, sona qədər gedəcək imkanlarımızın olacağını gözləmir və bu döyüşlərin də aprel döyüşləri və iyul döyüşləri kimi yarımçıq olacağını düşünürdüm. Amma nəticə göz qabağındadır və biz torpaqlarımızı azad etmişik. Bu baxımdan da Kəlbəcərin işğaldan azad edilməsi həm biz kəlbəcərlilər, həm də bütün azərbaycanlılar üçün inanılmaz bir hadisədir. Biz qarşıdakı dövrdə Kəlbəcəri yenidən qazanmaqla, əslində, nəyi qazandığımızın fərqində olacağıq və bütün azərbaycanlılar bunun önəmini görəcəklər.
Kəlbəcərin azad olunması üçtərəfli Qarabağ razılaşmasına görə, noyabrın 15-də baş tutmalı idi və biz də psixoloji cəhətdən özümüzü həmin günə hazırlamışdıq. Amma birdən-birə düşmən məqsədli şəkildə, yəni, bölgəni dağıtmaq, ərazini minalamaq üçün əlavə vaxt istədi və düşmənə verilən 10 gün bizim üçün, bəlkə də 27 ildən daha iztirablı oldu. Hətta, son günlərdə saatları, dəqiqələri sayrıdıq ki, noyabrın 25-i tez gəlsin və Ordumuz Kəlbəcərə daxil olsun. Mənim də içimdə illərlə yığılıb qalmış kövrək hisslər, həsrətli duyğular var idi və düşünürdüm ki, bu xəbəri rəsmən eşidəndə qışqırıb-bağıracam, göz yaşlarımı saxlaya bilməyəcəm. Lakin vəziyyət elə gətirdi ki, bu xəbəri eşidəndə tək olmadım və qəhərlənsəm də, qışqırıb-bağıra bilmədim. Amma ümid edirəm ki, Kəlbəcərə ayaq basanda həm doyunca qışqıracam, həm də doyunca ağlayacam və illərin həsrətindən xilas olacam.
- Kəlbəcəri başqa rayonlarımızdan fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
- Bunu kəlbəcərli olduğum üçün demirəm. Kəlbəcərdən olmayan və müxtəlif dövrlərdə Kəlbəcəri görən sadə adamlardan tutmuş, alimlərə qədər Kəlbəcərin unikal bir yer olduğunu deyə bilərlər. Kəlbəcər həm ərazisinə görə Azərbaycanın ən böyük rayonudur, həm də iqliminə, relyefinə və qədim yaşayış məskənlərindən biri olduğuna görə fərqlənir. Təsəvvür edin ki, Qobustan qaya rəsmlərinin oxşarlarına belə, Kəlbəcərdə rast gəlmək mümkündür. Bundan başqa, Kəlbəcər həm tarixilik, həm təsərrüfat, həm də yay və qış turizmi üçün çox əlverlişi yerdir. Kəlbəcərdə çox sayda mineral ehtiyatlar, qızıl və civə yataqları, saysız-hesabsız əsrarəngiz flora və fauna mövcuddur. Bütün bunların da başında Kəlbəcərin Vətən torpağı olmasıdır. Bunun üçün də Kəlbəcər bizim üçün çox əzizdir.
- Strateji baxımdan hansısa fərqliliyi varmı?
- Torpaqlarımız işğal ediləndən sonra ermənilərin Dağlıq Qarabağ ərazisindən sonra ən sıx məskunlaşdığı rayon məhz Kəlbəcər idi. Elə ona görə onların Kəlbəcəri tərk etmələri uzun müddət tələb elədi. Çünki Kəlbəcərdə yaşamaq onlar üçün həm Dağlıq Qarabağa, həm də Ermənistana getmək üçün rahat idi. Bu da onlar üçün rahat idi deyə, məhz orada məskunlaşmışdılar. Amma çox vaxt keçmədən, Kəlbəcər tam təhlükəsiz vəziyyətə gətiriləndən sonra ora həm əhali, həm də infrastruktur baxımından kütləvi axın olacaq. Kəlbəcərdə həm də biznes üçün münbit şərait var. Kimsə iş qurmaq istəsə, sıfırdan başlamağa ehtiyacı olmayacaq. Yəni, Kəlbəcərin, sözün əsl mənasına sahibkarını gözləyən biznes şəraiti var. Kəlbəcər bu qədər mühüm əhəmiyyətə malikdir.
- Kəlbəcərlə bağlı gələcək planlarınız nədir?
- Mənim Kəlbəcərlə bağlı planım həm özüm, həm də bununla bağlı fikrimi soruşanlar üçün qətiyyən şablon deyil. Mən Kəlbəcərə həqiqətən qayıtmaq, ora ilk daşı qoyan insanlardan biri olmaq niyyətindəyəm. Çünki biz artıq arzu və istəkdən yox, məqsəd və nəticədən danışırıq. Bu baxımdan da mən çox məqsədliyəm və hesab edirəm ki, Kəlbəcər şəhərində atamın tikdiyi evin qalıqları üzərində yenidən ev inşa etməliyəm. Eyni zamanda, mənimlə həmyaşıd olan kəlbəcərliləri də çağırıram ki, hər biri öz imkanı daxilində, dövlətin dəstəyini gözləmədən təhlükəsizlik təmin olunan kimi Kəlbəcərə qayıtsınlar və mütləq şəkildə qurub-yaratsınlar. Əgər biz bunu etməsək, 27 il ərzində çəkdiyimiz həsrət səmimi görünməz. Biz Kəlbəcəri düşməndən geri aldıqsa, onu yenidən əkib-becərməli, tikib-qurmalıyıq da...
Paylaş:
Müəllif : Yazar
Tarix:30-11-2020, 12:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-11-2020, 12:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti