Azad olunmuş yerlərə icazəsiz gedənlər: - mülki şəxsləri oralara kim buraxır?
Son günlər işağldan azad edilmiş ərazilərimizdə minadan təmizlənməmiş yerlərdə mülki şəxslərin ölümü ilə nəticələnən hadisələrin şahidi oluruq. Baş Prokurorluğun yaydığı məlumata görə, sonuncu belə hadisə nəticəsində noyabrın 28-də Füzulinin Aşağı Seyidəhmədli kəndində Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı olduqları avtomobildə tank əleyhinə minaya düşərək, həlak olublar.
Bu hadisə bir sıra sualar doğurur: mülki şəxslər minalardan təmizlənməmiş ərazilərə kim buraxır? Azad edilmiş ərazilər üzrə komendantlar hara baxır?
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, minaya düşən vətəndaşlar icazəsiz olaraq həmin ərazilərə daxil olurlar:
“Təəssüf ki, bəzi vətəndaşlar əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin ərazilərə səfər edirlər. Bir daha əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik”.
Milli Məclisin deputatı Aqil Abbas Modern.az-a deyib ki, işğaldan azad edilmiş ərazilərdə yoxlamalar yüksək səviyyədədir:
“Baş verənlər birmənalı şəkildə vətəndaşların məsuliyyətsizliyi ucbatından olur. Bir neçə gün əvvəl ailəsilə birgə minaya düşən Şakir Hacıyev əvvəllər Füzuli rayon icra başçısının müavini vəzifəsində işləyib. Çox gözəl insan idi, amma təəssüf ki, icazə verilən yerdən kənara getdiyi üçün belə hadisə baş verib”.
Ağdamlı deputatın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə getmək üçün hətta koronavirus testindən keçmək tələb olunur:
“Mən Ağdama səfərdə icazə ilə evimizə, məktəbimizə getdim. Ağdamda artıq 20-yə yaxın küçə minadan təmizlənib. Amma ANAMA əməkdaşları təkidlə bildirdi ki, evə çatdın, uzaqdan gördün, həyətə girmə, çünki tələ ola bilər. Yəni insanları yüksək səviyyədə məlumatlandırırdılar. Sağ olsunlar, bizim həyətə gedən yolu da təmizlədilər ki, mən ora daxil ola bilim.
Bir neçə gün əvvəl ailəsilə birlikdə minaya düşən Şakir Hacıyevi çox yaxşı tanıyırdım. O Füzuli icra başçısının müavini vəzifəsində işləyib. Şakir icazə verilən ərazidən çıxmışdı. Ona görə belə bədbəxt hadisə baş verdi. Onsuz da 30 il idi görmürdük o yerləri, bir müddət də səbr emək lazımdır. Elə hamı deyir evimi görüm. Ev var, Allah sizi saxlasın, erməni dam üstə dam qoyub ki, o yerlərdə? Hansı evi görməyə gedirsiz, bir səbriniz olsun. Atamgilin həyətind bircə daş qalmışdı, təsəvvür edirsiniz?
Biz Ağdama gedəndə üç yerdə post qurulmuşdu, polis, ANAMA yoxlayır. Xüsusi olaraq da, koronavirus testindən keçməlisən. Çünki orada xidmət aparan həmvətənlərimiz var. Onların həyatını, sağlamlığını riskə atmaq olmaz. ANAMA mina təmizlədikcə, digərləri də təmizlik işləri aparırlar. Ona görə yerindən duranı ora buraxmırlar. Allah Şakirə, ailəsinə rəhmət eləsin. İndi icra hakimiyyətində işlədiyinə görə kimsə hörmət edib buraxıb, amma olmaz, hara qədər icazə var, ora qədər getmək olar”.
Demkratoya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə saytımıza deyib ki, bu məsələdə iki yanaşma var:
“Birincisi, insanlar 30 ildir torpaq həsrətilə yaşadığı, doğulub boya-başa çatdığı ata-baba yurdunu görmək istəyir. Bu istək hətta təhlükəni də öncələyir. Bu səbəbdən də həmin yerlərə gedirlər.
Digər tərəfdən isə nə qədər də belə olsa, biz özümüzün və yaxınlarımızın həyatını düşünməliyik. Əgər o torpaqlarda gedib yaşamaq istəyiriksə, bir az da səbr etməliyik. Çünki qaydalara əməl etməyərək, bundan tamamilə məhrum ola bilərik. Necə ki, rəsmi məlumatda deyildiyi kimi bir ailənin üzvləri minaya düşərək, bundan məhrum oldular. Mənfur, yaramaz erməniləri ölümümüzlə sevindirməməliyik. Onlar rayonları tərk edərkən, canlıları yandırıblar, evləri dağıdıblar, hər yerə həm tank, həm də piyada əleyhinə minalar basdırıblar. Biz buna görə diqqətli olmalıyıq”.
Ç.Qənizadənin sözlərinə görə, ərazinin minalardan təmizlənməsi üçün ən azı bir neçə il iş aparılmalıdır:
“Bu səbəbdən də icazə verilən yerlərə qədər getmək lazımdır. Risk etmək olmaz. Haradakı “giriş qadağandır”, “minalaşnmış ərazilərdir” nişanları var, onlara diqqət etsinlər.
İnsnaları o istəklərini, torpaq həsrətini boğmağa çağırıram. Bir ailəinin 4 üzvünü məhz belə diqqətsizlik icbatından itirdik. Bununla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəsmi müraciəti var. Mən də bu xəbərdarlığa dəstək olaraq, deyirəm ki, əziz həmvətənlərimiz, bilirəm torpaq həsrəti hər hisdən ali və ucadır. Amma hər şeydən öndə sizin həyatınızdır. Bu baxımdan müəyyən müddətdə səbrli olmaq və minalanmış ərazilərə gediş-gəlişdə dözümlü olaq. Onsuz da Qarabağ bizimdir. Bir neçə ilə biz o yerlərə nəninki səfər edəcəyik, orada müxtəlif tədbirlər keçirəcəyik, o Cıdır düzündə yallı da gedəcəyik. Sadəcə bir az dözümlü olaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-11-2020, 16:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-11-2020, 16:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01