"Şəhid ailələrinə hörmətsizliyin qarşısını almaq üçün qanunvericilik olsun" - TƏKLİF
Son günlər sosial şəbəkələrdə yutuber və tiktokerlərlərin şəhid ailələri və qazilərlə bağlı paylaşdığı videolar kəskin tənqid hədəfinə çevrilib.
Bir çox sosial şəbəkə istifadəçiləri şəhid ailələrinin və qazilərin reytinq xətrinə incidilməsinin qəbuledilməz olduğunu bildiriblər.
Mövzu ilə bağlı “MediaPost”a danışan sosioloq Əhməd Qəşəmoğlu belə addım atan şəxslərin psixikasında problem olduğunu söyləyib:
“Şəhid ailələrinə qarşı sevgidən öz reytinqləri üçün istifadə etməyə çalışanlar bu addımları ilə ikrah doğurur. Ağlı başında olan istənilən adam belə addım atmaz. Yalnız psixikasında müəyyən problem olan adamlar belə edir. Biz yenicə böyük bir müharibəni başa çatdırmışıq. Qalib ordu, qalib ölkə kimi dünyada bizdən danışırlar. Belə şit hərəkətlərə yol vermək olmaz.
Kiminsə başına pis bir hadisə gəlibsə, biz onu ələ salmamalıyıq. Əksinə, onun hansı yolla niyə bu günə düşdüyünü önə çəkib ona təskinlik verməliyik. Onu vətən yolunda həlak olan qəhrəman kimi qiymətləndirməliyik. Belə vaxtda ondan istifadə etmək, özünü reklam etmək çox iyrənc bir haldır”.
Sosioloq iyulda şəhid olan general-mayor Polad Həşimovun oğluna “inşallah sən də atan kimi şəhid olacaqsan” deyilməsini də kəskin tənqid edib:
“Polad Həşimovla bütün ölkə fəxr edir. Biz onun övladına şəhid olmağı arzulamaq əvəzinə, böyüyüb atasının yarımçıq qalmış arzularını reallaşdırmağı arzulamalıyıq. Düşünürəm ki, şəhid ailələrinə qarşı belə rəftarın qarşısını almaq üçün media da, cəmiyyət də aktiv rol oynayaraq, belə şəxsləri qınaq obyektinə çevirməlidir. Hətta lazım gəlsə, onları cəzalandırmaq lazımdır”.
Sosioloqun sözlərinə görə şəhid ailələrinə, qazilərə hörmətsizlik edilməsinin qarşısını almaq üçün qanunvericilik olsa, yaxşı olar:
“Bu barədə hansısa bir qanunvericilik olarsa, şəhid ailələrinə qarşı hörmətsizlik edənləri də cəzalandırmaq daha asan olar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-12-2020, 12:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-12-2020, 12:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45