"Azgranata" satılıb? - Sədrdən açıqlama
“Azgranata” MMC-nin satılması və 300 nəfər əməkdaşının heç bir kompensasiya ödənilmədən işdən çıxarılması haqqında məlumat yayılıb.
"MediaPost"un məlumatına görə, yayılan xəbərlərdə həmin işçilərdən bir neçəsi bildirib ki, dekabrın 1-də şirkətdə iclas keçirilib. Rəhbərlik bildirib ki, şirkət “Veysəloğlu” Şirkətlər Qrupuna satılıb. Yeni sahibkar isə 300 nəfər satış və anbar işçisi ilə işləmək istəmədiyini bildirib. Həmin şəxslər heç bir xəbərdarlıq edilmədən və təzminat ödənilmədən işdən çıxarılır.
Məsələ ilə bağlı "MediaPost"un müraciətinə cavab olaraq "Azgranata" MMC-nin İdarə Heyətinin sədri Şaiq Mirzəyev bildirib ki, bu məlumat tamamilə əsassızdır. Şirkət fəaliyyətini davam etdirir. Heç bir işçi azad edilməyib:
"Sadəcə "Azgranata" ilə "Veysəloğlu" şirkəti arasında distribütorluq müqaviləsi imzalanıb. Və fəaliyyətimizin bir hissəsini, yəni daxili bazarda satış fəaliyyətini onlara həvalə etmişik. Bununla bağlı satış sahəsində müqaviləsinin vaxtı bitən işçilərə elan etmişik ki, müqavilənin vaxtını uzada bilməyəcəyik".
Paylaş:
Müəllif : Yazar
Tarix:2-12-2020, 17:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-12-2020, 17:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti