Belə bir gündə necə toy etmək, qol qaldırıb oynamaq olar? - ETİRAZ
"Şüurlu insan bunu etmək iqtidarında olmamalıdır”.
regionxeberlericom.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Bakının məşhur şadlıq saraylarında keçirilən toy məclislərindən danışarkən deyib.
Sədr bildirib ki, istəlinən ailədə, qadında, kişidə öz dövlətinə qarşı bir vətənpərvərlik hissi olmalı, hər kəs özü-özünə hesabat verməlidir:
"Xeyirlə şər əkizdir, deyirlər. Toy edənlər bunu əsaslandıra bilərlər, amma baxır hansı şərə. Elə şər var ki, millətin qara günüdür. Nə qədər ürəksiz olmalısan ki, toy edəsən? Vətənpərvərlik deyilən bir hiss var. Bu hiss olmayanda toy da edərlər, hələ bir qol qaldırıb oynayarlar da. Bunu özlərinə rəva bilirlər. Bilmirəm, toy edənlər neçə yaşındadır? Nə üçün toy çaldırıblar? Bunu sadə üsulla da etmək olardı”.
Mehriban Zeynalova bildirib ki, bir yandan pandemiya, bir yandan da vətən müharibəsi:
"Hamı ehtiyat edir. Necə əl qaldırıb oynadılar, necə sevindilər? Necə unutdular bu qədər şəhidləri? Yaralı əsgər, gözü yaşlı anaları necə düşünmədilər? Bir yandan da pandemiya can alır, dəyərli insanlar ölür. 2783 nəfər şəhid var. İtkin düşənlər tapılmayıb. Bu qədər ahın- nalənin qarşısında necə şənlənmək olar? Bunun arqumenti yoxdur. İnsanlara hörmətin yoxdursa, şəhidlərə olsun. Bu baxımdan baş verənləri normal qəbul edə bilmirəm”.
Qeyd edək ki, Bakının məşhur şadlıq saraylarında bir neçə toy məclisi baş tutub. Bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayılıb.
Xatırladaq ki, COVID-19 səbəbilə tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq toy məclislərinin təşkilinə qadağa qoyulub.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-12-2020, 15:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-12-2020, 15:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01