Astarada təhsil bərbadlığı... - İTTİHAM
Elektron poçtumuza Ləman Adıgözəlova imzalı müəllif tərəfindən Astara rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənovla bağlı yazı göndərilib.
Beləliklə, qeyd edilən məqalədə deyilir:
...Astara rayon təhsilində anormallıqlar və oyunlar davam etməkdədir! Necə deyərlər, “köhnə hamam, köhnə tas”. Belə ki, 2018-ci ilin iyulunda rayon təhsil şöbəsinə rəhbər gələn və heç bir humanitar təhsili olmayan Rəşad Həsənov gözlənildiyi kimi, bu işi “əlinə-gözünə bulaşdırmağa” davam edir. Sadəcə, bunu qeyd etmək yetərlidir ki, 110 minlik rayonun təhsil başçısı, rəsmi feysbuk hesabında indiyə qədər təhsilə dair heç bir təklif və ciddi fikirlə çıxış etməyib! Bəli, nə qədər qəribə olsa da, təhsil rəhbəri təhsillə bağlı ciddi təkliflər əvəzinə, sadəcə, hansısa xəbərləri, Təhsil Nazirliyinin, başqalarının statuslarını paylaşmaqla məşğuldur. Hətta, bəzi hallarda, özünü saxlaya bilməyib, ucuz və yüngül, şou xarakterli, məktəbli səviyyəsində əyləncəli paylaşımlara yola verir. Bu da, əlbəttə, onun təhsilə yad olmasına bir daha sübutdur. Sözsüz ki, bunun fonunda aradabir bəzi “reket” saytlar vasitəsilə onun hansısa “fikirlərinin” peyda olması da şübhələr yaradır. Əgər doğrudan da Rəşad bəyin hansısa konseptual, ciddi təklifləri, dəyərləndirmələri varsa, niyə bunları öz profilində etmir?
İnanmırsızsa buyurub özünüz baxa bilərsiz: https://www.facebook.com/rashad.hasanov.752
Əlbəttə, bu skrinlərdən, bu paylaşımlardan sonra əlavə sözə ehtiyac qalmır... Necə deyərlər, no komment....
***
Daha öncə Astara Rayon Şahağac kənd icra nümayəndəsi işləyən R. Həsənov görünür ki, sırf rayon rəhbərliyinə “yaxşı xidmət etdiyi” üçün təhsil şöbəsinə rəhbər qoyulub!
Doğrudur, o, əvvəlki müdir Qızbəs Məmmədovadan daha zəif olsa da, üzə gülməklə və vəd verməklə, qaşqabaqlı Qızbəx xanımdan fərqli davranmaqla, bəzi avam insanların “saqqızını oğurlamağı” bacarıbdır. Lakin vəzifəyə gəldiyi ilk aylarda yol verdiyi ciddi nöqsanlar onun təhsil müdiri karyerasına ağır zərbə vurub. Belə ki, 2018-ci ildə rayonda baş verən və sonradan böyük əks-səda yaradan 2 dramatik işdən çıxarma hadisəsində məhz Rəşad bəyin imzası var. DQ-dən 55 bal yığmış və rüşvətə qarşı çıxmış ingilis dili müəllimi Fuad Mehrəliyevi artıq bütün ölkə ictimaiyyəti tanıyırsa, bu məhz Rəşad Həsənovun sayəsindədir. Belə ki, məhz o, peşəkar müəllimlərdən biri olan Mehrəliyevin, sözün həqiqi mənasında, “torbasını tikmişdi”; onu işdən çıxartmaqla kifayətlənməmiş, ümumiyyətlə onu “yox etmək” üçün Astara polisi vasitəsilə zorla dəlixanaya saldırıb “dəlilik kağızı” düzəltdirmişdi (!). Əlbəttə, bu işdə uzun illərdən bəri rayonda fironluq edən qalmaqallı icra başçısı Qəzənfər Ağayevin də dəstəyini qeyd etməməmək olmur...
Eyni zamanda, şəhər 6 saylı məktəbin psixoloqu, rayonun gənc elm adamlarından olan Daşqın Əliyevi də işdən məhz R. Həsənov çıxartmışdı. Əl-ayağa dolaşdığı üçün. Belə ki, məktəbdə direktor Elçin Mirzəzadənin və adamlarının zorakılığına məruz qaldığı üçün (!) cəzalandırılan psixoloqun, hətta əmək kitabçasını da qaytarmaqdan imtina edərək, o, əmək kitabçasına biabırçılıqlara imza atmışdı...
Əlbəttə, bu cür məşum hadisələrin, haqsızlıqların siyahısını uzatmaq da olar, lakin Rəşad Həsənovun “Don Kixotvari” təhsil müdiri karyerasının əsas ştrixtlərini təsvir etmək üçün hələlik bu qədər də yetərlidir (Gələn dəfələrdə bu mövzuya qayıdacağıq). Amma bu gülünc və səviyyəsiz oyunlara cənab Həsənov heç də oyun kimi yox, “ciddi iş” kimi yanaşır və “mən islahat edirəm!” deyə cavab verir!
P.S. Bəs yaxşı, 2 ildən sonra nələr baş verdi? Görəsən, Astara təhsilinin “yenilikçisinin” “islahatlarının” sonu necə oldu? Bundan sonra danışacaqlarımız isə çoxları üçün gözlənilməz olacaq! //kommersant.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:7-12-2020, 16:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-12-2020, 16:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01