Şəhid ailələrinin sosial təminatı üçün 20 birbaşa dəstək həyata keçirilir - AÇIQLAMA
“Azərbaycanın “YAŞAT” Fondu fərqli mənbələrdən vəsaitlərin cəlb edilməsinə imkan verəcək və nəticə etibarilə cəlb edilən vəsaitlərin məhz humanitar sosial istiqamətə yönəldilməsi mümkün olacaq”.
Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü olan deputat Vüqar Bayramov Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) vəsaitlərinin istifadə dairəsi haqqında danışarkən deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi ilə bağlı 20 birbaşa dövlət dəstəyi və təşviqedici dəstək nəzərdə tutulan proqramlar həyata keçirilir. Millət vəkili bildirib ki, eyni zamanda müharibə əlilləri üçün 12 dövlət proqramı mövcuddur və onların bir qismi birbaşa dəstək, digər bir qismi isə xüsusilə pulsuz səhiyyə xidmətləri də daxil olmaqla təşviqedici stimullaşdırıcı tədbirlərdir:
“Hazırda dövlət üçün əsas məsələ şəhid ailələri, eləcə də, şəhid ailələri üzvlərinin və müharibə əlillərinin sosial təminatının gücləndirilməsidir. Təbii ki, növbəti dövrlərdə bu proses daha da prioritet təşkil edəcək. Ölkə Prezidenti həmin vətəndaşlarımızın işlə təmin olunmasını əsas sosial vəzifə olaraq müəyyənləşdirib. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də İkinci Qarabağ müharibəsinin şahidi olan şəhid ailələrinin üzvlərinin, həmçinin, müharibə əlillərinin 500 nəfərini artıq işlə təmin edib və onları sosial proqramlara cəlb edib”.
“YAŞAT” Fondunun şəhid ailələri üzvlərinə, eləcə də, müharibə əlillərinə dəstəyin gücləndirilməsi üçün formalaşdırıldığını vurğulayan millət vəkili, bu fonda yığılan vəsaitlərin birbaşa müharibə iştirakçılarının, şəhid ailələrinin üzvlərinin sosial təminatının daha da gücləndirilməsinə imkan verəcəyini deyib:
“Fondun vəsaitlərinin sərəncamçısının ASAN Xidmət olması da həmin vəsaitlərin şəffaf xərclənməsinə imkan verəcək. Çünki, ASAN Xidmət Azərbaycanda bir növ şəffaflıq modeli kimi qəbul edilib və bunu praktiki olaraq bütün vətəndaşlarımız təsdiq edə bilərlər. Bu da vəsaitlərin şəffaf və səmərəli şəkildə həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə yönəldilməsinə imkan verəcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-12-2020, 13:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-12-2020, 13:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52