Polisin də ölümünə səbəb olan “Saxta içki” işi - “8 litr suya 5 litr spirt qatırdım”
Bakının məşhur restoranlarında müştərilərə satılan saxta viski və araqlardan 4 nəfərin ölməsi, 6 nəfərin zəhərlənməsi hadisəsi ilə bağlı məhkəmə prosesi davam edir.
Cinayət işi üzrə 12 nəfər məsuliyyətə cəlb edilib. Onlardan biri məşhur “Baku City” restoranının sahibi Füzuli Alıyev, digəri isə onu saxta içkilərlə təmin edən Xəyal Cəfərovdur. “Baku City” restoranında saxta viskidən vəfat edənlərdən biri də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Sərxan Bayramov olub.
Təqsirləndirilən F.Alıyev istintaqa ifadəsində özünü günahkar bilməyib.
O bildirib ki, 2018-ci ilin ortalarından Bakı şəhəri, Tibilisi prospekti, 32 ünvanında yerləşən “Baku City” restoranını Kamran Eyyubovdan icarəyə götürüb işlədir: “Son 7 ildə dostluq etdiyim Sərxan tez-tez restorana gəlirdi. Ötən il dekabrın 21-də Sərxanın dostu Ramin dostları ilə birlikdə restoranda çaxır içdilər. Gecə saat 2-3 radələrində Ramin onlarla birlikdə çıxıb getdi, Sərxan və Raminin qohumu Cəlal əyləşib “Chivas Regal 12” markalı viski, “Red Bull” içib meyvə yedilər, saat 04-05 radələrində Sərxan və Cəlal çıxıb getdi. Dekabrın 23-ü saat 11 radələrində Sərxanın zəhərləndiyinə görə xəstəxanaya aparıldığını və orada spirtli içki içən daha 3 nəfərin zəhərləndiyini eşitdim”.
F.Alıyev deyib ki, restorana baxış zamanı aşkar edilən aksiz markasız spirtli içkiləri ucuz olduğuna görə Xəyal adlı şəxsdən alıb:
“Xəyaldan “Сһivas Regal”, “Jack Daniels”, “Jameson” markalı viskilərdən, “Nemiroff”, “Kremlin”, “Beluga”, “President” və digər adları yadımda qalmayan araqlar alırdım. Xəyal həftədə 2 dəfə restorana gəlmiş 0,5 litrlik viskini 18, 0,7 litrlik viskini 20 manata, 1 litrlik viskini 25 manata, araqları isə markasından aslı olaraq 8, 10, 12, 15 manata satırdı. Pulu Xəyala özüm ödəyirdim, amma Xəyal hər hansı qaimə-faktura vermirdi. Xəyaldan aldığım spirtli içkilərin saxta olduğunu bilmirdim, ucuz satdığına görə ondan alırdım, içkilərin boş şüşələrini isə Xəyala geri satırdım.
Hadisədən sonra Xəyala dostumun restoranda içdiyi viskidən öldüyünü dedim, o isə gətirdiyi spirtli içkilərdən zəhərlənməyin mümkün olmadığını dedi. Sərxan Bayramov və Cəlal Həmzəyev bizim restorana gələnə kimi Nərimanov rayonu ərazisində yerləşən başqa yerdə da spirtli içki içmişdilər və sərxoş idilər. Sərxan bizim restorandan gedəndən 28 saat sonra vəfat edib, bəlkə də sonra da başqa yerdə içki içib”.
“Baku City” restoranını spirtli içki ilə təmin edən Xəyal Cəfərov özünü təqsirli bilərək deyib ki, 3 il əvvəl Bakı şəhərinin “Sovetski” adlanan ərazisində “Şərab evi” adlı mağazanı, il yarım əvvəl isə “Oazis” restoranının yaxınlığında yerləşən şərab evini icarəyə götürüb işlədib: “Lakin maddi səbəblərdən onları bağladım və sata bilmədiyim spirtli içkiləri Sulutəpədə yerləşən evimdə saxlayırdım. Müştəri düşdükcə satırdım, son-2-3 ildə müxtəlif marketlərdən ucuz içkilər alırdım.
Həmçinin tanışım Səxavəddindən bahalı “Chivas Regal”, “Nemiroff” və digər spirtli içkilərin boş şüşələrini 1-5 manata, qapağını 1-2 manata alaraq ucuz aldığım içkiləri həmin şüşə qablara doldurub bahalı içki kimi restoranlara, o cümlədən “Baku City” restoranını işlədən Kamal (Füzuli Alıyev özünü Kamal kimi tanıdıb-red.) adlı şəxsə satırdım. Bunları Səxavəddin də bilirdi, içkilər çox keyfiyyətsiz olduğundan bazar qiymətindən çox ucuz satırdım. 2019-cu ilin noyabrında Hökməli dairəsi yaxınlığında yerləşən topdansatış yerindən “Xırdalan Şərab” zavodunun istehsal etdiyi 40 ədəd 0,5 litrlik 96%-li spirt aldım.
Şüşə butılkaları, qapaqları, başlıqları da Saxavəddindən aldım. Spirtli içki hazırlamağı da mənə Səxavəddin öyrətmişdi. İçki qapaqlarını isə Səxavəddin üçün Bərxudar Həsənov təşkil edirdi. Başlığının bərkidilməsində istifadə olunan örtük əsil içkilərdə alüminium folqadan ibarət olur, saxta içkilərdə isə bunlar polietilen material olur. Saxta araqları 8 litr suya 5 litr spirt qatmaqla, saxta viskiləri isə ucuz olanını alıb bahalı viski butılkularına doldurmaqla hazırlayırdım.
Saxta içkiləri “Baku City” restoranına və Füzulinin yönləndirməsi ilə “Everest” restoranına satırdım. 2019-cu ilin sonunda Səxavəddin dedi ki, tanışı Zaurdan ucuz qiymətə, litri 5 manata spirt ala biləcəm. 2019-cu ilin noyabr-dekabr aylarında Sumqayıt şəhərində yerləşən meyvə bazarının yaxınlığında təxminən 35-40 yaşlarında olan Zaurla görüşərək litri 5 manatdan hər dəfə 20 litrlik plastik qablarda spirt alırdım. Söhbət zamanı Zaur həmin spirti zavoddan götürdüyünü, musiqi müəllimi olduğunu, özünün sexində müxtəlif markalı içkilər də hazırlayıb satdığını dedi. Zaurdan aldığım spirtdən istifadə etməklə ayrı-ayrı vaxtlarda “Chivas Regal 12” viski və “Minsk” markalı araq düzəldərək “Baku City” restoranına satırdım”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-12-2020, 18:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-12-2020, 18:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16