Erkin Qədirli bir aydır görünməməsinin səbəbini AÇIQLADI: - "Hirsimin soyuması uzun sürdü"
“Səhifəm düz bir ay qapalı oldu. Özüm qapatmışdım. Şuşanı geri almağımızın sevinci bitməmiş ardınca (ertəsi gün) Rusiya əsgərlərinin Qarabağa girməsi xəbəri məni çox qəzəbləndirmişdi. Hirsimdən nəsə yazmamaq üçün səhifəmi qapatmaq qərarına gəldim.
Hirsimin soyuması uzun sürdü, yaxın dostlar bunu görə bildi. Eyni səbəbdən telekanalların canlı yayımlarına çıxmaqdan, eləcə də jurnalistlərə müsahibə verməkdən yayınırdım, zənglərinə cavab vermirdim. Bu arada, kimin zənginə cavab vermədimsə, hamısından üzr istəyirəm. Saymazyanalıq kimi qarşılamamalarını xahiş edirəm”.
Cebhe.info xəbər verir ki, bunu deputat Erkin Qədirli deyib.
E.Qədirli bu müddətdə fasilədən istifadə edib xeyli düşünüb: “Bəzi şəxsi işlərimi yoluna qoymağa çalışdım. Yeri gəlmişkən, yenidən dərs demək təklifi aldım. Görüşdüm, danışdım və təklifi qəbul etdim. Rəsmiləşməyə nəsə mane olmasa, detalları açıqlayaram. Bunun özü də asan olmayan bir qərar oldu. Bir yandan təklifin gözlənilməzliyi, o biri yandan da təklifin gəldiyi anda duyğularımın tarazlıqdan çıxması. Müəllimliyi çox sevirəm və bu işə qayıtmaq təklifi məni çox sevindirdi. Bununla belə, siyasətə girməyin öz mənfi yan təsirləri var. Vaxtılə Maks Veber bu haqda yaxşı yazıb və siyasətlə müəllimliyi qarışdırmamağın önəmini vurğulayıb.
Maks Veberin çoxdan oxuduğum o yazısı mənə təsir etmişdi, elə ona görə də müəllimliyə qayıtmağı hər zaman istəsəm də, özümü bu istəyin gerçəkləşməsindən çəkindirirdim. Bu dəfə razılaşdım, çünki çox darıxdım. Görüm necə olacaq”.
E.Qədirli Rusiya əsgərlərinin Qarabağa girməsi, bununla bağlı qəzəbənin qaynağı, eləcə də son bir ay ərzində yığılmış başqa suallarla bağlı düşüncələrini ardıcıllıqla yazacağını da bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-12-2020, 13:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-12-2020, 13:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01