Yaşayış minimumu artır, 190 manatlıq yardım nəyə görə dəyişməz qalır? - AKTUAL
Yeni sərtləşdirilmiş karantin qaydaları əsasında tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan şəxslərə (təxminən 600 min nəfərə) 190 manat birdəfəlik maddi yardım göstəriləcək. Cəmiyyətdə birdəfəlik ödəmənin yenə də 190 manat olaraq saxlanılması heç də birmənalı qarşılanmayıb.
Bəs birdəfəlik müavinətin məbləği nə qədər olmalı və nəyə əsasən təyin edilməlidir?
Mövzu ilə bağlı “BakuPost”a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, əhalinin işsiz olan böyük əksəriyyətinə birdəfəlik ödəmə ilə bağlı imtina cavabı gəlir: “Çünki bu məqsədlə ayrılan büdcə daha çox əhaliyə müvafiq yardımın verilməsini mümkünsüz edir. Dolayısı ilə aidiyyəti qurumlar da insanlara qeyri-adekvat, əsası olmayan cavablar verirlər. Bununla da insanların istifadə etməli olduğu mexanizmlərdən istifadəsinə süni maneə yaradılır. Ödəmənin məbləği ölkə üzrə yaşayış minimumu nəzərə alınaraq seçilib. Belə şərtlər daxilində məbləğin artırılması müzakirə mövzusu ola bilməz. Ona görə ki, onsuz da pul yoxdur, geniş kütlə də bu yardımdan istifadə edə bilmir”.
Ekspert qeyd etdi ki, birdəfəlik ödənişin nə qədər müddəti əhatə edəcəyi dəqiqləşdirilməlidir: “Pandemiya başlayandan birdəfəlik müavinət adı altında artıq 4 ödəniş edilib, növbəti ödəniş 5-ci olacaq. Amma pandemiya dövrü olaraq artıq 9-cu aya keçmişik. Bundan başqa, yeni sərtləşdirilmiş karantin qaydalarına əsasən, 190 manat birdəfəlik ödəmə dekabrın 14-dən növbəti ayın 18-dək nəzərdə tutulan 36 gün üçün veriləcək. Buna uyğun, əslində, diferensiallaşma aparılmalı idi. Eyni zamanda, sərtləşdirilmiş karantin qaydalarına görə işsiz qalan şəxslər var ki, onlar ailənin digər üzvlərinə də baxırdılar. Belə olan təqdirdə cəmiyyətdə təəssürat yaranır ki, dövlət yalnız həmin işsiz qalan şəxsin qeydinə qalır. Onun ailə üzvlərini taleyin öhdəsinə buraxır. Məlumdur ki, 190 manat 1 ay ərzində yalnız 1 nəfərin dolanışığı üçün nəzərdə tutulub”.
“Yaşayış minimumu hər il büdcə ilə bağlı olaraq dəyişir”, - deyən R.Həsənov əlavə etdi ki, indiki şərtlər daxilində Azərbaycanda yaşayış minimumu 350-370 manat arasında dəyişir: “Bu, kifayət qədər mürəkkəb məsələdir. Bütün dünya, Ümumdünya Səhiyyə Təşkilatı durmadan deyir ki, bu xəstəliklə mübarizədə əsas preventiv alətlərdən biri immunitetin yüksək saxlanılmasıdır. Bu da özülüyündə qida təhlükəsizliyini, keyfiyyətli qidalanmanı şərtləndirir. Keyfiyyətli qidalanma üçün ailə büdcəsinin gəliri olmalıdır. Bu isə pandemiya dövründə həm dünyada, həm də Azərbaycanda bir-biri ilə təzad təşkil edir. Gəlirlər kəskin şəkildə azalıb, bəzi ailələrdə, hətta, yoxa çıxıb. Əvəzində isə deyirik ki, daha yaxşı, daha keyfiyyətli qidalanmalısınız. Bunu dediyimiz halda onlara müəyyən bir dəstək verməliyik. Ən azından daha yaxşı olardı ki, əhaliyə ərzaq kartları paylanılsın. Bu elə bir kartdır ki, bunu insanlar başqa bir şey üçün xərcləyə bilməz, yalnız ərzaq ala bilirlər və 1 ay müddətində istifadə etmədikdə qüvvədən düşür. Bu həm qida sənayesini canlandırar, eyni zamanda, kənd təsərrüfatı sahəsində istehsalın səviyyəsini müəyyən həddə saxlayar, həm də insanların sağlam qidalanması üçün şərait yaradar”.
İqtisadçı alim Qubad İbadoğlu da hesab edir ki, birdəfəlik yardım 200 manatdan yuxarı olmalıdır: “Əhalinin yenidən evdə qalmasına qərar verildi. Özü də bu dəfə daha uzun müddət müəyyənləşdirilib. Hansı məntiq və meyarla 1 ay 4 gün evdə qalma müddətinin seçildiyi də bəlli deyil. Amma istənilən halda insnların evdə qalması, hərəkətin SMS-lə 3 saat müddətində məhdudlaşdırılması yenidən ehtiyacı olan aztəminatlı işsizlərə birdəfəlik yardımın ödənilməsinə zərurət yaradıb. Növbəti ildən birdəfəlik ödəmə 190 manat ola bilməz, çünki, bu məbləğ cari il üçün yaşayış minimumun dəyərini ifadə edirdi, gələn il üçün yaşayış minimumun dəyəri hələ açıqlanmasa da böyük ehtimalla 200 manatdan az olmayacaq”.
Q.İbadoğlu bildirir ki, bu dəfə birdəfəlik yardım bütün ölkə əhalisinə ödənilməlidir: “Son zamanlar işsiz kimi qeydiyyatda olan şəxsləri bu statusdan müvəqqəti adla məhrum edilməsi praktikasına son qoyulmalıdır. Bunu ona görə edirlər ki, birdəfəlik yardım alanların saylarını azaltsınlar. Yekun olaraq, tövsiyyə edirəm ki, işsiz olub, indiyə qədər qeydiyyata düşə bilməyən şəxslər Əmək Məşğulluq İdarəsində qeydiyyatdan keçmək üçün təkrar müraciət etsinlər. Eyni zamanda işsiz statusu almaq üçün https://e-sosial.az/#/index məşğulluq alt bölməsindən “on-line” formada müraciət etsinlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-12-2020, 15:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-12-2020, 15:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01