Səfər Mehdiyev gömrük sistemini elə günə qoyub ki... - GİLEY
Ölkənin giriş qapısına nəzarət edən Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılıq səngimir.
Rəhbərlik dəyişəndən sonra vətəndaşların şikayətləri azalmır. Vaxtaşırı gömrük keçid məntəqələrində vətəndaşların incidilməsi, bürokratik əngəllərin yaradılması və rüsumdan əlavə ödənişlərin tələb olunması ilə bağlı məlumatlar yayılır. Digər tərəfdən gömrük rüsumlarının da yüksək olması narazılıqlara səbəb olan amildir. Qeyd edək ki, hazırda Gömrük Komitəsi 15 pilləli rüsum tətbiq etmək səlahiyyətinə malikdir.
Yəni, ölkəyə gətirilən 100 manatlıq mala görə 1 faiz də rüsum ala bilər, 15 faiz də. Bu məsələnin tənzimləməsi üçün ekspertlər təklif edir ki, gömrükdə rüsum sistemi ləğv edilsin və maksimum halda 3 pilləli rüsuma keçirilsin.
Gömrük keçid məntəqələrində prosedurların sadələşdirilməsi də vacib məsələ hesab olunur. Hazırda gömrük keçid məntəqələrində vətəndaşlar saatlarla gözlədilir, uzun növbələr yaranır. Bu problem artıq uzun zamandır ki, var və hələ də həllini tapmır. Komitənin keçmiş sədri Aydın Əliyevin zamanında rast gəlinən neqativ hallar yeni sədrin dövründə də əsas problem olaraq alır.
Baxmayaraq ki, Səfər Mehdiyev Gömrük Komitəsinin sədri təyin olunanda hamı ümid edirdi ki, bu cür problemlər öz həllini tapacaq. Amma görünən odur ki, Gömrük Komitəsi keçid məntəqələrində prosedurların sadələşdirilməsində maraqlı deyil. Ona görə də Səfər Mehdiyevin təyinatından 1 ildən artıq zaman keçsə də, hələ də heç nə dəyişməyib. Əslində, Gömrük Komitəsinin rəsmiləri də problemlərin qaldığını, ciddi islahatlara ehtiyac olduğunu vurğulayır. Hətta gömrükdə islahatların yaxın zamanlarda baş tutacağının anonsu da verilib. Belə ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev deyib ki, bir aydan sonra gömrük sahəsində böyük bir islahat gözlənilir.
“İslahatların birinci mərhələsi demək olar ki, həyata keçirilib. İkinci böyük islahat paketimiz isə idxalla bağlı olacaq. Onun tətbiqi haqqında ictimaiyyətə və sahibkarlara geniş məlumat verəcəyik”-deyə, İ.Babayev gömrükdə ciddi islahatların aparılacağının anonsunu verib.
Gömrükdəki problemlərin kökü dərindir. Ona görə də bu sahənin tam şəkildə şəffaflaşdırılması üçün ciddi addımların atılmasına ehtiyac var. Bu məsələ dəfələrlə Milli Məclisin tribunasından da səsləndirilib. Məsələn, 2019-ci il üzrə büdcə müzakirələri zamanı deputat Vahid Əhmədov Gömrük Komitəsində 27 milyard manatın mənimsənildiyini demişdi:
“Bu il Gömrük Komitəsi tərəfindən 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub? Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması məqsədilə büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, görün bu təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Qeyd edim ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Mən burada rəqəmi açıqlamaq istəmirəm. Bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.
Büdcəyə Gömrük Komitəsindən 1 milyard manat əlavə vəsaitin daxil olması yeni sədrin adına müsbət hal kimi yazılır. Amma problemlər hələ də qalmaqdadır. Nəzərə alsaq ki, gömrükdəki problemlər digər sahələrə də mənfi təsir göstərir. Məsələn, gömrükdə yaranan problemlər ölkə iqtisadiyyatının inkişafını əngəlləməklə yanaşı, vətəndaşlarda kəskin narazılıq yaradır və ən başlıcası, idxalda süni problemlər yaratmaqla iqtisadiyyatda durğunluğa, bəzi hallarda isə geriləməyə səbəb olur. Bunun qarşısını almaq üçün isə ciddi islahatlara ehtiyac var. Gömrük Komitəsinin sədr müavinin sözlərinə inansaq, təxminən 1 ay sonra gömrükdə islahatlara başlanılacaq. Bu islahatların hansı istiqamətdə gedəcəyini, ümumi problemlərə necə təsir edəcəyini isə qısa zaman sonra görə biləcəyik.
Cebhe.info
Paylaş:
Müəllif : Yazar
Tarix:13-05-2019, 10:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-05-2019, 10:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45