Sığorta şirkətləri kasıblayıb: Ümid yeni mövsümə qalıb - GƏLİŞMƏ
Bu ilin yanvar-mart aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 129 milyon 948 min manat sığorta haqqı toplanılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə, bu, ötən ilin eyni dövrü müqayisədə 17,3 faiz azdır. Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 97,5 faiz artaraq 71 milyon 227 min manat olub. Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 29 milyon 912 min manat təşkil edib ki, bu da illik müqayisədə 32,7 faiz azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 2,9 faiz artaraq 16 milyon 322 min manata çatıb.
Beləliklə, 2019-ci ilin yanvar-mart aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 23 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-mart aylarında 28,3 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 44 manatdan 22,9 manata düşüb.
Bundan əlavə, 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 2019-cu ilin 1-ci rübü ərzində Azərbaycanda fəaliyyət göstərən 22 sığorta şirkətindən 10-nun topladığı sığorta haqları artıb, 11-də isə azalıb.1 sığorta şirkəti (Xalq Həyat) isə yeni lisenziya aldığından ilk rübdə əməliyyat aparmayıb.
“A-Qroup Sığorta Şirkəti”, Atəşgah Həyat” Sığorta Şirkəti, “AXA MBASK” Sığorta Şirkəti, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Bakı Sığorta”, “Günay Sığorta”, “Meqa Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta” və “Qala Həyat” Sığorta Şirkəti daha az sığorta haqları toplayıblar.
2019-cu ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 201.2 milyon manat məbləğində sığorta haqları toplanıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz və ya 8 milyon 58 min manat çoxdur. Əgər Dövlət Sığorta Komersiya Şirkətinin (Azərsığorta) topladığı sığorta haqları 7 dəfəyə yaxın artaraq 31 milyon 689 min manata qalxmasa idi, cəmi sığorta haqları azalardı. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” və “məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası” Dövlət Sığorta Komersiya Şirkəti tərəfindən həyata keçirilir. İlk rübdə dövlət büdcəsindən sığorta haqlarının “Azərsığorta” şirkətinə köçürülməsi digər 11 şirkətin topladığı sığorta haqlarındakı azalmanı artıqlaması ilə bağlayıb.
İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, ölkəmizdə ən çox müraciət edilən icbari sığorta növləri səyahət və avtomobillərin icbari sığortasıdır:
“2019-cu ilin ilk iki ayının sığorta bazarı statistikalarına nəzər salsaq, ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri üzrə 132.8 milyon manat məbləğində sığorta haqlarının toplandığını, 33.1 milyon manat məbləğində isə sığorta ödənişlərinin həyata keçirildiyini görərik. Maliyyə Bazalarına Nəzarət Palatasından verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 103.9 milyon manat, ödənişlər 21.3 milyon manat təşkil etdiyi halda, icbari sığorta bazarı üzrə haqlar 28.9 milyon manat, ödənişlər isə 11.8 milyon manat olub. 2019-cu ilin yanvar-mart aylarında isə, bütün sığorta şirkətləri tərəfindən 201.2 milyon manat məbləğində sığorta haqları toplanıb, 46.2 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.Könüllü sığorta bazarı üzrə haqlar 130 milyon manat, ödənişlər isə 29.9 milyon manat təşkil edib.İcbari sığorta bazarı üzrə haqlar 71.2 milyon manat, ödənişlər isə 16.3 milyon manat olub. Göründüyü kimi, keçən bir ay ərzində könüllü sığorta bazarı üzrə haqlarda 25 faizlik artım olduğu halda, icbari sığorta bazarı üzrə haqlarda 146 faizlik artım olub. Keçən bir ay ərzində icbari sığorta üzrə yığımların artım nisbətinin daha çox olduğunu görürük.
Bildiyimiz kimi, könüllü sığorta - sığortaçı ilə sığortalı arasında bağlanan müqavilə əsasında müəyyən olunur.İcbari sığorta isə vətəndaşların sosial maraqlarının və dövlət maraqlarının təmin edilməsi məqsədilə icbari sığorta qanunları əsasında həyata keçirilir.Ölkəmizdə ən çox müraciət edilən icbari sığorta növləri səyahət və avtomobillərin icbari sığortasıdır.Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik də məlum olduğu kimi, hər zaman yüksəkdir. Könüllü sığorta üzrə yığımların artım nisbətinin daha az olması sığorta bazarında vəziyyətin o qədər də yaxşı olmadığını deməyə əsas verir. Doğrusu, statistik göstəricilərdə müəyyən qədər yanlışlıqlara yol verilə biləcəyini də düşünürəm.Çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının icbari sığorta bazarındakı yığımlarla bağlı açıqladığı statistik göstəricilər əsasən yüksək olur.Ölkədəki mövcud iqtisadi vəziyyət və insanlarda sığorta bazarına inamsızlıq təbii olaraq sığorta şirkətləri üçün müəyyən risklər yaradır”.
Analitik hesab edir ki, potensial riskləri nəzərə alan strategiya formalaşdırılmasa, bir çox sığorta şirkətinin bağlanması qaçılmaz olacaq:
“2018-ci il üzrə sığorta şirkətlərinin mənfəət/zərər renkinqinə baxsaq, “Paşa Sığorta” (17.069.829 manat), “Atəşgah Həyat Sığorta” (4.792.064 manat), “Az Sığorta” (4.230.000 manat) ili mənfəətlə başa vurduğu halda, “Ata Sığorta” (-2.349.595 manat), “Atəşgah Sığorta” (-1.027.406 manat), “Standart İnsurance” (-374.626 manat), “Əmrah Sığorta” (-139.470 manat) üçün risklərin mövcud olduğunu söyləmək olar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-05-2019, 10:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-05-2019, 10:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24