44 günlük müharibədə cinayət aləmi özünü “necə apardı”... - İLGİNC
Müharibə həyatın bütün sahələrinə təsirsiz ötüşməyib. Cinayətkarlıq da istisna deyil. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin hazırladığı 2020-ci ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsinə dair təhlildən də görünür ki, ümumilikdə 2020-ci il cinayətkarlar üçün “ağır il” olub. Xüsusən mülkiyyət əleyhinə cinayətlərlə “məşğul olanlar” böyük çətinliklərlə üz-üzə qalıblar. İlin ilk 6 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə mənzil və şəxsi evlərdən oğurluqlar 6,8 faiz və ya 86 fakt az qeydə alınıb.
2020-ci il yekunlaşmaq üzrədir, DİN-in hazırladığı yeni statistik təhlil 2021-ci ilin yanvarında ictimaiyyətə təqdim ediləcək. Yola salmaqda olduğumuz 2020-ci ilin əvvəllərindən dünyanı ağuşuna alan pandemiya və onu önləmək üçün görülən tədbirlər də cinayətkarlığa, cinayətkar aləmə təsirsiz ötüşməyib. “Evdə qal” kampaniyaları uzandıqca, ev oğrularının işinə ciddi əngəl olub. Evin, mənzilin sahibi evdə ikən cürət edib ora girmək, oradan oğurluq etmək kimi əmələ qol qoymaq real görünmür.
Bəs 44 günlük müharibə günlərində bu sahədə vəziyyət necə olub?
Müharibə günlərində cinayətkarlıq artdımı, azaldımı - oğrularda da vətənpərvərlik varmı? Oğru dünyası müharibəyə laqeyd qaldı, yoxsa...
Sabiq polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a deyib ki, ümumilikdə son illər cinayətkarlərin statistikasına nəzər salanda görünür ki, cinayətlərin sayında azalma var: “Qaldı ki müharibə dövründə oğurluqların azalmasına, burada birmənalı fikir söyləmək çətindir. Ehtiyaca görə oğurluq edənlər var. Məsələn, maddi imkanı yoxdur, mağazaya girib oradan yemək-içmək oğurlayanlar var. Belələri üçün müharibə dönəmidir, adi günlərdir fərq etməz. ”Şirovoy" narkomanlar var, onlar üçün də zamanın heç bir anlamı yoxdur. Onlar, sadəcə, doza almaq üçün dayanmadan hər cür cinayətə əl atmağa hazır olanlardır. Azərbaycan bu gün cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təmin edilməsi baxımından ictimai təhlükəsizliyin və əmin-amanlığın yüksək səviyyədə olduğu dövlət imicini qoruyub saxlamaqdadır. Kriminogen durum fasiləsiz izlənir. Cinayətlərin açılması yaxşılaşıb. Pandemiya dövründə ailə-məişət zəminində baş verən hüquqpozmalara vaxtında və operativ reaksiyanın verilməsi, eyni zamanda cəmiyyəti narahat edən belə neqativ hallara qarşı aparılan məqsədyönlü profilaktik işlər görülür. Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdədir. Buna baxmayaraq, müharibənin getdiyi 44 gün ərzində cinayətə əl atanlar da oldu. Amma bu o demək deyil ki, cinayət aləmində təəssüb, qeyrət deyilən anlam yoxdur. Müharibənin getdiyi günlərdə cinayətkarlıq azalıb".
Mahmud Hacıyev deyir ki, oğurluq həm də ev sahiblərinin diqqətsizliyindən və əsasən yay aylarında qeydə alınır: “Çünki insanların əksəriyyəti illik məzuniyyətlərini avqust ayında götürür. Halbuki oğurluq hallarının çoxunun qarşısı olduqca bəsit çözümlərlə alına bilər. Amma dünya ölkələrində oğurluq statistikası daha çox siyasi baxımdan qarışıq günlərdə, eləcə də iqtisadi böhran ərəfəsində özünü göstərir. Kasıblıq bütün təbəqələri sıxdığı zaman oğrular xüsusən aktivləşirlər. Heç kimə sirr deyil ki, oğruların ən böyük ”silah"ı evlərin qapısına sıxışdırılmış elektrik, qaz borcları qəbzləridir. Onlar bu qəbzlərə əsasən ev sahiblərinin evdə olmadığını müəyyənləşdirirlər. Tutaq ki, həmin qəbz 3 gün ardıcıl qapıya dürtülmüş halda qalırsa, deməli, ev sahibi həmin günlərdə evə gəlməyib. Oğrular sahibinin evdə olmadığından şübhələndikləri evin qapısı ağzına özləri kibrit çöpü və ya başqa bir buna oxşar nişan qoyur. Növbəti gün nişan yerdədirsə, deməli, ev sahibi evdədir. Deyilsə, deməli, evdə kimsə yoxdur. İş başına keçə bilərlər. Ona görə də evdən uzunmüddətli gedəndə güvəndiyiniz qohumlara və qonşulara evə nəzarət etmələrini tapşırın. Bundan başqa, hər ehtimala qarşı tətilə çıxmazdan əvvəl dəyərli əşyaları özünüzlə götürün. Belə sadə qaydalara əməl etsəniz, cinayətlərin obyekti olmaq ehtimalınız da az olar".
Paylaş:
Müəllif : Yazar
Tarix:11-12-2020, 09:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-12-2020, 09:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36