Gənc başçının buralardan xəbəri yoxdur - GİLEY
Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxozu adlandırılan yaşayış massivinin sakinləri yolların bərbadlığından gileylidir. Onların sözlərinə görə, minlərlə evin yerləşdiyi qəsəbədə yol infrastrukturu yoxdur. regionxeberlericom.az-un DİA.AZ-a istinadən məlumatına görə, sakinlər payız-qış aylarında dizə qədər çıxan palçıqdan, çirkli gölməçələrdən əziyyət çəkirlər.
Sakinlərdən Əli Məmmədov bildirib ki, məhəllələrarası avtobus işləmir, yağışlı havalarda maşınla da gedib-gələ bilmirlər. Hər gün kilometrlərlə palçıqlı, kələ-kötür yolu getmək məcburiyyətindədirlər: "Baxın, bu ərazidə - Mehriban qardaşlar küçəsində yüzlərlə ev var. Doğrudur, evlərin çoxu sənədsizdir, çünki əksəriyyət kasıblardır. Bir-iki otaqlı ev tikib yaşayırıq. Dəfələrlə yolların təmir edilməsi üçün müraciət etmişik, amma nəticəsi olmayıb. Artıq yaxın illərdə də düzələcəyinə ümidimizi üzmüşük”.
Sakinlər onu da bildiriblər ki, problem yolun palçıqlı, gölməçəli olması ilə yekunlaşmır. Məhəllələrdə zibil qutuları olmadığından tullantılar yol qırağına atılır. Çirkab qarışıq su məhəlləyə, oradan da evlərə dolur: "Leysan yağışlar yağanda su həyətlərə dolur, nasoslarla çəkirik. İllərdir döymədiyimiz qapı, şikayət etmədiyimiz qurum qalmayıb. İndi də koronavirus pandemiyasını, müharibəni səbəb gətirirlər. Guya ki, bunlar olmasaydı, yollar düzəldiləcəkdi”.
Qəsəbə sakini olan Elman Məmmədov iki övladını İkinci Qarabağ Müharibəsində itirib. Sakinlər qəsəbəyə onların adının verilməsini təklif edirlər: "Amma yolların vəziyyətinə baxanda düşünürsən ki, bu qəsəbəyə şəhidin adını vermək olarmı? İllərdir qarış-qarış asfalt örtüyü çəksəydilər, problem həll olunardı”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-12-2020, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-12-2020, 09:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01