Virus digər xəstəlikləri “unutdurub”: - Azərbaycanda yoluxan, ancaq digər xəstəlikdən vəfat edən heç kəs yoxdur?
Ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirus dünyanın əksər ölkələrində sərt tədbirlərə səbəb olub.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 68,2 milyonu keçib, 1,55 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanı COVID-19 adlandırıb, martın 11-də isə koronavirusu pandemiya elan edib. Artıq 1 ildir ki, dünya səhiyyəsi və Ümümdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə aciz qalıb. Bəzi ölkələrdə virusla mübarizə üçün peyvənd hazırlansa da, bu peyvənddən kütləvi istifadə və effektli müalicə üsulu hələ tapılmayıb. Dünyanın diqqəti virusla mübarizəyə yönələrkən, digər xəstəliklərdən xəstələnənlər və ölənlərlə bağlı məlumatlar arxa plana keçib.
Doğrudur, bəzi ölkələrdə əlaqədar qurumlar koronavirusa yoluxan, ancaq virus səbəbi ilə yox, digər səbəblərdən vəfat edən şəxslərlə bağlı məlumatı verməklə bu boşluğu doldurmağa, cavabsız qalan suallara nisbətən aydınlıq gətirməyə çalışırlar.
Ancaq Azərbaycanda pandemiya yayıldığı dövrdən bəri koronavirusa yoluxan, ancaq yoluxduğu müddətdə digər xəstəliklərdən dünyasını dəyişənlərlə bağlı məlumat təqdim edilmir. Bu isə cəmiyyətdə bütün ölüm faktlarının sanki koronavirusdan qaynaqlandığı barədə fikrin yaranmasına səbəb olur.
Məsələ ilə bağlı Cebhe.info-ya danışan tanınmış terapevt Rasif Bağırov deyib ki, səhiyyə qurumları işlərini düzgün təşkil etmədiyindən bu statistika verilmir:
“TƏBİB Səhiyyə Nazirliyinə, nazirlik isə TƏBİB-ə arxayın olduğu üçün sözügedən hesabatlar hazırlanmır. Bu gün xəstəxanalarda koronaviruslu xəstələri travmatoloqlar, stamatoloqlar və Tibb Universitetinin tələbələri müalicə edir. Bu sahəyə məsul olan həkimlər isə virusa yoluxmasın deyə evə göndərilib. Hansı ki, o həkimlərin təcrübəsi var, müəyyən işləri vaxtında tətbiq edə bilərlər. Yaxud koronavirusdan müalicəni effektli tətbiq edən həkim yeni bir şey ortaya qoya bilər. Peşəkar kadrlar kənarda qalıb. Nə var-nə var, Rusiyadan bir protokol gətirilib. Tibb bacılarına nəzarət edilir ki, bu protokol verilsin. “Xəstə ağır oldu ver reanimasiyaya, sənin işin olmasın” deyilir. Belə müalicə, xəstəyə yanaşma olur? Nə qədər tanıdığım xəstə var. Deyirlər ki, Mərkəzi Gömrük Hospitalı və ya Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalında xəstələri tələbələr müalicə edir. Ağırlaşan xəstə onlara müraciət edəndə, bildirilir ki, mən tələbəyəm, sizə heç nə edə bilmərəm. Bu da bizim koronavirusla mübarizə apardığımız səhiyyə qurumlarının işi... Belə işdə başqa hesabatlar, statistikalar olar? Əlbəttə ki, vəziyyəti daha da gərginləşdirəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-12-2020, 17:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-12-2020, 17:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti