Qarabağın statusuna qarşı Zəngəzur, Göyçə silahı – Danışıqlar masasında “gərgin döyüşlər”
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi dövrü də daxil olmaqla 44 günlük müharibənin nəticəsi olan Zəfər paradında da Zəngəzur, Göyçə, İrəvan mahalının tarixi Azərbaycan torpaqları olmasına diqqət çəkdi.
Maraqlıdır, ölkə başçısı bununla hansı mesajları vermək istəyir? Bütün bunlar Azərbaycanın müdafiə diplomatiyasından hücum diplomatiyasına tam keçidi hesab oluna bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a danışan "Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi Natiq Cəfərli danışıqlar masasında Azərbaycanın bəzi çətinliklərlə qarşılaşacağını bildirib:
"Əslində bu məsələnin gündəmə gətirilməsinin bir neçə əhəmiyyətli tərəfi var. Düzdür, Azərbaycan 44 günlük savaşı böyük qələbə ilə bitirdi. Amma görünən odur ki, Azərbaycanı hələ diplomatik sahədə danışıqlar masasında bir müddət bu qələbənin reallaşdırılması, sənədləşdirilməsi üçün aparılacaq danışıqların ağır dövrü gözləyir.
Həm Minsk qrupunun həmsədrləri, həm Rusiya tərəfi dəfələrlə Dağlıq Qarabağın statusu məsələsini qaldırırlar. Halbuki biz açıq şəkildə bəyan etmişik ki, bu məsələ artıq tarixə qovuşub. Bunu neytrallaşdırmağın yollarından biri də münaqişənin başladığı 88-ci illərdən indiyədək bu vəziyyətin yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı müəyyən tələblərin masada olmasıdır. Bu artıq bizim atacağımız addımların bir istiqamətidir".
N.Cəfərli Zəngəzur və Göyçənin adının tez-tez çəkilməsinin əks arqumentlərin yaradılması üçün olduğunu deyib:
"Münaqişə başlamamışdan əvvəl, yəni 1988-ci ildə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti ərazisində 120-130 min arası erməni əsilli Azərbaycan vətəndaşı yaşayıb. İndiki Ermənistan ərazisində isə 230-240 minə yaxın azərbaycanlı yaşayıb və onlar 2 həftə ərzində zorla torpaqlarından deportasiya olunublar. Onların arasında ölənlər də oldu. Amma bu məsələ uzun illərdir ki, danışıqlar masasına gətirilmirdi.
Xaricin, xüsusilə Rusiyanın təsiri və təzyiqi vasitəsilə keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisində yaşayan Azərbaycan vətəndaşları olan ermənilərin hər hansısa status məsələsi gündəmə gəldikdcə iki həftə ərzində deportasiya olunan azərbaycanlıların da Ermənistana qaytarılması məsələsi gündəmə gətirilə bilər. Buna masada şərait yaradılmalıdır. Son zamanlar həm prezident həm müxalifət nümayəndələri tərəfindən bu məsələnin gündəmə gətirilməsi gələcək danışıqlar masasında bizim xeyrimizə olan əks arqumentlərin yaradılmasına xidmət edir".
Paylaş:
Müəllif : Yazar
Tarix:14-12-2020, 14:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-12-2020, 14:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01