FHN və “TOTİMED” şirkətindən ÖZBAŞINALIQ... - NARAZILIQ!
“Bizi işə götürəndə əməkhaqqının min yüz iki manat olacağı deyilmişdi. İlk-üç ay vəd olunan məbləği aldıq. Sonra arada söz-söhbət gəzməyə başladı ki, işçilərin maaşı azaldılacaq. Dekabr ayı maaş alanda gördük ki, 352 manat kəsiblər. Səbəbini soruşanda dedilər ki, xoşu gəlməyən çıxıb gedə bilər. Onusuz da ölkədə işsizlikdir. Bildirdilər ki, bundan sonra əməkhaqqı 750 manat olacaq”. DİA.AZ bildirir ki, bunu işini itirmək qorxusu ilə adını açıqlamaq istəməyən Zığ qəsəbəsində yerləşən modul tipli hospitalda porter işləyən şəxs deyir.
Bildirir ki, işəgötürən “TOTİMED” şirkəti həkimlərin maaşından 500, xadimələrin isə 300 manat kəsib. Onun sözlərinə görə, xadimələrə əməkhaqqı 750 manat nəzərdə tutulubmuş: “Lakin onlara birinci ay 600 manat verdilər. Növbəti aylarda isə 450 manat aldılar. Dekabr ayı üçün əməkhaqqı müqaviləsinə qol çəkəndə, maaşın azaldığını gördük. Dedilər ki, maaş budur, istəyirsiz, işləyin, işləmirsizsə, çıxın. Ölkədə karantindir, işsiz adam çoxdur. Mənim vəzifəm porterdir. İşim viruslu xəstələrin, dərman və digər tibbi vasitələrin daşınmasından ibarətdir. Ağır xəstələrlə təmasda oluruq, hərəkət edə bilmədikləri üçün yataqda onları tez-tez çeviririk. İşimiz çətin və təhlükəlidir. Buna baxmayaraq hamımız vətənpərvər insanlarıq. Desəydilər ki, ölkənin problemi var, bir aylıq çətinlikdir, hardasa onları başa düşərdik”.
Şikayətçinin dediyinə görə, bu ilin iyulunda fəaliyyətə başlayan modul tipli hospitalda əvvəllər işçi qüvvəsi kifayət qədər olub, bir müddətdən sonra işçilərin sayı minimuma endirilib: “İşçi gündə 4 saatdan, həftə ərzində isə 20 saatdan artıq işləməməlidir. Biz isə 8 saat işləyirik. Müqavilədə istirahət günləri də göstərilib. Lakin bunların heç biri tətbiq olunmur. Bir ay yarım müharibə gedən dövrdə susduq, etiraz etmədik, ağır şərtlərə dözüb işlədik. Müharibə qurtarıb, amma hələ də istirahətsiz işləyirik. Psixoloji gərginlik var. İnsanıq, yoruluruq. Maaşın azalması, istirahətin verilməməsi ilə bağlı danışıb, etirazını bildirənləri, Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edənləri işdən çıxardılar. Hər ay müqavilə yenilənir. Bizə ümimi sürət verilib. Maaşın uzadılması haqqında hər ay əlavə kağız verirlər. Ölkə başçısı efirdə deyir ki, səhiyyə sahəsində koronavirusla işləyənlərin maaşları artırılacaq, bunlar isə əskinə edir, pulumuzu kəsirlər”.
“Heç kim bura kefindən gəlməyib. Ehtiyac ucbatından buradayıq. Külli miqdarda pul ayrılıb, amma haqqımıza girirlər”, - şikayətçi deyir: “Hazırda Atletlər kəndində qalırıq. Evimizə, ailəmizin yanına getməyə qorxuruq. Bura hərə öz dərdi ilə gəlir. Qız var, anasının əməliyyatına görə 17 min manat borc götürüb, məcburiyyətdən işləyir. Oğlan var ki, qardaşı vəfat edib, onun ailəsinə kömək üçün çalışır. Tək özümü deyil, ailəmi də riskə atıram. Bu gün mən evimə gedib, uşağımla görüşə, bağrıma basa bilmirəm. Bura elə bir yerdir ki, koronaya yoluxmamaq qeyri-mümkündür. Bir dəfə yoluxursan, müalicə alırsan. İkincidə korona tutursan, yenə müalicə alırsan, yenə sağalma ehtimalı var. Üçüncü dəfə sağalıb çıxmaq ehtimalın azdır. İnsan orqanizmi nə qədər dərman qəbul etməlidir? Amma burada əziyyət çəkən insanların haqqına girirlər. Ümumi hamının maaşı aşağı salınıb. Gözləyirik ki, görək növbəti aylar vəziyyət necə olacaq”.
Şikayətçi hospitalda maaşların azaldılması ilə yanaşı bəzi xoşagəlməz halların olduğunu da deyir: “Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşınları xəstələri hospitala ancaq pulla gətirirlər. Yəni içəridən kimsə göstəriş verir ki, məsələn, filan xəstəni qəbul elə, adını yazdır. Qiymətlər iki min manatdan başlayır. Üç min, beş min arasında dəyişir. Pulun var, gəl, yoxdur, öl. Hətta bir müddət öncə gözümüzlə gördük, bir xəstə tibbi yardım maşınında öldü, xəstəxanaya yerləşdirməyə qoymadılar. İnsan bu xəstəxanaya düşməyincə koronavirusa inanmır. Amma reanimasiyaları görsəniz, dəhşətə gələrsiniz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-12-2020, 10:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-12-2020, 10:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01