Hökumət sahibkarları unudubsa, bilək... - NARAZILIQ!
Sahibkarlar dekabra xilasedici ay kimi baxırdılar. İl boyu fasilələrlə davam edən sərt karantin və hərbi vəziyyətdən sonra Yeni ildə qazanc götürəcəklərinə ümid edirdilər. Ta ki, rəsmilər 14 dekabrdan üçüncü sərt karantinin başlayacağını elan edənə qədər. “Heç vaxt olmayıb ki, bu qədər uzunmüddətli mən işsiz qalım, gəlirim olmasın. Günlərlə ağlayırdım... Mənim evim ipotekadır və hər ay böyük məbləğdə ipoteka ödəyirəm. Mən məcbur qalıb, bu yaşımda, (38 yaşım var S.H.) neçə ay anamın göndərdiyi pulla dolanmağa məcbur qalmışam”- sahibkar Səda Həsənova deyir.
regionxeberlericom.az-un DİA.AZ-a istinadən məlumatına görə, Səda Həsənova bildirir ki, onlayn qaydada heç kim içki sifariş vermir deyə karantin müddətində qapıları bağlı olacaq. Sahibkar Amid Cəfərov da sərt karantin müddətində zərərlə işləyib. Deyir, gəlir az olsa da, çalışır işçilərini ixtisar etməsin. Sahibkarlar deyir, obyekt sahiblərindən güzəştlər alsalar da, vergidən güzəşt almırlar.
Sərt karantinlə davam edən il boyunca rəsmi statistikaya görə 110 min iş yeri bağlanıb. İqtisadçı Toğrul Vəliyev deyir ki, real rəqəm daha çoxdur.
Öncəki sərt karantin dövründə fərdi və mikro sahibkarlara 250 manatdan 5000 manatadək yardım göstərilib. Muzdlu əməkhaqqı müqaviləsi olan özəl sektor sahibkarları üçün də işçilərin əməkhaqlarının tam və ya qismən kompensasiyası ödənilib.
Millət vəkili Vüqar Bayramov “Azərtac”a müsahibəsində bildirib ki, sərt karantin dövründə sahibkarlara dəstəyin artırılması və gücləndirilməsi nəzərdə tutulur.
Danışdığımız sahibkarlar isə yaxın zamanda işlərinin yoluna düşəcəyini gözləmirlər. Onlar hökumətə müraciət edərək unudulmalarının səbəbini soruşurlar və nazir Sahil Babayevin yarıtmaz kadr olmasından gileylənirlər.
İqtisadçı Toğrul Vəliyev də düşünür ki, gələn il bir çox iş yerləri bağlanacaq.
Toğrul Vəliyev hesab edir ki, sahibkarların vəziyyətini yaxşılaşdırmaq üçün onlara vergi güzəştləri, sərfəli kreditlər verilməlidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-12-2020, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-12-2020, 09:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01