Azərbaycan Qarabağı terrorçulardan təmizləyir - bundan sonrakı hədəflər nədir?
Azərbaycan Ordusu erməni terrorçularına, silahlılarına qarşı Dağlıq Qarabağda antiterror əməliyyatları həyata keçirir. Hadrut ətrafındakı meşə və dağlarda gizlənib qalmış, Zəngilanın Ermənistanla sərhəd kəndlərində tör-töküntü şəklində mövcud olan erməni silahlılarını bölgədən təmizləmək üçün başladılan proses uğurla davam edir. Əməliyyatlarla bağlı yayılan videomateriallar bunu açıq şəkildə göstərir.
Uğurlu əməliyyatların getdiyi bu günlərdə haqlı olaraq belə fikirlər, tələblər də səslənməyə başlayıb ki, erməni silahlıları Xankəndi, Ağdərə və başqa bölgələrdən də çıxarılmalıdır. Ordumuzun və dövlətimizin qarşıdakı aylarda əsas öncəliyi və hədəfinin bu olması vurğulanır. Eyni zamanda bunun dinc yolla baş verməsinin mümkünlüyü də önə çəkilir. Belə fikirlər də var ki, Qarabağda Rusiya və Türkiyə ortaq monitorinq mərkəzi fəaliyyətə başlayan kimi bu silahlı qüvvələrin bölgədən çıxarılmasına, onların yerinə bölgəyə qayıdan və yerləşdirilən dinc əhalinin sülhməramlılar tərəfindən təminat altına alınmasına start verilməlidir, bundan sonra isə Xankəndinə və digər bölgələrə Azərbaycan dövlətinin müvafiq strukturları yerləşdirilməlidir. Buna əks variant isə Hadrut ətrafında olduğu kimi, Xankəndində və başqa bölgələrdə antiterror əməliyyatlarının başladılması göstərilir. Ekspertlər bu variantlardan hansının daha gerçəkçi və daha əlverişli olduğu barədə müxtəlif mövqelər səsləndir.
Politoloq Zaur Məmmədov deyir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğu üçün orada heç bir erməni silahlısı qalmamalıdır: “Ümumiyyətlə, əhalidən də silahlar alınmalıdır. Son günlər erməni terrorçularının Hadrut, Zəngilan, Qubadlı istiqamətlərində, Şuşanın cənubunda və digər yerlərdə, meşələrdə gizləndiklərini, Azərbaycan hərbçilərinə, hətta oradakı mülkü şəxslərimizə atəş açdıqlarını görməkdəyik. Bu da Azərbaycan Silahlı Qüvvələrinə imkan yaradır ki, həmin terrorçulara, eyni zamanda Azərbaycan qanunlarına tabe olmayan erməni silahlı birləşmələrinə qarşı silahlı mübarizə aparsınlar, onları orada məhv etsinlər. Təəssüflər olsun ki, biz bəzən Rusiya tərəfindən bu kimi hadisələrə adekvat qiymət verilmədiyinin şahidiyik. Rusiya düşünməsin ki, Xocavənd, Xocalı, Xankəndi kimi rayonlar Azərbaycan ərazisi deyil və orada erməni mülki əhalisi ilə bərabər erməni hərbçiləri də yaşamalıdır. Bu qətiyyən belə deyil. Orada erməni mülki əhalisi yaşaya bilər. Buna Azərbaycan tərəfin etirazı yoxdur. Onlar Azərbaycan vətəndaşlarıdır. Ötən əsrin 80-ci illərinin sonlarında erməni separatçılarının təhriki ilə bölgədə qondarma rejim qurulmuşdu. Sonrakı hadisələr göstərdi ki, ”Dağlıq Qarabağ Respublikası" yoxdur. Bu, separatçıların bir xülyası idi. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bundan sonra da bu belə olacaq".
Ekspert onu da qeyd etdi ki, öz ərazisindəki istənilən qanunsuz hərbi birləşməyə Azərbaycanın zərbə endirmək hüquqi var: “Əgər bizim qarşımızda kimlərsə duracaqsa, onlar artıq bu məsuliyyəti boyunlarına alacaqlar. Azərbaycan Ordusunun qarşısında çəpər olub erməni silahlı qruplarını qorumaq lazım deyil. Buna biz yol verməyəcəyik. Sonuncu baş verən hadisələr bunu bir daha göstərdi. Hər kəs bilməlidir ki, nə qondarma rejimin ”bayrağı", nə də orada erməni hərbçiləri, polisi, yaxud digər silahlı qrupları olacaq. Qanunsuz olaraq silahlı mübarizələrini davam etdirmək istəsələr, hədəflərimizdən yayına bilməyəcəklər. Unutmasınlar ki, müasir müharibələrdə dağlardakı qruplarla mübarizədə heç də XX əsrdəki metodlardan istifadə edilmir. Artıq dronlar mövcuddur. Hədəfi qısa müddətdə müəyyən edib məhv etmək mümkündür. Yaxşı olardı ki, erməni silahlı birləşmələri bu reallığı boyunlarına alsınlar. Biz son olaraq bəzi erməni silahlılarının Azərbaycan hərbçiləri tərəfindən tərk-silah edildiyinin şahidi olduq. Hadisədən cəmi bir gün öncə erməni silahlıları bildirirdilər ki, silahlarını yerə qoyan deyillər, sona qədər mübarizə aparacaqlar. Kimlərinsə uydurma məsləhətlərinə qulaq asıb düşünürdülər ki, Azərbaycan Ordusu ilə mübarizə apara bilərlər. Amma bunların hamısının xülyadan başqa bir şey olmadığı açıq göründü. Ordumuz dünyanın ən güclü orduları sırasında dayandığını bir daha sübut etdi. Bizim əlimizdə kiçik qruplaşmaları zərərsizləşdirmək çətin deyil. Bundan sonra da rəsmi Bakı öz ərazisindəki qanunsuz silahlı birləşmələrə qarşı mübarizəsini davam etdirəcək".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:16-12-2020, 09:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-12-2020, 09:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45