GDU-nun yeni tələbələri də narazıdır... - Rektor ilk başdan vəd versə də...
Gəncə Dövlət Universitetində baş verən rüşvət yığımları, rəhbərlik tərəfindən müəllim və tələbələrə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları barədə kütləvi informasiya vasitələrində demək olar ki, hər gün məlumat getməsinə baxmayaraq, GDU-nun rektoru Yusif Yusibov bu qanunsuz əməllərinə son qoymur.
DİA.AZ-a danışan GDU-dakə mənbənin iddialarına görə, rektor Yusif Yusibovun göstərişi ilə universitet rəhbərliyi hamının gözündən pərdə asmaq üçün imtahan otaqlarına kameralar quraşdırıblar. Bundan əlavə olaraq guya ki, sessiyanın gedişinə operativ nəzarət etmək məqsədilə qərargah və apellyasiya komissiyası da yaradılıbdır. Ancaq universitetdə tələbələrdən rüşvət yığımı davam etməkdədir. Ancaq əvvəlki vaxtlarla müqayisədə təyin edilən "imtahanların qiymətləri" rektorun gizli tapşırığı ilə bahalaşdırılıb. Tələbələr isə universitet rəhbərliyinə qarşı olduqca qəzəblidirlər.
Bildirilir ki, pandemiya səbəbindən yeni tələbələr yalnız ilk günlərdə tanışlıq məqsədilə GDU və onun rəhbərliyi ilə təmasda olsalar da, artıq peşman olublar. Belə ki, GDU-nun 1-ci kursunda oxuyan tələbələrə artıq bu təhsil ocağında hansı şərtlərin hökm sürməsi tam aydındır.
Məlumata görə tələbələrin qəzəbinə səbəb universitet rəhbərliyinin rüşvətdən doya bilməməsi, həm də ilk ərəfədə rektorun az qala bütün fakültələri gəzərək onları arxayın etməsidir. Rektor Yusif Yusibov tələbələrlə keçirdiyi görüşləri zamanı onlara tam şəffaf imtahan söz versə də, reallıqda tələbələr daha eybəcər rüşvət yığımı ilə üzləşirlər.
Rektordan tək tələbələr deyil, müəllimlər də narazıdır. Bu barədə isə növbəti yazımızda...
Paylaş:
Müəllif : Yazar
Tarix:16-12-2020, 10:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-12-2020, 10:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01