Bu da Goranboy icra başçısının “qanacağı”… - QALMAQAL
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin oğlunun Ermənistan hərbçiləri tərəfindən “girov götürüldüyü”nün iddia olunması barədə məlumat vermişdik. Qeyd etmişdik ki, rayon sakinləri arasında yayılan məlumatlara görə, icra başçısının oğlu Nazim Quluzadə İkinci Qarabağ müharibəsi zamanı ermənilərə “girov” düşüb.
Lakin araşdırmamız nəticəsində məlum oldu ki, Nazim Quluzadə ümumiyyətlə müharibədə iştirak etməyib. Onun paytaxtda yerləşən “elit” hərbi hissələrin birində xidmət etdiyi bildirilir. Təbii ki, əgər buna “xidmət” demək olarsa…
Dəyərli oxucularımıza da məlumat verdiyimiz kimi, məsələ ilə bağlı Goranboy rayonunun icra başçısı Məhərrəm Quliyevlə əlaqə saxladıq. O, əməkdaşımızın suallarına aqressiv və kobud cavab verib:
– Salam, Məhərrəm müəllim.
– Salam.
– Sizi “Hürriyyət” qəzetindən narahat edirik. Mediada yayılan xəbərlərə görə, oğlunuz Nazim Quluzadə ermənilər tərəfindən girov götürülüb. Bu xəbər nə dərəcədə həqiqətə uyğundur?
– Bu xəbəri yayan p…yeyir, dədəbədədəsinin ağzıyla…
Növbəti sualımıza keçid etmək istəsək də, cənab Quliyev telefonu üzümüzə söndürməklə kifayətləndi.
Yazının dərcindən sonra keçən iki günlük araşdırmalarımız nəticəsində məlum oldu ki, Məhərrəm Quliyevin oğlunun xidmət etdiyi yer yalnız “xüsusi status” olanlar üçündür. Mənbənin bildirdiyinə görə, həmin “elit yer”də xidmət etmək əsgərin valideynlərinə 90-95 min manata başa gəlir. Yalnız icra başçısı olduğu üçün məvacib alan bir məmurun, 90-95 min manat pulu hardan əldə etdiyi isə müəmmalıdır…
Üstəlik, oğlunu hərbi xidmətdən yayındırmaq üçün “xüsusi statuslu” N saylı hərbi hissəyə göndərən və buna görə 90-95 min manat xərcləyən icra başçısı bu pulu rahat xərcləyə bilirsə, onun artıq “sandığında” nə qədər pulunun olduğunu təxmin etmək olar. Hansı ki, bu da icra başçısının həmin vəsaiti hardan əldə etməsiylə bağlı araşdırmalar aparılmasına zərurət yaradır. Çünki, əgər Məhərrəm Quliyev özünü ərəb şeyxləri kimi aparırsa, o zaman vəsaitlərinin qaynaqlarını da açıqlmalıdır.
Əlbəttə, məmurların böyük bir qisminin vəzifə səlahiyyətlərindən istifadə edərək böyük pullar qazandığını Azərbaycanda uşaqdan böyüyə hər kəsə bəllidir. O da məlumdur ki, məmur oliqarxiyası bir tərəfdən büdcə vəsaitlərini talan edir, digər tərəfdən isə vəzifə səlahiyyətlərini aşıb sahibkarlara “xərac” kəsərək, ciblərini doldurmaqla məşğul olurlar.
Görünür, rüşvət və korrupsiya üstündə bir neşçə icra başçısı həbs olunsa da, bəzi rayonlarda bu hallar hələ də davam edir. İddia olunur ki, həbs olunan icra başçıları kimi, Məhərrəm Quliyev də təkcə büdcəni talan etməklə deyil, sahibkarlara “xərac” kəsməklə “ciblərini” doldurur.
Maraqlıdır ki, Vətən müharibəsi vaxtı icra başçısının oğlu “hərbi xidmət” adı altından paytaxt Bakıda kef sürdüyü halda, onun düşmən tərəfindən “girov” götürüldüyü barədə xəbərlər hansı məqsədlə yayılıb?
Xatırladaq ki, cəbhədə qızğın döyüşlər getdiyi zamanlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə üz tutanların sayı-hesabı yox idi. Həmin günlərdə hətta məmur övladlarının cəbhəyə yollanmaq istədiyi barədə də informasiyalar yayılırdı. İndi isə məlum olur ki, Məhərrəm Quliyev hamının bir nəfər kimi Vətənin müdafiəsinə qalxdığı bir zamanda, heç bir idman nailiyyəti olmayan oğlunu “elit hərbi hissəyə” xidmətə gönədərməklə, onu döyüşdən yayındırmaq məqsədi güdüb.
Bundan əlavə, indiki həssas məqamda bilərəkdən və ya bilməyərəkdən Məhərrəm Quliyevin oğlunun “girov götürülməsi” haqda yalan xəbərlərin yayılması isə başqa müəmmaları da ortalığa qoyur. Unutmaq olmaz ki, bu Vətən, bu dövlət təkcə kasıbların deyil. Necə olur ki, Məhərrəm Quliyev və onun kimi məmurların övladları “hərbi xidmət” adı altında paytaxtda eyş-işrətlə məşğul olduğu halda, kasıbın balaları səngərdə döyüşür? Əgər məmur indiki həssas məqamda da öz övladını ön cəbhəyə getməkdən yayındırırsa, bu, Vətənə xəyanət deyilmir?!
Təəssüf ki, imkanı olan, azacıq gücü çatan insanlar pul verib, övladlarının ön cəbhədə hərbi xidmət keçmələrinin qarşısını alırlar. İmkanı olmayanlar isə ancaq səngərlərdə, ön xətdə xidmət keçirlər. Bu, çox ağrılıdır. O da bəllidir ki, hərbi xidmət keçən məmur övladlarının əksəriyyətinin adları əsgər siyahısında, özləri isə evlərindədir. Odur ki, bundan sonra aidiyyəti qurumlar tərəfindən bu məsələ daha dərindən araşdırmalı və ictimaiyyətə məlumat verməlidir.
Nəzərinizə çatdıraq ki, illər əvvəl sözügedən “elit” hərbi hissəyə çağırışçıların rüşvət vasitəsilə qəbul olunması faktı aşkar olunduqdan sonra, sabiq müdafiə naziri Səfər Əbiyev həmin yerə əsgər qəbulunu qadağan etmişdi. Görünən odur ki, bu cür hallar hələ də davam edir.
Goranboy rayon İcra Hakimiyyətinin başçı Məhərrəm Quliyevin “Hürriyyət”in sualına əxlaqdan kənar cavab verməsinə gəldikdə isə, qeyd etməyi özümüzə borc bilirik ki, biz jurnalist olaraq cəmiyyətdə baş verən hadisələri, hüquqları pozulmuş vətəndaşların problemlərini işıqlandırır, medianın öhdəsinə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Amma media nümayəndəsi olaraq özümüzün də hüquqlarımızın pozulduğu hallarla qarşılaşırıq. Konkret olaraq, M.Quliyevin müsahibədən imtina etməsi insanların informasiya əldə etmək hüququnun pozulması ilə yanaşı, qanun pozuntusudur. Hansı ki, “İnformasiyanın əldə edilməsi haqqında” qanuna görə, hər bir şəxsin və jurnalistin informasiya əldə etmək hüququ var. Jurnalistin peşə fəaliyyətini həyata keçirməsinə mane olmaq qanunla qadağandır və məsuliyyət yaradır. Əgər peşə fəaliyyətinə maneə yaradılırsa, bu, həm də cinayət məsuliyyəti yaradır.
O ki qaldı şəxsiyyətin təhqir olunmasına, icra başçısının nəzərinə çatdıraq ki, Cinayət Məcəlləsinin 148-ci maddəsində təhqirlə bağlı məsələ nəzərdə tutulub. Həmçinin, Mülki Məcəllədə şərəf və ləyaqətin müdafiəsilə bağlı müddəa yer alıb.
Goranboy rayon icra başçısının jurnalistin sualına söyüşlə cavab verməsi, şübhəsiz, heç bir əxlaq normalarına sığmır. Üstəlik, bir məmur kimi, sorğumuza cavab verməsi onun vəzifə borcudur. Əgər Məhərrəm Quliyevin jurnalist tərəfindən ünvanlanan suala cavab vermək imkanı yoxdursa, onu digər vəzifəli şəxsə, yaxud orqana yönləndirə bilərdi. Lakin Goranboy rayonunu təmsil edən bu şəxsin əxlaq normasından kənar davranışı həm də onun yerində olmadığının göstəricisidir.
Yeri gəlmişkən onu da qeyd edək ki, məmur övladlarının qanunsuz hərbi xidmət keçmələri ilə bağlı “Hürriyyət” olaraq bəzi faktları ortaya çıxarmışıq. Qeyd etmək istərdik ki, M.Quliyevin oğlu xidmət edən hərbi hissədə bir neçə ay əvvəl Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılan Kürdəmir rayonunun keçmiş icra başçısı Ceyhun Cəfərovun oğlu da “qulluq edir”. Ceyhun Cəfərova Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib. Məhərrəm Quliyevin də 90-95 min manatı nələrin hesabına əldə etdiyini düşünmək o qədər də çətin deyil…
İnternetdə axtarış etdiyimiz zaman Goranboya rəhbərlik edən Məhərrəm Quliyevlə bağlı ortaya başqa faktlar da çıxıb. Məlum olur ki, bu şəxs hələ gənc yaşlarında ikən aktiv siyasi proseslərə qoşulub. Belə ki, 1988-1993-cü illərdə Əlikram Hümbətovun özünü “prezidenti” elan etdiyi qondarma “Talış Muğan Respublikası”nın təbliğatçılarından biri olub. Həmin vaxtlarda olduqca gənc və enerjili olduğundan, bütün qüvvə və bacarığını gənclər arasında Əlikram Hümbətovun “müdrik ideyaları”nı aktiv şəkildə təbliğ etməyə yönəldib. Bundan əlavə, Məhərrəm Quliyevin həqiqi hərbi xidmətdə olmasına dair heç yerdə məlumat yoxdur. Odur ki, hərbi xidmətdə olmayan bir şəxsin övladını nəyə görə əsgərlikdən yayındırdığı da anlaşılandır…
YƏHYA
P.S. Onu da qeyd edək ki, Məhərrəm Quliyevin oğlunu savaşdan yayındırması haqda redaksiyamızı bilgiləndirən mənbə ötən yazımızdan sonra təkrar bizimlə əlaqə saxladı. O, qeyd etdi ki, icra başçısının qanunsuz əməlləri ilə bağlı əlində ciddi faktlar var, yaxında həmin faktları “Hürriyyət”ə və aidiyyəti qurumlara göndərəcək. Mənbə əmindir ki, həmin faktların ədalətli araşdırılmasından sonra kimin nə yeyəcəyi bəlli olacaq. “Bu zaman hamı görəcək ki, Məhərrəm Quliyevin dediyini onun özü qarışıq, xalqın, dövlətin pulunu yeyənlər yeyəcək, yoxsa sadə vətəndaş”, – deyə mənbə vurğuladı. //hurriyyet.org//
Paylaş:
Müəllif : Yazar
Tarix:17-12-2020, 18:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-12-2020, 18:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07