“Azərbaycan da ”kollektiv immunitet"ə doğru gedir, ölüm sayı çox olacaq" - Diqqət, TƏHLÜKƏ!!!
Son günlər koronavirusun ölkəmizdə yaratdığı vəziyyətdən hər kəs təşvişə düşüb. Xüsusilə də ölənlər arasında cavan şəxslərin olması daha çox narahatlıq yaradıb. İnsanlar isə düzgün aparılmayan müalicədən, onun fəsadlarından, ən əsası isə diqqətsizlikdən narazılıq edirlər. Digər anlaşılmayan məqam isə evdə müalicə olunan COVİD-19 xəstələrinə müxtəlif müalicələrin yazılmasıdır. Bəs görəsən, xəstələrə ilkin olaraq nə kimi müalicə tətbiq edilməlidir?
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Koln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev “Yeni Müsavat”ın bu və digər suallarını cavablandırıb.
- Doktor, son günlər evdə müalicə ilə bağlı bir sıra suallar yaranıb. İnsanlar bilmir nə etsin. Əksəriyyət həkim nəzarətində deyil. Bəzi həkimlər də koronavirusun müalicəsində Arbidolu məsləhət gördüyü halda, digər həkimlər bunun yanlış olduğunu deyir. Satışda da bu dərman tapılmır. Preparatın təlimatında isə koronavirus əleyhinə olduğu bildirilir...
- Arbidol nə dünya, nə də Avropa protokollarına daxildir. Arbidolu Azərbaycanda ev şəraitində verib, qeyd edirlər ki, bu, xaricdə olan protokollara əsaslanır. Amma bu səhvdir. Protokolların heç birində Arbidoldan istifadə edilmir. Əslində evdə müalicə ala biləcək insanlara heç bir dərman vasitəsinə ehtiyac yoxdur. Sadəcə olaraq, hərarətsalıcı və bol maye içmək kifayətdir. Amma bu həqiqətən evdə müalicə almalı olan xəstələrə aiddir.
Çünki təəssüflər olsun ki, Azərbaycanda bəzən həqiqətən ağırlaşmış xəstələr var ki, onlar həkim tapa bilmirlər, məcbur olub evdə müalicə alırlar, o insanların müalicəsi fərqli olmalıdır artıq. Ümumiyyətlə, koronavirusa yoluxmuş adamlara tibbi xidmət göstərilməli, problemlərinə baxılmalı, onların diqqət mərkəzində olduqları əməl ilə göstərilməlidir. İnsanlar evdə nəzarətsiz qaldıqlarına görə başqa dərmanlar axtarırlar.
- Son günlər koronavirusa yoluxanların ciyərində deyil, digər orqanlarında ciddi fəsadlar yaranır. Koronavirus formasını dəyişir, yoxsa başqa səbəb var?
- COVİD-19 virusu daha əvvəldən də nəinki ağciyərdə, bağırsaqda da, böyrəklərdə də, ürəkdə də, beyində də tapılıb. Vacib olan amil isə ondan ibarətdir ki, bəzən düşünürdülər birinci ağciyərə gedib daha sonra başqa orqanlara fəsadlar törədir. Amma bu virusa xas olan əlamətdən biri də odur ki, ağciyərə getmədən də birbaşa beyinə, ürəyə, başqa orqanlara təsir edə bilir. Bağırsaqlarda da həmin virusun təsiri var. Bu, virusun formasının dəyişməsi demək deyil. Bu əvvəlcədən də belə idi.
- Koronavirusun zədələdiyi orqanları sonra necə bərpa etmək lazımdır, bunun üçün xüsusi dərman varmı?
- Onun xüsusi dərmanı və ya xüsusi yolu yoxdur. Sadəcə, yoluxmamağa çalışmaq lazımdır. Artıq yoluxub müəyyən simptomları keçirdikdən sonra diqqətli olmaq lazımdır ki, başqa simptomlar varsa, həkimə müraciət etmək lazımdır. Ürəkdə simptom varsa, ürək həkiminə, başda varsa, nevropotoloqa müraciət olunmalıdır. Başqa elə bir vasitə, dərman hələ yoxdur ki, onu qəbul edib bütün xəstəliyin qarşısı birdən alınsın.
- Doktor, vaksinlərin yaxınlarda ölkəmizə gətiriləcəyi bildirilir. İnsanlar bu peyvəndlərin yan təsirindən ehtiyatlanırlar. Nə kimi yan təsirləri var, insanlar etibar etməsinlərmi? Siz də bir yazınızda vaksinlərin yan təsirinə toxunmusuz...
- Xeyr, yan təsirlərlə bağlı danışdıqda, bunu spesifik hər hansı bir peyvəndlərlə bağlı deməmişəm. Bütün peyvəndlərin yan təsir riskləri var. Bəzən mətbuatda və yaxud aidiyyəti şəxslər kifayət qədər məlumat vermir, məni narahat edən budur. Amma virusa qarşı olan peyvəndlərin növündən asılı olmayaraq, hansı növü olursa-olsun, onların yan təsirlərinin olması ehtimalı var. Amma hələ ki son tədqiqatlar göstərir ki, haqqında danışılan peyvəndlərin yan təsirlər azdır. Ona görə də belə demək olarsa peyvəndlə bağlı məsələlər artıq növbəti mərhələyə keçib. Heç bir elm adamı deyə bilməz ki, peyvəndin yan təsiri yoxdur. Amma müəyyən faiz etibarilə hansı reaksiyaları verə bilər fikrini deyə bilər. O da elmi tədqiqatlarda göstərilib ki, ölümlə nəticələnən yan təsir yoxdur, əgər olarsa belə, təcili həmin peyvəndin tədqiqatı dayandırılır. Yəni həmin peyvəndin istehsalına gedəcək yol bağlanır. Yan təsirlər dedikdə, ümumiyyətlə, immunitetə təsir göstərib, müxtəlif simptomlar yarana bilər. Amma hələ ki vaksinlərin ağır simptomları aşkarlanmayıb. Bunun da real həyatda da belə olacağına hamımız inanırıq.
- Nə qədər müddətə vaksinasiyaya başlamaq lazımdır ki, yoluxmaların qarşısı alınsın.
- Vaksinlərin tətbiqinə nə qədər tez başlansa, o qədər yaxşıdır.
- Vaksinlərin sonsuzluq əmələ gətirəcəyi barədə söhbətlər də var...
- Bu haqda heç bir təhqiqat işi yoxdur.
- Hazırda ölkəmizi bu kritik vəziyyətdən necə çıxarmaq olar?
- Dövlətin tətbiq elədiyi sərt karantin rejimi çox doğru yoldur. Sadəcə, bura əlavələr olunmalıdır. İnsanların ailələrarası əlaqələrinə, görüşlərinə limit qoyulmalıdır. İndi insanlar evdədi, yoluxma indi küçədə deyil, ev şəraitində baş verəcək. İnsanlar bir-biri ilə nə qədər az görüşsələr, virusa yoluxma o qədər az olacaq, virusa yoluxmanın qarşısı alınacaq. Ona görə də bu ən optimal variantdır.
- Evdə müalicə olunanlara necə kömək edilməlidir? Dərman ala bilmir insanlar...
- Cavabdeh qurumlar o məsələni həll etməlidir. Əgər deyilirsə, hansısa dərman protokolda var, həmin anda xəstəyə çatdırılması vacibdir. Xəstəyə həmin dərman gəlməyəndə narahat olmağa başlayır və kənarda qaldığını düşünür. Xəstəyə mütləq olaraq diqqət göstərilməlidir, o özünü tək hiss eləməəmlidir, sualı olanda soruşacağı həkim olmalıdır. Onsuz da evdə müalicə olunacaq adamlara böyük müalicə lazım deyil. Onlarla kimsə telefonla danışıb, lazım olsa yüngül dərmanlarla kömək edə bilərlər.
- Azərbaycanda “kollektiv immunitet”in yaranmadığı deyilir, siz necə fikirləşirsiz?
- “Kollektiv immunitet” ən təhlükəli strategiyadır. Bugünkü gedişat onu göstərir ki, Azərbaycan da “kollektiv immunitet” strategiyası ilə istər-istəməz gedir. Bu o deməkdir ki, ölüm sayı çox olacaq. Bunu Amerikada da, Almaniyada da model üzərində aparılan tədqiqatların hamısı göstərir. Peyvənd gələndən sonra təbii ki, onun qarşısı alınacaq. Ona qədər də artıq sərt karantin tətbiq edib, mən deyən qaydalar da əlavə olunsa, yoluxmaların qarşısını almaq mümkün ola bilər. Amma ehtiyatlı olmalıyıq ki, gecikmiş olmayaq. Çünki biz bilmirik ki, Azərbaycanda neçə faiz insan həqiqətən yoluxub.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-12-2020, 09:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-12-2020, 09:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29