Deputatlar şəhid ailələri və qazilər üçün nə edib? - "Mühasibatlığa müraciət etdim ki..."
Şəhid ailələri və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsinin təminatına millət vəkilləri də dəstək verməyə başlayıb. Artıq bəzi deputatlar Milli Məclisin “YAŞAT” Fonduna ianə köçürülməsi təklifinə müsbət yanaşaraq maaşlarının bir hissəsini quruma köçürüblər.
Bu barədə Cebhe.info-ya Fonda vəsait köçürən deputatların özləri bildiriblər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “YAŞAT” Fonduna maaşının bir hissəsini köçürüb.
O qeyd edib ki, ötən gün Milli Məclisin mühasibatına ərizə yazaraq maaşının bir hissəsini "YAŞAT" Fonduna (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu) keçirilməsini xahiş edib.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayevin sözlərinə görə, ümumilikdə Milli Məclisdə bu məsələ təklif olunub və deputatların hər biri razıdır:
“Parlamentin hazırda 120 üzvünün hər biri maaşlarının bütöv (bu, artıq qəlblərə bağlı bir məsələdir), yaxud bir hissəsini “YAŞAT” Fonduna köçürəcək. Bu təklif olunmasaydı belə, millət vəkilləri bunu etməyə hazır idilər və edəcəkdilər”.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa da maaşının bir hissəsini “YAŞAT” Fonduna köçürdüyü bildirib.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Elman Nəsirov deyib ki, təkcə onun deyil, bütün millət vəkillərinin Fonda pul köçürmək fikri var:
“Başda sədrimiz olmaqla, artıq bu proses reallaşıb və mən də maaşımın müəyyən hissəsini “YAŞAT” Fonduna köçürmüşəm”.
Milli Məclsin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı da Fonda vəsait köçürəcəyini bildirib:
“Milli Məclisdə bununla bağlı təşəbbüs olanda alqışladım. Bundan əvvəl də Silahlı Qüvvələrə Yardım Fondu və Koronavirusla Mübarizəyə Dəstək Fonduna maaşımın bir hissəsini köçürmüşdüm. İndi “YAŞAT” Fonduna da köçürəcəyəm”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişlinin sözlərinə görə, bir çox deputat həmkarları kimi o, da YAŞAT Fonduna maaşnın bir hissəsini köçürmək üçün Milli Məclsin mühasibatlığına müraciət edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan – “YAŞAT” Fonduna bu günə qədər 10 milyon manat vəsait ianə edilib.
Xatırladaq ki, Fond Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. Əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-12-2020, 09:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-12-2020, 09:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Bu gün, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Bu gün, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 16:08