reklam
Regionxeberlericom.az » Sosial » Şəhid ailələrindən 1300-dək şəxsə pensiya, müavinət təyin olunub - RƏSMİ

reklam

Şəhid ailələrindən 1300-dək şəxsə pensiya, müavinət təyin olunub - RƏSMİ


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) şəhid ailəsi üzvlərinə müvafiq sosial ödənişlərin təyinatı işləri davam etdirir.

Nazirlikdən verilən məlumata görə, qurum 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən artıq 1300-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin – Prezidentin aylıq təqaüdünün, həmçinin pensiya və müavinətlərin təyinatını həyata keçirib.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.


Paylaş:


Müəllif : Tarix:
18-12-2020, 17:10
Sikayət   


loading...
Загрузка...