Tanınmış həkim deyir ki, testlərə çox da güvənmək doğru deyil - Diqqət!
“Test monopoliyasına son qoymaq lazımdır”. Bu sözləri Milli Məclisin plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, özəl tibb müəssisələri də koronavirusla mübarizəyə cəlb olunmalıdr: “Test sahəsində monopoliyanı tam aradan qaldırmaq lazımdır. Hər bir sahibkara imkan vermək lazımdır ki, ölkəyə testlər gətirsin. Evdə müalicə üçün dərman vasitələrinin çeşidinin artırılması, qiymətlərin tənzimlənməsi vacibdir”.
Xatırladaq ki, son bir neçə həftədə Azərbaycanda gündəlik koronavirusa yoluxanların 4 mindən aşağı düşmür. Bu səbəbdən koronavirusla bağlı test yoxlanışından keçmək istəyənlərin də sayı xeyli artıb.
Məlum olduğu kimi, ölkəmizdə koronavirus xəstəsinin ailə üzvləri və onunla əlaqədə olan digər şəxslər dövlətimiz tərəfindən pulsuz olaraq testdən keçirilir. Lakin özündə olan simptomlardan şübhələnərək öz şəxsi istəyi ilə testdən keçmək istəyənlər müəyyən özəl klinikalara müraciət edə bilir.
Beləliklə, hazırda Bakıda özəl klinikalarda koronavirus testlərini əldə etmək mümkündür. Özəl klinikalarda da virusun aşkarlanması üçün testlər həm yaxma nümunəsi götürülməklə, həm də qan analizi vasitəsilə aparılır. Lakin testin qiyməti hər kəs üçün əlçatan deyil. Belə ki, burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan testin qiyməti 90-130 manat, qan vasitəsilə aparılan testin qiyməti isə 40-50 manat arasında dəyişir. Qan analizinin nəticəsi gün ərzində məlum olur. Burundan yaxma nümunəsi götürülməklə aparılan müayinələr PSR üsulu ilə olur və onun nəticəsi 24-48 saat ərzində açıqlanır.
O da məlumdur ki, testlərin 90-130 manat arasında olması hər kəs üçün əlçatan deyil. Hələ pandemiyanın ilk günlərində testlərin baha olması ilə bağlı şikayət və təkliflər var idi. Lakin bu günə qədər qiymətlərdə heç bir dəyişiklik yoxdur.
Azərbaycanda test qiymətlərinin əhalinin gəlirlərinə adekvat olmaması və bundan doğan narazılıqla bağlı Səhiyyə Nazirliyi və TƏBİB dəfələrlə açıqlama verərək bildiriblər ki, bu məsələ klinikaların öz səlahiyyətlərinə aiddidir.
Ötən gün TƏBİB-in sədri Ramin Bayramlı bu haqda bir daha qeyd edib: "Testlərin qiymətinə biz baxmırıq ki! Testlərin qiymətilə özəl müəssisələr məşğuldur, yaxşı olar ki, bu sualı onlara yönləndirəsiniz".
TƏBİB sədri deyib ki, təmsil etdiyi qurum ancaq xəstələrin müalicəsilə məşğuldur: “Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi kriteriyalara uyğun olaraq, 20 minə qədər testi ölkəmiz üçün tam olaraq, ödənişsiz həyata keçiririk. Bu barədə məlumat da hər gün ictimaiyyətə açıqlanır. Xaricə gedənlər, öz istəyilə gündə 3 dəfə, 5 dəfə analiz vermək istəyənlər özəl müəssisələrdə analiz verə bilər, biz buna qarışa bilmərik. Bilirsiniz ki, bizdə bu işlə məşğul olan qurumlar var. Kimlərinsə testlə bağlı narazılığı varsa, müvafiq qurumlara müraciət edə bilərlər. Bizim işimiz xəstələrin müalicəsini təşkil etmək, stasionar xidmətə baxmaq və əhalinin simptomlu qisminin analizini aparmaqdır”.
R.Bayramlı onu da qeyd edib ki, Azərbaycan ən çox test həyata keçirən ölkələr sırasındadır: “Siz dünya statistikasına baxsanız, görərsiniz ki, ölkəmiz indiyədək 2 milyon ödənişsiz test edib və ən çox test həyata keçirən ölkələrdən biridir”.
Bəs dövlət bu prosesə necə nəzarət edə bilər? Testlərin qiymətini 2-3 dəfə ucuzlaşdırmaq mümkündürmü?
Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Müşahidələr göstərir ki, testlərə çox da bel bağlamaq doğru deyil. Dəfələrlə eşidirik ki, çoxsaylı insanların koronavirus testinin cavabı neqativ çıxıb, lakin az keçməmiş onların koronavirusa yoluxduğu məlum olub. Yəni bu testlərin həm informativliyi, həm də testin necə götürülməsi, bu prosesə nə dərəcədə ciddi riayət olunması məsələsi var. Bəzən texniki səbəblərdən testin nəticəsi çox müxtəlif çıxa bilir. Bu baxımdan bir daha qeyd etdiyim kimi, tək testə güvənmək doğru deyil. Bizim praktikamızda belə bir problemlər də olub, hansısa xəstənin vəziyyəti ağırlaşıb və yaxud ciddi narahatçılığı, qızdırması, tənginəfəsliyi olub, evə Təcili Tibbi Yardım çağrılıb, test götürülb, testin cavabı neqativ çıxıb. Xəstəyə bildirilib ki, onda koronavirus yoxdur və bu istiqamətdə işlər aparılmayıb. Yalnız digər müayinələrdən sonra xəstənin əslində koronavirusa yoluxduğu aşkar edilib.
Əsasən müəssisələrdə, insanların sıx olduğu yerlərdə kliniki əlamətləri aşkar edilməyən, lakin virusa yoluxan xəstələrin aşkarlanaraq, kənarlaşdırılması baxımından testlər əhəmiyyətli ola bilər. Lakin ümumilikdə cəmiyyətdə artıq testin bir əhəmiyyəti ortada qalmadığını düşünürəm. Təkcə testlər deyil, ümumilikdə pandemiya ilə əlaqədar olaraq analizlər də ölkəmizdə pulsuz həyata keçirilir. Məsələn, xəstəxanalarda xüsusən də ağır xəstələr üçün 14 günlü müalicə üçün kifayət qədər böyü vəsaitlər xərclənir. Xatırladım ki, xüsusən də pandemiyanın ilk dövrlərində çoxlu sayda, minlərlə insan 14 gün karantinlərdə qaldı. Onların otellərə yerləşdirilməsi, gündəlik tələbatlarının ödənilməsi hamısı pulsuz olaraq, dövlətin hesabına həyata keçirildi. Əgər söhbət pandemiyadan, insanların həyatına olacaq təhlükədən söhbət gedirsə, testlərin mümkün qədər pulsuz həyata keçirilməsi daha doğru olardı. Və yaxud bu hansısa səbəbdən mümkün deyilsə, əlaçatan və sistemli olmalıdır. Hesab edirəm ki, daha çox risk qrupuna daxil olan əhalinin klinik şəkildə test edilməsi və onlara yönəlik işlər görülməsi əhəmiyyətli ola bilərdi. Əgər artıq kliniki əlamətləri varsa, koronavirus olmasa belə hiperdiaqnostika etmək olar".
Tibb elmləri doktoru Adil Qeybulla bu mövzu ilə bağlı qeydində bildirib ki, dövlətin özəl sektorun işinə müdaxilə etmək ixtiyarı yoxdur: "Amma özəl sektor özü də bazarda olan rəqabətə görə qiyməti tənzimləyir. Hesab edirəm ki, bu testləri əhaliyə əlçatan qiymətə təşkil etmək lazımdır ki, istənilən adam testdən keçə bilsin. Özəl xəstəxanalar da maraqlı olmalıdırlar ki, səhhətindən şübhələnən şəxslər yoxlamadan keçsinlər".
Professor testlərin hansı halda yanlış cavab verməsini bu cür izah edib: "Yaxma vasitəsilə götürülən testin cavabı daha dəqiqdir. Onun cavabı 90 faizin üstündədir. Lakin qan vasitəsilə götürülən testin dəqiqliyi aşağıdır. Diqqət etmək lazımdır ki, yaxma dəqiq götürülsün. Məsələn, pasiyent test götürülməzdən əvvəl yemək yeməməlidir. Və yaxud burun boşluğundan yaxma götürəndə bir çoxları bundan qıcıqlanır və özünü dartır. Beləliklə, yaxmanı düzgün götürməyəndə analiz doğru çıxmır".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:19-12-2020, 11:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-12-2020, 11:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16