"Dövlət özəl xəstəxanalara əl qoya bilər" - COVID-19-la mübarizədə
Dünyada, o cümlədən Azərbaycanda COVID-19 xəstələrinin sayı kəskin şəkildə artdı. Artıq vəziyyət o həddədir ki, ölkəmizdə koronavirus xəstələrinə xəstəxanalarda müalicə almaq üçün yer olmadığı bildirilir. Belə olan halda, hətta, ağır vəziyyətdə olan xəstələr belə evdə müalicə üsuluna üz tutur və bu da onlar üçün xəstəxana şəraiti ilə müqayisədə daha riskli hesab olunur.
Bu baxımdan son günlərin müzakirə mövzularından biri də özəl xəstəxanaların COVID-19 xəstəxanası kimi fəaliyyət göstərməsi ilə bağlı tələbdir. Bu, dünya təcrübəsində də tətbiq olunur.
Bəs Azərbaycanda necə, özəl tibbi müəssisələr COVID-19 xəstəxanası elan edilə bilərmi?
Bu barədə "BakuPost"a danışan Türkiyənin Hacettepe xəstəxanasının həkimi Turanə Rəsulova bildirdi ki, pandemiya bir səfərbərlik vəziyyətidir:
"Türkiyə praktikasına nəzər salsaq, pandemiyanın hələ ilk dalğasında Səhiyyə Nazirliyinin göstərişiylə bütün xəstəxanalar COVID xəstəxanası elan edildi, dövlət xəstəxanalarının bütün şöbələri COVID üçün hazırlıqlı vəziyyətə gətirildi, əlavə yataqlar açıldı və tam hazır vəziyyətdə minimal qapanmalarla ola biləcək ən pis ssenariyə hazırlıq təmin olundu. Bu gün Azərbaycanda vəziyyət kritikdir. Bu heç kim üçün sirr deyil. Vəziyyətin kritikləşməyinin də çox obyektiv səbəbləri var, Vətən Müharibəsindən çıxmışıq. Əlbəttə ki, subyektiv səbəblər də var. Amma indiki durumda etməli olduğumuz günahkar axtarmaq və kimisə suçlamaq deyil. Önəmli olan vəziyyətdən çıxış yolu tapmaqdır. Mən bunun yollarından birinin bütün mərkəzlərin, buraya dövlət və özəl tibb müəssisələrinin hamısı daxildir, tez bir zamanda hazırlanıb COVID xəstələrinin qəbuluna başlamasında görürəm. Bu, özəl xəstəxanalar başqa xəstələrə baxmayacaq anlamına gəlmir. Məsələn, mənim işlədiyim Hacettepe Universitet Xəstəxanası ilk gündən "pandemiya xəstəxanası" elan edilib. Amma burda digər xəstələr də müalicə alır.
Bir nüansı da nəzərə almalıyıq, bəli, özəl xəstəxanalar nəticə etibarilə şəxsi mülkiyyətdir və onların da hüquqları var. Amma pandemiya dünyada baş verə biləcək ən ciddi afət halıdır. Bu, zəlzələ, daşqın, hətta, müharibədən belə daha ciddi, daha ağır nəticələrə gətirib çıxara bilir. Və belə vəziyyətlərdə yenə qanunla dövlətin özəllərə əl qoymaq hüququ var".
Həkim əlavə etdi ki, pandemiya səbəbindən özəl xəstəxanaların fəaliyyəti məhdudlaşıb:
"Təbii olaraq - planlı əməliyyatlar, gözləyə bilən bütün müayinələr təxirə salınıb, salınmalıdır da. Onların da əvvəlki iş rejiminə qayıda bilməsi üçün pandemiya nəzarətdə saxlana biləcək vəziyyətə gətirilməlidir. Yəni, zənnimcə, COVID xəstəsinə baxmaqda onlar özü də maraqlı olmalıdır. Özəl xəstəxanalar və digər mərkəzlərdə ÜST-ün tövsiyə etdiyi prinsiplərlə qırmızı, mavi, yaşıl sahələr hazırlanır. Bu yolla COVID xəstələri və onlara baxan tibbi personal qeyri-covid xəstələrindən tamamilə təcrid edilir.
Xəstəxana həm gündəlik işini davam etdirə və təcili xəstələrinin hamısını qəbul edə, həm də COVID xəstələrinin müalicəsinə baxır. Bunun təşkili çətin deyil. Bir önəmli nüans da COVID-lə işləyən personalın tam olaraq maddi-mənəvi baxımdan təmin edilməsidir. Özəl xəstəxanaların bir çoxu istər personal, istərsə də maddi texniki baza baxımından güclüdür. Onlara uyğun maaş və standartlara uyğun növbələr planlansa, bundan xəstələr çox fayda görər. COVID bütün dünyada çox can alır. Ən böyük problemsə gənc və heç bir başqa xəstəliyi olmayan insanların bu səbəbdən dünyasını dəyişməsidir. Vaxtında, uyğun tibbi müdaxilə nəticəsində onların həyatı qurtula bilər. Məncə, bu məsələdə hər kəs, Cənab Prezidentin dediyi kimi "dəmir yumruq" olmağı bacarmalıdır. Hər bir azərbaycanlının həyatı dəyərlidir və düşünürəm ki, onların qorunması səhiyyəmizin borcudur".
Paylaş:
Müəllif : Yazar
Tarix:22-12-2020, 13:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-12-2020, 13:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25