“Belə məktəb direktoru təcili vəzifəsindən azad olunmalıdır!” - deputat
Bakı şəhəri 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı videomateriallar yayılıb. N. Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbi ilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Həmçinin Daxili İşlər Nazirliyi tərəfindən Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib.
Milli Məclisin deputatı, təhsil eksperti Etibar əliyevin də hadisəyə reaksiyası sərt olub.
Modern.az-ın məlumatına görə, E.Əliyev məktəb direktorunun vəzifədən çıxarılmasına tərəfdardır:
“Belə məktəb direktoru təcili vəzifəsindən azad olunmalıdır. Pandemiyanın tüğyan etdiyi bir dövrdə məktəb direktorları və müəllimlər daha məsuliyyətli olmalıdırlar. Ancaq təəsüflər olsun ki, Nailə Məmmədova kimi məktəb direktoru bilərəkdən qaydaları pozmaqla saymamazlıq nümayiş etdirir”.
Qeyd edək ki, bu, 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlı ilk qalmaqallı olay deyil. O, 2017-ci ildə məktəbdəki özbaşınalıqla bağlı şikayət məktubu haqda müraciət edən jurnalisti ağır ifadələrlə təhqir etməklə də mətbuatın gündəminə gəlmişdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-12-2020, 12:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-12-2020, 12:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52