Sabirabadda rəsmən DƏRƏBƏYLİKDİR... - GİLEY
Sabirabad Rayon Mərkəzi Xəstəxanasından gələn şikayətlərin sayı-hesabı yoxdur. Rayonun mərkəzi xəstəxanası koronavirusa yoluxan xəstələr üçün ayrılsa da, burada müalicə olunmaq müşkülə çevrilib. Sosial şəbəkələrdə yayılan vətəndaş müraciətlərindən də bəlli olur ki, rayonda təcili yardım xidməti demək olar ki, yoxdur. Günlərlə müraciət edilsə də təcili yardım gəlmir. İnsanlar evlərində ağır vəziyyətdə köməksiz haldadırlar.
"Anam rəsmən boğulur. Xəstəxana qəbul etmir. 103 deyir ki, baş həkim Ənvər həkimin icazəsi olmadan xəstə qəbul etmirik. Bir neçə gün əvvəl də yazmışdım ki, xəstəxanalara xəstələri pulla qəbul edirlər. Ənvər həkim telefonu açmır" - Gundeminfo.az xəbər verir ki, bu sözlər də vətəndaş müraciətlərindəndir. Məlumata əsasən Sabirabadın baş həkimi ümumiyyətlə hansı səbəbdən baş həkimin göstərişi ilə xəstə qəbul edilmir bu müəmmalıdır. Çox maraqlıdır ki, bütün həkim personalı demək olar ki, çıxılmaz durumdadır. Yerli əhalinin müraciətlərinə baş həkim tərəfindən qadağa qoyulması həkim personalı ilə sakinlər arasında ciddi narazılıqların yaranmasına səbəb olub.
Sabirabadın baş həkimi ilə bağlı sosial şəbəkələrdə bir sıra fərqli iddialar da yer alıb. Bu gün də gün ərzində baş həkimə müraciət etsək də, telefona cavab vermədi. Bununla belə qarşıdakı araşdırmalarımız zamanı bir daha Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ənvər Lumanovun da mövqeyini öyrənməyə hazırıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-12-2020, 16:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-12-2020, 16:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01