Gəncə şəhərində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə mənzil təqdim edildi
Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı geniş miqyas alıb.
Bu istiqamətdə növbəti mühüm addım kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdirdiyi yaşayış kompleksindən alınmış 103 mənzili bu kateqoriyadan olan vətəndaşlara təqdim edib.
Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Erməni faşist hərbi birləşmələrinin Gəncə şəhərinin dinc sakinlərini qadağan olunmuş silahlardan atəşə tutması nəticəsində həlak olmuş həmvətənlərimizin xatirəsi də anılıb, qanlı terror hadisəsinin baş verdiyi əraziyə gül dəstələri qoyulub.
S.Babayev 2020-ci ildə Azərbaycanın şanlı tarixinin yazıldığını, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun möhtəşəm Zəfər əldə etdiyini, 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr vurulduğunu, doğma torpaqlarımızın erməni faşizminin işğalından azad edildiyini vurğulayıb.
Bildirib ki, qələbə əhvali-ruhiyyəsinin hökm sürdüyü ölkəmizdə eyni zamanda, cənab Prezidentin tapşırığı ilə şəhidlərimizin ailə üzvlərinin, müharibə iştirakçılarının, yaralanmış hərbçilərin, onların ailələrinin sosial dəstəklə təmin olunması üçün işlər aparılır. Son bir ayda artıq 5 min 300-dən çox bu kateqoriyalardan olan vətəndaş bu dəstək tədbirləri ilə əhatə olunub. Onlara müvafiq sosial ödənişlərin təyinatı, məşğulluq məsələlərinin həlli, özünüməşğulluq proqramına cəlb olunaraq ailə təsərrüfatlarını yaratmaları, sosial-psixoloji yardım və s. istiqamətlərdə dəstək göstərilib və bu işlər davam edir.
Nazir qeyd edib ki, dövlət başçısının uğurlu sosial siyasəti nəticəsində 2020-ci ildə də vətəndaş rifahına yönələn bütün sosial müdafiə tədbirləri daha da geniş vüsət alıb. İlin əvvəlindən pensiyaların artırılması, sosial ödənişlərin davamlılığı təmin olunub. 2020-ci ilin 11 ayında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 21,5% və ya 931,7 milyon manat çox olmaqla 5 milyard 264 milyon manat vəsait ödənilib. Aktiv məşğulluq proqramlarının əhatə dairəsi daha da genişlənib. Həmçinin nəzərdə tutulan göstəriciyə uyğun olaraq artıq 12 minə yaxın ailə özünüməşğulluq proqramına cəlb edilib.
Onlardan mühüm bir hissəsi də şəhid ailələri, müharibə iştirakçılarıdır. İl ərzində daha bir DOST mərkəzi yaradılıb, indi artıq üç belə mərkəz var və 11 ayda 181 min şəxs bu mərkəzlərin xidmətlərindən faydalanıb. Bu il bölgələrdə yeni sosial xidmət və reabilitasiya müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Əsasən proaktiv yönümlü elektron xidmətlərin sayı artırılaraq artıq 60-ı ötüb, e-arayış xidmətlərinin sayı isə 30-a çatıb.
S.Babayev şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirlərinin də gücləndirildiyini, o cümlədən onlara yönələn sosial ödənişlərin dəfələrlə artırıldığını deyib. O, həmçinin şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirlərinin bu il də yüksək səviyyədə davam etdirilməklə, bu mühüm sosial proqramların xeyli genişləndiyini vurğulayıb. Qeyd edib ki, bu il şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan artıq 1300-dən çoxu verilib. İndiyədək isə 9000-ə yaxın mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilib. Həmçinin bu il 400 avtomobilin müharibə əlillərinə verilməsi işləri aparılıb və artıq böyük əksəriyyəti verilib. Bu vaxta qədər isə nazirlik müharibə əlillərinin 7050-dən çox minik avtomobili ilə təminatını həyata keçirib.
Nazir yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə əlillərini bu münasibətlə təbrik edib, onlara xoş arzularını çatdırıb.
N.Bayramov şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin qayğı ilə əhatə olunması üçün Gəncə şəhərində də məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb. Bütün bu işlərin, daim genişlənən sosial müdafiə proqramlarının Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısının təzahürü olduğunu qeyd edib.
Yeni mənzillərlə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri xalqmıza tarixi zəfər fərəhi bəxş edən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevlə və Silahlı Qüvvələrimizlə sonsuz qürur hissi keçirdiklərini vurğulayıblar. Onlar sosial müdafiələrinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən razılıqla bəhs edərək, göstərilən yüksək diqqət və qayğıya, yeni mənzillə təmin olunduqlarına görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-12-2020, 15:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-12-2020, 15:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16