Rövşən Bağırov Lerikdə istədiyini edir... - Vətəndaş çarəsiz durumda...
“Mülkiyyətimizdə olan torpaq sahəsi əlimizdən alınıb, üzərində elektrik stansiyası tikilib. Ancaq nə kompensasiya ödənilib, nə də əvəzi olaraq başqa yerdən torpaq sahəsi verilib”. Bunu Lerik rayon sakini Eldəniz Quliyev deyir. Onun sözlərinə görə, mülkiyyətçisi olduqları 54 sot həyətyanı torpaq sahəsi əllərindən alınıb.
“Hədələnirik, təhqir olunuruq”
“Ailəmizlə razılaşdırılmadan torpağımız yerli icra hakimiyyəti tərəfindən “Azərenerji” ASC-yə satılıb. Sahəyə ağır texnikalar gətirərək taxıl zəmisini məhv ediblər. Torpağın mülkiyyətçisi 75 yaşlı xəstə anamdır. Hər dəfə icra hakimiyyətinə zəng vuranda hədələnir, söyülür, təhqir olunur. Bu vəziyyət 10 ildən çoxdur ki, davam edir. İndi də anamı hədələyirlər ki, oğlun şikayətlərini dayandırmasa, axırınız yaxşı olmayacaq. Bizi susdurmaq üçün qardaşımı həbsə də atmışdılar. Biz nə istəriik ki? İstədiyimiz yalnız bizə çatan haqqımızdır. Hesablansın, bizdən götürülən torpağın dəyəri ödənilsin. Torpağımızın haqqını tələb etdik, anamız təhqir olundu, qardaşım həbsə düşdü, özümü də işsiz qoydular,”- Eldəniz Quliyev belə deyir.
“O torpaqda taxıl, kartof əkirdik”
Eldəniz Quliyev deyir, torpaq sahəsi 2007-ci ildə əllərindən alınıb. 4 il sonra torpağın üzərində tikinti işləri başlayıb. Ancaq ailəyə əvəzi olaraq başqa yerdə sahə ayrılmayıb:
“Ailədə 15 nəfərik. O torpaqdan əkin işləri üçün istifadə edirdik. Həmin torpaqda əkdiyimiz taxılı, kartofu sataraq dolanışığımızı təmin edirdik. Hansı quruma yazıramsa, məktubum icra hakimiyyətinə göndərilir. Onlar da məsələni yalnız bizi təhqir etməklə, həbsə atmaqla, işsiz qoymaqla “həll edirlər”. 12 ildir ki, dövlət qurumlarının arasında qalmışıq. Hamı bir-birinin üstünə ötürür”.
“Şirvan Regional Elektrik Şəbəkəsi” MMC-dən bildirilib ki, Regionların İqtisadi İnkişaf Dövlət Proqramına müvafiq olaraq, Lerikdə “Modul” tipli elektrik stansiyası tikilməsi qərarı verilib. Bunun üçün icra orqanları tərəfindən yer ayrılarkən bir neçə rayon sakininin torpaq sahəsi, o cümlədən də, Quliyevlər ailəsinin 56 sot torpaq sahəsi ayrılmış yerə düşüb. “Azərenerji” ASC rayon ərazisində tikiləcək elektrik stansiyası və yarımstansiyası tikintisinə 3,9 hektar yer ayrılması üçün Lerik Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti iri həcmli layihə üçün Lerik-Kəlvəz avtomobil yolunun kənarında 3,87 hektar torpaq sahəsi stansiya tikintisi üçün əlverişli ərazi hesab olunub. Lerik Elektrik Stansiyasının tikintisi üçün nəzərdə tutulan torpaq sahəsi rayon icra hakimiyyəti tərəfindən torpaq mülkiyyətçiləriylə razılaşdırılaraq “Azərenerji” ASC-yə ayrılıb. Sakinlərin kompensasiya məsələsi ilə icra hakimiyyəti məşğul olmalıdır”.
Lerik Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Quliyevlər ailəsinə rayonun başqa yerindən 64 sot torpaq sahəsi ayrılsa da, ailə razılaşmayıb. Ancaq Eldəniz Quliyev deyir, icra hakimiyyəti onlara şifahi olaraq torpaq sahəsinin ayrıldığını desə də, həmin torpağın harada yerləşməsini, həmin torpağa dair sənədləri təqdim etməyib. Bu da o deməkdir ki, onlara torpaq sahəsi yalnız sözdə vəd olunub.
Eldəniz Quliyev Lerik Rayon Məhkəməsinə də ərizəylə müraciət edib. Məhkəmə onun ərizəsini qəbul etməyib. Hüquqşünas Namizəd Səfərov deyir, Eldəniz Quliyev Şirvan İnzibati İqtisad Məhkəməsində Lerik Rayon İcra Hakimiyyətinə qarşı götürülmüş torpağın əvəzi, yaxud kompensasiya iddiası qaldırmalıdır.(dia.az)
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-05-2019, 10:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-05-2019, 10:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52